26 Sentyabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/3/2018 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdür.


 

      Azərbaycan Respublikası                                                    Azərbaycan Respublikası

       Əmək və Əhalinin Sosial                                                 Autizm Defektoloji və Psixoloji

          Mudafiəsi Nazirliyi                                                        Yardım Mərkəzi İctimai Birliyi

        www.mlspp.gov.az                                                                    www.autizm.az

 

            PRESS- RELIZ

 

      Bakı şəhəri                                                                                               01 Aprel  2018-ci il     

 

2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdür.

    “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” (ADPYM)  İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında “Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası” layıhəsinin icrasına başlayıb.  Layihə 01-Aprel -  31-dekabr  2018 –ci il müddətini əhatə edir. 

   Layihənin məqsədi: Autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirmək;

 - Autizmli uşaqların sosiallaşması üçün cəmyyətin onlara diqqətinin və münasibətinin formalaşmasına yardım edən tədbirlərin təşkili;

-18 yaşadək sağlamlıq imkanları məhdud olan autizm sindromlu uşaqlara psixo-sosial reabilitasiya xidmətlərinin göstərilməsi;

- KİV-lərin və cəmiyyətin diqqətinə autizm  və psixi, əqli problemləri  çatdırmaq

- TV və müxtəlif informasiya vasitələrində cəmiyyətdə autizm və psixi, əqli problemli insanlara qarşı diqqəti artırmaq məqsədi ilə verilişlər təşkil etmək və s.

 

      “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyi “2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü” ilə əlaqədar olaraq tədbir keçirəcəkdir. Aprelin 2-də - Dünya Autizm Məlumatlandırma Günündə Beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" aksiyasına dünyanın digər şəhərləri kimi ölkəmiz də qoşulmuşdür. "Mavi işıqla işıqlandır aksiyası" getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş qlobal təşəbbüsdür. 2 aprel tarixi BMT tərəfindən  Ümumdünya autizm günü  kimi qəbul edildikdən sonra dünyaca məşhur “Autism speaks” cəmiyyəti bu günlə əlaqədar “Light  it up Blue” (“Mavi işıqla işıqlandır”) layihəsini həyata keçirir. Həmin gün yer kürəsinin  müxtəlif ölkələrində ən görkəmli binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılaraq 2 Aprel tarixini Ümumdünya  autizm günü olduğunu insanlara çatdırır. Məqsəd  əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. İlk dəfə 2010-cu ildə ABŞ-da həyata keçirilən bu aksiya hazırda 5 qitə, 146 ölkə və 650 şəhəri əhatə edir.

     BMT-nin keçmiş Baş Katibi Pan Gİ Mun Ümumdünya Autizm Günü müracində demişdi: "Gəlin autizm spektr pozuntularından əziyyət çəkən insanlarla əl-ələ işləməyə, onlara güclü tərəflərini inkişaf etdirməyə və eyni zamanda onların qarşılaşdıqları çətinliklərin qarşısını almağa davam edək və onlara haqları olan layiqli həyat yaşamalarına yardım edək.

     "Azərbaycan bu layihəyə Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondunun (UNİCEF)  və ölkəmizdə ilk autizm təşkilatı hesab edilən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM) İctimai Birliyinin dəstəyi ilə 2012-ci ildə Ümumdünya Autizm günündə qoşulub. İlk dəfə ölkəmizdə bu aksiya zamanı görkəmli binalardan biri Bakı Biznes Mərkəzi, 2013-cü ildə isə  H.Əliyev Fondu, UNİCEF və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin birgə layihəsi əsasında Bakı Four Seasons oteli mavi işığa boyanaraq autizmi tanıdığını bəyan etdi. Həmin ildən etibarən hər il bu aksiya davam edir, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM) İctimai Birliyi və H. Əliyev Fondunun birgə təşkilatçılığı ilə ən görkəmli binalar Kristal Zalı (Cristal Holl ), Bakı Four Seasons Ofeli, Bakı Olimpiya Stadionu və s. mavi işığa boyanaraq  “Gəlin autizm spektr pozuntularından əziyyət çəkən insanlarla əl-ələ işləməyə, onlara güclü tərəflərini inkişaf etdirməyə və eyni zamanda onların qarşılaşdıqları çətinliklərin qarşısını almağa davam edək və onlara haqları olan layiqli həyat yaşamalarına yardım edək" şüarına qoşularaq mavi işığa burunur, bununla da insanları autizm xəstəliyi haqqında məlumatlandırılır. XXI əsrin qlobal problemi hesab edilən autizm  ölkəmizdə də ən aktual bir mövzudur. Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi, yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikamıza əsasən ölkəmizdə  təxmini 5000 yaxın uşaq və yeniyetmə autizm sindromundan əziyyət çəkir. Getdikcə bu say artmaq üzrədir. Yaranma səbəbi elmə 100% məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir. Keçirəcəyimiz tədbir zamanı Suraxanı rayonunda  görkəmli binalardan hesab edilən “Qrant” şadlıq sarayı mavi işıqla işıqlandırılaraq autizmi simvolizə edəcək. “2 Aprel  autizm məlumatlandırma günü”  “adlı tədbir  01.04.2017-ci il tarixdə saat 11.00-da keçiriləcək. Tədbirdə aidiyyatı dövlət və qeyri-dövlət təşkilatlarının, KİV nümayəndələri, autizm sindromlu uşaqlar, valideynlər və digər qonaqlar iştirak edəcəklər.

Ünvan:Bakışəhəri, Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi ”V” yaşayış sahəsi, ”QRANT”

sadlıq sarayinin 3-cü mərtəbəsi (“Xəzər market”in yaxınlığında, Autizm Mərkəzinə çatmamış)

Əlaqə tel:(050) 370 23 48, (055) 347 99 51

 

Təşkilat haqqında: ADPYM 2008-ci ildə yarandılmış, 2011-ci ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycanda yaradılan ilk autizm haqqında təşkilatdır. Təşkilat autizm haqqında geniş maarifləndirmə işi  aparmaq, autizmli uşaqların sosial adaptasiyasına və  cəmiyyətə  inteqrasiya etməsinə yardım etmək kimi missiyanın daşıyıcısıdır. Əlil Təşkilatları İttifaqı, Milli QHT Forumu, Uşaq Hüqüqları Üzrə Azərbaycan QHT Alyansı, "HOMS" Səfir Xanımları Cəmiyyəti və Beynəlxalq Autizm Cəmiyyətinin üzvüdür.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 353 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 24/9/2018- Respublika Əlillərin Bərpa Mərkəzində monitorinq keçirilmiçdir

» 22/9/2018- Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib

» 21/9/2018- BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslər üzrə Komitənin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə 20 sessiyası

» 14/9/2018- Reabilitasiya mərkəzləri ilə bağlı nümunəvi nizamnamə hazırlanır

» 13/9/2018- 2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır

» 11/9/2018- İlk DOST mərkəzi Bakının Yasamal rayonunda yaradılacaq

» 6/9/2018- Yaponiya xarici işlər nazirinin xanımı Kaori Kono Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində olub

» 5/9/2018- Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanı

» 3/9/2018- İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılacaq

» 3/9/2018- Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması

» 29/8/2018- “Məşğulluq haqqında” yeni qanun dövlət məşğulluq siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə xidmət edir

» 29/8/2018- Əlilliyi olan gənclər üçün peşə kursu başa çatdı

» 27/8/2018- “Gənc DOST” Proqramı həyata keçiriləcək

» 25/8/2018- Xalça Muzeyinə ekskursiya təşkil olunub

» 22/8/2018- “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı

» 21/8/2018- Sosial xidmət müəssisəsində əlilliyi olan uşaqlarla görüş olub

» 21/8/2018- Sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub

» 20/8/2018- Əlilliyi olan şəxslərin X ümumrespublika yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək

» 20/8/2018- Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir

» 18/8/2018- Ümumrusiya əlillər cəmiyyətinin (ÜƏC) 30 illik yubiley tədbirlərində iştirak