17 İyul 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/3/2018 24 mart vərəmlə mübarizə günü


“Vərəm” sözündən qorxma!
 
 
Vərəm hər 25-ci saniyədə bir insanın öldüyü xəstəlikdir! Hər il dünyada 3,5 milyon insan xəstəliyə yoluxur, 1 milyonu bu səbəbdən ölür. Dünyada QİÇS(AİDS) xəstəliyindən sonra ən təhlükəli xəstəlik hesab olunur. Bu fikirlər xəstəlik haqqında məlumatı olmayan insanları qorxuya sala bilər. Xəstəlik haqqında məlumatı olan insanın düşüncələrində dəyişiklik cəmiyyət üçün ən böyük töhfədir. 
 
Ona görə ki, vərəmli xəstələrin sağalmasına mane olan ən böyük əngəl cəmiyyətdəki mövcud stiqma-damğalamadır. Vərəmli xəstələrə insanların alçaldıcı baxışı belə xəstəliklə mübarizədə keçilməz səddir. Ona görə, bu xəstəliyin qorxunc olmasını nəzərə alanda, ilk növbədə vərəmi nə qədər tanıdığımızı düşünməliyik. Hər xəstəlik kimi vərəm də düşməndir, düşmən haqqında nə qədər çox məlumat olsa, bir o qədər onu tez dəf etmək olar. 
 
Tez aşkarlanan xəstəlik mütləq ki, müalicə nəticəsində məhv olacaq. Amma xəstəliklə mübarizədə başqa problemlər də var, bu, dövlətin bu qrupun müalicəsi, profilaktikasında, mübarizəsində kifayət qədər gücünün olmamasıdır. Bu imkanları bərpa etmək mümkündür. Bunun üçün ölkədə vərəmlə bağlı vəziyyəti dürüst qiymətləndirmək, bunu etiraf etmək, sonra işə başlamaq lazımdır.
 
Vərəmlə bağlı qanunvericiliyin boş yerləri nə vaxt doldurulacaq?
 
Azərbaycan Respublikasının vərəmlə Mübarizə haqqında Qanunu 2000-ci ilin mayında qəbul edilsə də, sonradan qanun bir çox dəyişikliyə və əlavələrə məruz qalıb. Buna baxmayaraq, hələ də qanundakı boşluqlar- bu qrup insanların hüquqlarının tanınması və onlara hərtərəfli dəstəyin göstərilməsində problemlər mövcuddur. 
 
Ölkənin vərəmlə mübarizə koalisiyası, qht-lər, müstəqil ekspertlərin birgə müzakirəsinin nəticəsi olaraq qanuna dəyişiklik və əlavələr təklif şəklində irəli sürülüb. Bu hətta az əvvəl Milli Məclisdə ilkin müzakirəyə də çıxarılıb, hələlik ali orqanda geniş müzakirə və qəbulunda növbəni gözləyir. 
 
Qanuna təklif olunan dəyişikliklər:
 
 
  • Maddə 7: Məcburi dispanser müşahidəsi vərəmlə yüksək xəstələnmə riski olan şəxslərə də şamil edilir- yüksək xəstələnmə riski olan şəxslərin daxilində ailə üzvlərinin xüsusi olaraq qeyd olunması
  • Qanunda xüsusi əhali qrupları olaraq görmə və eşitmə qabiliyyəti pozulmuş, azərbaycan dilini bilməyən, uşaq və ahıllar, əqli əlilliyi olan vərəm xəstələri üçün xüsusi normaların müəyyən olunması;
  • Vərəmə qarşı mübarizə sahəsində digər qurumların və istansiyaların koordinasiyasınınmüəyyən olunması;
  • Qanuna vərəmə qarşı mübarizə sahəsində maarifləndirmə, xəstələrin ziyarət edilməsi məsələsi,vərəmə yoluxmuş cəsədlərin dəfninin tənzimlənməsi, vərəmə yoluxmuş uşaq və böyüklərin təhsili, ailədə yaşamaq hüquqları, inkişaf və istirahət hüquqları və s. ilə bağlı müdəəaların salınması;
  • 8 və 15-inci maddələrdə 10 günün 3 iş günü müddəti ilə əvəz olunması;
  • Vərəm diaqnozu qoyulmuş və yoluxdurma riski olan bütün xəstələrin ölkə daxilində və ya ölkədən xaricə hava nəqliyyatı və ya digər ictimai nəqliyyat ilə səfərlərinin məhdudlaşdırılması və ya qarşısının alınması məqsədilə müvafiq səhiyyə orqanlarına xəbər verilməlidir;
  • Əmək qabiliyyətinin itirilməsinə görə əlillik və müavinatın təmin edilməsi;
  • Qanunda vərəmli xəstələrin hüquqlarının da tam əsk olunmaması əsas məsələlərdən biridir.
  •  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 233 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 16/7/2018- “Zəhmətimin Bəhrəsi”

» 16/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

» 16/7/2018- Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramları

» 16/7/2018- Şuranın dəstəyi ilə Tərtər rayonunda maarifləndirmə tədbiri

» 13/7/2018- Əlilliyin qiymətləndirilməsində yeniliklər.

» 12/7/2018- Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi

» 12/7/2018- Ünvanlı sosial yardım - haqlı və haqsızlar

» 10/7/2018- Cari ilin 6 ayında ƏƏSMN-nin bərpa mərkəzləri 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərib

» 10/7/2018- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) BƏYANATI

» 10/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın iclasında yeni təkliflər təqdim olunub

» 10/7/2018- Bərdə rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

» 9/7/2018- 60 nəfər əlilliyi olan şəxsi Quba rayonundakı istirahət mərkəzinə göndərib

» 9/7/2018- Şuranın dəstəyi ilə Ağcabədi rayonunda maarifləndirmə tədbiri

» 7/7/2018- Müharibə əlil-veteranları “Qız Qalası” ında

» 6/7/2018- İnklüziv təhsilə həsr edilmiş yekun ictimai maarifləndirmə tədbiri

» 6/7/2018- “Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə

» 4/7/2018- Azərbaycan həqiqətlərinin yayılması

» 4/7/2018- Müharibə əlil və veteranları İsmayıllıda

» 4/7/2018- Əlilliyi olan şəxslər Nabran istirahət zonasına yola salınıb

» 2/7/2018- Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi