11 Dekabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/3/2018 Əlil Təşkilatları İttifaqının (ƏTİ) BƏYANATI


Azərbaycan Respublikası

Əlil Təşkilatları İttifaqının (ƏTİ)

 

BƏYANATI                              

12 mart 2018-ci il

      Bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya yenidən seçkilər keçirilmişdir. Seçkilərdə başqa QHT nümayəndələri ilə birlikdə Əlil Təşkilatları İttifaqına (ƏTİ) da üzv olan 11 namizəd qoşulmuşdur. ƏTİ-də keçirilən iclasda üzv təşkilatlardan xahiş olunmuşdur ki, bir-birini dəstəkləsinlər. 06 fevral 2018-ci il tarixdə keçirilən seçkidə ümumi namizədlərdən yalnız iki nəfəri (Davud Rəhimli və İradə Rizazadə) tələb olunan səs çoxluğunu toplaya bilmişdir.  Nəticələr elan olunduqdan sonra Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov ƏTİ-nin prezidentinə yaxınlaşaraq qeyri-etik hərəkətlər etmiş, onun ünvanına nəlayiq sözlər söyləmişdir.

   Bundan sonra seçki komissiyasının qərarı ilə müvafiq qaydalara uyğun olaraq ikinci tur elan olunmuş və seçkilər keçirilmişdir.

   Seçkilərin nəticələri elan olunduqdan sonra,  ƏTİ-yə üzv olan, lakin Şuraya seçilməyən namizədlər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, başqa bir QHT-nin rəhbərinin və ƏTİ-nin prezidentinin və ailəsini təhqir edən yazı hazırlanaraq, altında 13 təşkilatın adı qeyd olunmaqla qeyri-qanuni ƏTİ adından “Bəyanat” adlandıraraq yayımlamışlar. Bu ƏTİ-nin Nizamnaməsinin 7.3 maddəsinə ziddir (ƏTİ adından bəyanat ancaq idarə heyətinin qərarı ilə hazırlana bilər).

     Bunu nəzərə alaraq 03.03.2018-ci il tarixdə ƏTİ-nin idarə heyətinin iclası çağırılmışdır. Narazı təşkilatların nümayəndələri iclasa dəvət olunmalarına baxmayaraq iştirak etməmişlər. İclasda aşağıdaki qərarlar qəbul olunmuşdur:

  1. ƏTİ-nin Nəzarət Təftiş Komissiyasına yazıda olan məsələlərin araşdırılması və 3 (üç) iş günü müddətində nəticələri barədə idarə heyətinə məlumat verilməsi tövsiyyə olunsun.
  2. Yazılarla əlaqədar məlumatlar ƏTİ-nin saytında dərc edilsin.
  3. Ehtiyac olduqda, iştirak məsələlərində çətinliklər olduqda distant iştirakçılıq üçün şərait yaradılsın.

     İlkin olaraq yazının altında adları qeyd olunan 13 təşkilatın nümayəndələri ilə sorgu aparılmışdır. Onlardan 5-i ümumiyyətlə bundan xəbərsiz olduqlarını, 3 nəfər qismən razı olduqlarını bildirmiş, 5 nəfər isə cavab verməmişdir.

    NTK-nın müraciətinə iki təşkilat rəhbəri məktubla cavab vermiş və adlarından sui istifadə olunduğunu bildirmişlər.

    Növbəti dəfə ilkin “Bəyanat” mətnində dəyişikliklərlə yeni bir “Bəyanat” adı altında  yazı hazırlanaraq 8 (səkkiz) təşkilatın adı qeyd olunaraq yayayılmışdır. Lakin həmin “Bəyanatı” 7 təşkilat rəhbəri imzalamış və möhürləri ilə təsdiq etmişlər. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi adı qeyd olunsa da təşkilatın rəhbəri tərəfindən imzalanmamış və möhürlə təsdiq olunmamışdır. Yazıda qeyd olunan təşkilatların Əlil Təşkilatları İttifaqı üzvlüyündən çıxmaları göstərilmişdir.

     Qeyd etmək istəyirik ki, ƏTİ-nin Nizamnamə tələblərinə görə (Maddə 7.6, 7.7, 7.8) üzvlüyə qəbul, üzvlükdən çıxma könüllüdür. Eyni zamanda ƏTİ-nin nizamnamə tələblərinə riayət etməyən, ona kölgə salan fəaliyyətlərə görə İdarə Heyətinin qərarı ilə də üzvlükdən xitam verilə bilər. (Maddə 7.6, 7.7, 7.8)

Bütün bunları nəzərə alaraq bəyan edirik:

  1. ƏTİ- adından İdarə Heyətinin qərarı olmadan “Bəyanat” və digər formada yazıların dərc olunması ƏTİ-nin Nazmnaməsinin 7.3 maddəsinə ziddir, buna görə qeyri - qanunidir və ƏTİ-nin mövqeyini əks etdirmir.
  2. ƏTİ-nin prezidenti və onun ailəsinin təhqir olunması qeyri-qanuni və qeyri-etik sayılsın.
  3. ƏTİ, ƏƏSMN yanında İctimai Şuraya yeni seçkilərdə namizədlərin müfaviq səsi yığa bilməməsi və üzv seçilməməsinə görə cavabdehlik daşıya bilməz.
  4. Yayılan birinci və ikinci “Bəyanat”larda qeyd olunan faktlar və məlumatlar həqiqəti əks etdirmir, şər və böhtan xarakteri daşıyır.
  5. Üzvlükdən çıxmaq barədə müraciət etmiş 7 (yeddi) təşkilatların bircə müraciətlərini nəzərə İdarə Heyətinin qərarı ilə onların müraciətləri təmin olunsun.
  6. Bundan irəli gələn təşkilati-texniki məsələlərin yerinə yetirilməsi ƏTİ-nin prezidentinə tapşırılsın.

Qoşmalar: Narazı namizədlərin yayımladığı qeyri-qanuni 2 (iki) “Bəyanat”.

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 436 dəfə oxunub




Flag Counter






» 7/12/2018- QHT-lər tərəfindən icra edilən layihələrin monitorinqi

» 6/12/2018- “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması”

» 6/12/2018- Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

» 5/12/2018- Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini davam etdirir.

» 4/12/2018- "Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər"

» 3/12/2018- British Council 3 dekabrla əlaqədar tədbir keçirildi

» 4/12/2018- Finlaniyada 100 sosial inovasiya

» 3/12/2018- Əlilliyi olan şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi – Yarmarkası keçirilmişdir.

» 3/12/2018- 3 dekabr - Beynəlxalq əlilliyi olan şəxslər günüdür.

» 30/11/2018- Əlilliyi Olan Şəxslərin Sumqayıt məktəblərində təlimləri

» 28/11/2018- Şura ictimai dinləmə keçirilib.

» 27/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vətəndaşları qəbul otağı”nda və “142 Çağri Mərkəzi”ndə monitorinq keçirilmiçdir.

» 27/11/2018- Əlilliyi olan şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi keçiriləcək

» 24/11/2018- Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir.

» 23/11/2018- 5-ci "Seni Cup" turniri keçirilmişdir.

» 22/11/2018- Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini davam etdirir.

» 20/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib

» 20/11/2018- Respublika Protez-Ortopedik Bərpa Mərkəzində (POBM) monitorinq keçirilmiçdir.

» 19/11/2018- Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq

» 16/11/2018- Əlil Təşkilatları İttifaqı (ƏTİ) sosial sifarişlər üzrə monitorinqləri davam etdirir