17 İyul 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/3/2018 Əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat


Azərbaycan Milli Avtomobil Klubu

“Azərbaycanda əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” adlı tədqiqat layihəsinin nəticələrinə dair

İlkin Təkliflər Toplusu

16.03.2018

Azərbaycan Respublikası 2009-cu ilin yanvar ayında BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasını regionda ratifikasiya edən ilk ölkə olmuşdur. Bunu etməklə, Azərbaycan üzərinə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrsiyasını təmin etmək üçün qanunvericilikdə əlavələr, dəyişikliklər, yeni xidmətlərin yaradılması kimi öhdəliklər götürmüşdür. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün bərabər imkanlı cəmiyyət yaradılması, yəni  onların mövcud sosial xidmətlərdən, məşğulluq, təhsil imkanlarından rahat istifadə edə bilməsi üçün nəqliyyat və yolların müyəssərliyinin təmin edilməsi vacib komponentlərdən biridir. Nəqliyyat-yol təhlükəsizliyi sitemi olmadan əlilliyi olan şəxslərin cəmiyyətə integrasiyası mümkün deyildir, bu isə ölkənin ümumi inkişafına təsir edən amillərdəndir.

Azərbaycan Milli Avtomobil Klubu (AMAK) İctimai Birliyi 2017-ci ildə Bakı və Gəncə şəhərlərində əlilliyi olan şəxslərin nəqliyyat-yol infrastukturunda üzləşdiyi çətinlikləri müəyyənləşdirmək məqsədilə “Azərbaycanda əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” adlı  tədqiqat layihəsi həyata keçirmişdir. Tədqiqatın nəticələrinin qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki,  müyəssər nəqliyyatın olmaması əlilliyi olan şəxslərin cəmiyyətin həyatında fəal iştirakı üçün bir sıra fiziki və psixoloji maneələr yaradır ki, bu da insanların iş yerlərinə, təhsil müəssisələrinə getməsi, eləcə də ictimai-mədəni tədbirlərdə iştirakını və mövcud sosial və tibbi xidmətlərdən istifadəsini məhdudlaşdırır və ya tamamilə cəmiyyətdən təcrid edir. Əlilliyi olan şəxslərin cəmiyyətdə üzləşdiyi maneələr onların sosial, siyasi və iqtisadi hüquqlarının təmin edilməsini çətinləşdirir. Nəticədə əlilliyi olan şəxslərin özünəinam hissləri aşağı düşür, cəmiyyətdə onlara qarşı yanlış fikirlər formalaşır, bəzən isə cəmiyyətdən təcrid olunaraq, özlərinə qapanırlar.

AMAK tədqiqat zamanı müəyyən edilmiş çətinliklərin aradan götürülməsi və ya qarşısının alınması üçün aidiyyatı hökumət qurumlarına təqdim etmək məqsədilə təkliflər toplusunun ilkin versiyasını hazırlamışdır. Verilən təkliflərin Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına və bu sahədə Azərbaycanın regionda lider ölkə olmasına kömək edəcəyinə inanırıq. Təkliflərin hazırlanmasında Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin məsləhətləri nəzərə alınmışdır.

 

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 234 dəfə oxunub




Flag Counter






» 16/7/2018- “Zəhmətimin Bəhrəsi”

» 16/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

» 16/7/2018- Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramları

» 16/7/2018- Şuranın dəstəyi ilə Tərtər rayonunda maarifləndirmə tədbiri

» 13/7/2018- Əlilliyin qiymətləndirilməsində yeniliklər.

» 12/7/2018- Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi

» 12/7/2018- Ünvanlı sosial yardım - haqlı və haqsızlar

» 10/7/2018- Cari ilin 6 ayında ƏƏSMN-nin bərpa mərkəzləri 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərib

» 10/7/2018- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) BƏYANATI

» 10/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın iclasında yeni təkliflər təqdim olunub

» 10/7/2018- Bərdə rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

» 9/7/2018- 60 nəfər əlilliyi olan şəxsi Quba rayonundakı istirahət mərkəzinə göndərib

» 9/7/2018- Şuranın dəstəyi ilə Ağcabədi rayonunda maarifləndirmə tədbiri

» 7/7/2018- Müharibə əlil-veteranları “Qız Qalası” ında

» 6/7/2018- İnklüziv təhsilə həsr edilmiş yekun ictimai maarifləndirmə tədbiri

» 6/7/2018- “Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə

» 4/7/2018- Azərbaycan həqiqətlərinin yayılması

» 4/7/2018- Müharibə əlil və veteranları İsmayıllıda

» 4/7/2018- Əlilliyi olan şəxslər Nabran istirahət zonasına yola salınıb

» 2/7/2018- Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi