14 Avqust 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/2/2018 Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı


 

 

Azərbaycan və  Ukraniya xalqlarinin dostluq əlaqələri möhkəmlənir!

 

        27-28 yanvar 2018 –ci il tarixində Ukraniyanın Kiyev şəhərində, Beynəlxalq  Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın  (BGT ZK) Ali Məclisinin Konkfansı keçirildi.

           Konfransda Ukraniyanın bütün vilayətlərindən, Polşadan, Yuqaslaviyadan Azərbaycandan və başqa xarici ölkələrdən gəlmiş 120 nəfər ehtiyatda olan marşalar, genrallar, admirallar, Kazak qardaşlarının atamanları, veteran təkilatlarının rəhbərləri və din xadimləri iştirak edirdi.

         Konfransı giriş sözü ülə aşan, Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın Ali Məclisinin  Qetmanı, dünyada məşur olan Kazak marşalı Saqaydak Dimitri İvanoviç açaraq Konfrasda iştirak edən qonaqları konfrans iştiraşçılarına təqdim etdi. Sonra o, geniş məruzə ilə  2018–ci ildə görüləcək tədbirlər planı haqında konfrans iştiraşçılarına ətraflı məlumat verərək öz taşırıqını verdi.

     Beynəlxalq Qramaski Təşkilatının  və “Zaparoji Kazakları”-nın Baş Qərargahının rəisi Kazak marşalı Petro Çuvasv  təkilatın 2017–ci il ərzində görülmüş işlər haqqında geniş hesabat verdi.
     Ukraniya DİN Beynəlxalq "Vətənpərvərlər Birliyi" Asosiyassasının Prezidenti Kazak general-mayoru Kolisnik Mikola Qirqoreviç rəhbərlik etdiyi Asosiyasianın, “Zaparoji Kazakları”- Qardaşları ilə birgə  əməkdalıqğ etməsindən və bunu gələcəkddə davam etməsi planından danşdı.  

     Sonra, Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın Getmanının, Azərbaycan üzrə nümayəndəsi Kazak marşalı Üzeyir Vahabov 15–23 dekabr 2017–ci il tarixində, Azərbaycanda işgüzar səfərdə olarkan Azərbaycan ictimayyəti ilə keşirtdiyi görülər barəsində ətraflı məlumat verərək bildirdi ki, Azərbaycanda 250 mindən artıq Rus, Ukrainalı, Belarus, Moldvan və başqa  xalqlar yaşayır. Bu vətəndaşlar Azərbaycan dövlətinin dayma diqqət və qayğısı altında olaraq, Azərbaycan  xalqı ilə birgə mehriban yaşaırlar. Onların arasında 1600 Kazak qardaşlarından ibarət “Azərbaycanda Kazak Həmyerlilləri” təkilatında fəaliyyət göstərir. 

     Ukraniyalılar və Kazak Həmyerlilləri Azərbaycana olan sevgisini nümayiş etdirərək könüllü olaraq, Azərbaycanın Milli Ordusunda xidmət edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 2 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər və Lənkaran şəhərində Kazak qardaşliqlarnin xatirəsinə abidə ucaldılmışdır.

     Daha sonra soz, Azərbaycandan konfransa qonaq qismində dəvət olunmuş, Azərbaycan Respublikası Beynəlmiləlçi  Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucova verildi.

      Sərraf Orucov çıxış etməmişdən ilk öncə Konfrans iştirakçılarını Azərbaycan xalqı və veteran təkilatları adından salamladı. Sonra o, çixiş edərək bildirdi ki, 1988-1993 və 2016-cı illər ərzində Ermənistan silahlı qüvvələri və onlara himayəndə edən dövlətlərin hərbi təcavüzü nəticəsində 1 miliyondan çox adam (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir. Ermənistanda yaşayan 300 min nəfərə yaxın azərbaycanlı öz doğma yurdlarından zorla son nəfərədək qovulmuş, 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkün həyatı yaşayır. Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin və əsir götürülərək amansız işgəncələrə məruz qalıaraq onların  taleyi bu günədək məlum deyil.

      26 ildən artıqdır ki, bu  ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Qarabağda yaşayan ərazilərdə bu gündə soydaşlarımız hər gün təhlükədə güllə, mərmi altında qorxu həyacanlı günlər yaşayaraq hər gün şəhid veririk. Bu gün erməni işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının beynəlxalq qanunlara zidd olaraq, Ermənistan tərəfindən qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması və özgəninkiləşdirilməsi, şəhər və kəndlərin, yaşayış məskənlərinin və tarixi abidələrimizin adları dəyişdirilərək guya bu ərazilərin Ermənilərə məxsus olduğu haqqında yalanlar uydurulur.

       Bu gün, dünya dövlətləri və xalqları arasında, Azərbaycan dövləti və xalqı kimi eyni oxşar probləmlə üzləşərək çox saylı qırğınlarla münaqişəyə məruz qalmış dövlətlərdən biridə, azərbaycan xalqına dost dövlət sayılan Ukraniya dövləti və xalqıdır. Bu gün rəsmi statistik məlumata əsasən, Ukraynada 500 mindən çox azərbaycanlı soydaşlarımız yaşayır.

     Avropaya inteqrasiya edən ən böyük dovlətlərdən biri sayılan  və Avropa, Müstəqil Dövlətlər Birliyinin dövlətlərinin marağ mərkəzində olan Ukraynanın cənub-şərqində yerləşən Donetski və Luqanskı  regionlarında Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında 2014-cü ilin aprel ayından bəri baş verən və bu gündə davam edən Donbass müharibəsi nəticəsində şəhər və qəsəbələr bombalar yağdırılaraq dağıdımış, 10 minlərlə Ukraniya vətəndaşı öz doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, 20 min nəfər Ukraniya vətəndaşı həlak olmuş, minlərlə vətəndaş yaralanaraq əlil olmuşdur. Ən faciəlisi budur ki, eyni dindən olan və vaxtı ilə hər il, 15 fevral tarixində Əfqanstandan Sovet qoşunlarının çıxmasını günü münasibəti ilə, Krım, Donetski və Luqanskı və başqa regionlarından  Paytaxt Kiyev şəhərinə gələrək döyüşçü yoldaş kimi bir-biri ilə həmin tarixi günü qeyd edən əfqanstan veteranları, bu gün biri-biri ilə üzbə-üz dayanaraq döyüşürlər. Donbasda gedən hərbi münaqişədə həlak olanların arasında 220 nəfərdən artıqı keçmiş Əfqanstan veteranları vardır. Bir o, qədərdə obiri tərəfdə bir oqədərdə həlak olanlar  vardır.  Bu gündə Donbasda şəhər və qəsəbələrdə bombalar yağdırılır, hər gün dinc əhalininin ölümünə səbəb olur və əhali hər gün təhlükədə güllə, mərmi altında qorxu həyacanlı günlər yaşayar və hər gün atılan güllə mərmidən bir neçə nəfər dünyasını dəyişirlər.

       Ukraniyada səfər çərçivəsində, Kiyev, Xarkov, Xmelinski, Cerkavski və Luqanski vilayətlərində fəaliyyət gostərən Əfqanstan, veteran təklatlarının rəhbərləri və nüfuzlu müharibə veternları ilə görüşlər keşirtdikdə onların Donbasda gedən hərbi münaqişədəbərk narahatlığlarının şahidi oldum.

      Bizdə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun üzvüləri müharibələrin törətdiyi acı fəsadlarının canlı iştirakçıları və şahidləri kimi, Ukraniya Əfqanstan Veteranları Birliyinin sədri, Ukraniyanın Qəhramanı genral-leytenant Çervonopiskiy Serqey Vasiliyeviçin Donbasda döyüşən hər iki tərəfdə doyüşən Əfqansdan müharibəsinin veteranlarına və hərbi quluqçulara etdiyi müraciyətinə və döyüş bölgəsində, Əfqanstan döyüşçülərindən ibarət Sülhməramlı kontingentin yaradılması təklilfinə dəsdək verərək, Azərbaycanda, Ukraniyada və Rusiyada fəaliyyət göstərən müharibə veteranları, ehtiyatda olan marşallar, genrallar, admirallar və Kazak qardaşllıq təkilatları ilə əməktaşlıq edərək, Azərbaycan və Ukraniya dövlətlərində yaranmış hərbi münaqişələrin dayandırılmasına və məsələnin sülh yolu ilə həll edilməsinə dəstək verərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Ukraniyanın Donbasda yaranmış müharibə haqında əsil həqiqətləri dünya ictimayyətinə düzgün çatrırmaq üçün, Azərbaycanda, Ukraniyada, Rusiyada və başqa xarici dövlətlərdə ictimayəti arasınmda dəyirmi masalar, kütləvi tədbirlər keçirərək dünya ictimaiyyətinə əsil həqiqətləri çatdırılmalıyıq.

     Sərraf Orucov çıxişinin sonunda yığınca iştirakşilarindan, münaqişə və müharibə gedən ölkələrdə ayrı-ayrı xalqlar arasında hər iki tərəfdən gələcəkdə insan itkilərinin qarşısının alınmasının və münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək vermək məqsədi ilə sülh məramlı “Beyəlxalq sülhvə xalqlar dostluqu” Fondunun yaradlmasini təklif etddi.

     Böyük şəhər Belotserkovski və Boguslavskiy şəhərlərinin ilahiyaçısı,  Silahlı Qüvvələr və Ukraynanın digər hərbi qurumları ilə qarşılıqlı əlaqələndirmək üçün UOK-nın Sinodal şöbəsinin sədri, UOK-un Sinodal Teoloji-Qanun Komissiyasının sədri  Avqustin Markeviç  çıxış edərək,  xususu ilə vurğuladı kı, Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, bugünkü mənada beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. “Azərbaycan çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır.  Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.

      Avropanın göbəyində yerləşən bəzi ölkələr dini dözümsüzlükdən əziyyət çəkdikləri halda biz Azərbaycanda yəhudilər, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və sıx əməkdaşlığın daha da möhkəmləndiyini görürük. Bu tolerantlıq, dinlərarası dialoq və əməkdaşlıq mərhum Heydər Əliyevin düzgün və ədalətli siyasəti sayəsində bərqərar olmuşdur,  bugündə  bu dinlər arası siyasət Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Avqustin Markeviç çıxışınında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi nəticəsində çoxsaylı insan ölümünün olmasından təsüfləndiyinin bildirərək həlak olanlara Allahdan rəhmət dilədi. O, çıxışının sonunda Sərraf Orucovun Ukraniya, Azərbaycan, Rusiya  və başqa xalqlarının dostuq əllaqələrinin inkişaf edirilməsi və hərbi münaqişələr nəticəsində minlərlə insanin ölümünün qarşısını alaraq sülh məramlı məqsədlə yarananacaq “Beyəlxalq sülhvə xalqlar dostluqu” Fondunun yaradlıması təkilifini müsbət qiymətləndirərək dəsdəklədiyini bildirdi.

    Fondunun yaradlıması təkilifi konfrans iştirakçıları tərəfidən müsbət qiymətləndirərək təsis edildi. Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın Ali Məclisinin Qetmanı, Kazak marşalı Dimitri Saqaydak Fondun yaranması üçün təkilat komitəsinin sədri, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti, Sərraf Orucov isə təkilat komitəsinin sədir müavini seçildi.

      Konfransın sonunda Sərraf Orucova, Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın Ali Məclisinin  qərarı ilə, Ukraniya, Azərbaycan xalqlarının dostuq əlaqələrinin inkişaf edirilməsi və hərbi münaqişələr nəticəsində minlərlə insanin olümünün qarşısını alaraq, sülh məramlı xidmətlərinə görə, Ukraniyanın I-ci dərəcəli «За вернесть и традичия» və Ukraniya DİN Beynəlxalq "Vətənpərvərlər Birliyi" Asosiyassasının I-ci dərəcəli «Звезда за доблесть и честь» Ordenləri ilə təltif olunaraq, Beynəlxalq sülhməramlı kontinqentin general-mayor rütbəsi ilə, Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın Ali Məclisinin Getmanının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi təyin edildi.   

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Mətbuat xidməti  +994552109716.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 415 dəfə oxunub




Flag Counter






» 13/8/2018- Abşeron İƏRM-in fəaliyyəti davam edəcək

» 13/8/2018- DOST Agentliyi və mərkəzlərinin yaradılması

» 9/8/2018- Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 9/8/2018- 374 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib

» 9/8/2018- Xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili

» 9/8/2018- İşini itirən şəxsə sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə sms bildiriş göndəriləcək

» 7/8/2018- Dövlət Məşğulluq Xidmətinin qabaqcıl Avropa təcrübəsi əsasında yeni xidmət modeli yaradılır

» 6/8/2018- İŞÇİ QRUPA ÜMİDLƏR ÇOXDUR. ƏLİLLİYİN TƏYİN OLUNMASI. ƏN ÇOX ŞİKAYƏT OLUNAN SAHƏ, YA HƏKİMLƏR BACARIQSIZDIRLAR, YA SİSTEM DÜZGÜN QURULMAYIB, YA DA BAŞQA MARAQLAR VAR.

» 4/8/2018- Vərəsələrinə birdəfəlik ödəmələr veriləcək şəhid hərbi qulluqçuların siyahısı sentyabr ayında dərc ediləcək

» 3/8/2018- “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi layihəyə yekun vurdu

» 3/8/2018- Qarabağ müharibəsi əlilləri və şəhid ailələrininə şad xəbər

» 2/8/2018- Özünüməşğulluq proqramı üzrə artıq 3500-dən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib

» 1/8/2018- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi həyata keçirilib

» 31/7/2018- Şuranın dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi yeni layihənin icrasına start verib

» 31/7/2018- Peşə kursları davam edir

» 30/7/2018- PARALİMPİYAÇI QIZLARIMIZ RUSİYA SƏMASINDA

» 30/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 100 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərib

» 30/7/2018- Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş

» 30/7/2018- Əlilliyi olan şəxslər arasında özünüməşğulluq - Qax

» 26/7/2018- QHT-nin yardım tədbiri