11 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/4/2018 6 246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib


Cari ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri 6 246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib

 
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən bu ilin yanvar-mart aylarında əlilliyi olan şəxslərə 6 246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.
Əlilliyi olan şəxslərin müraciətləri əsasında onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə ambulator və müvafiq hallarda stasionar şəraitdə protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib. Verilən reabilitasiya vasitələri və protez-ortopedik məmulatlardan 300 ədədə yaxını əlil arabası olmaqla müvafiq tibbi göstərişi olan əlil insanlara təqdim edilib. Həmçinin bu təbəqədən olan şəxslər 326 ədəd aşağı və yuxarı ətraf ortezi, 266 ədəd aşağı və yuxarı ətraf, döş protezi, 96 ədəd bel və boyun nahiyəsi üçün korset, 1729 ədəd müxtəlif reabilitasiya vasitəsi, 360 cüt dirsəkaltı ağac, 277 ədəd dördayaqlı dayaq vasitəsi, 207 cüt qoltuqaltı ağac, 635 ədəd əsa, 846 cüt ortopedik ayaqqabı, 141 cüt protez ayaqqabı və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərdən 152 nəfərinə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Ümumilikdə, cari ilin yanvar-mart aylarında qeyd olunan müəssisələr tərəfindən 2672 nəfər əlilliyi olan şəxs müvafiq xidmətlərlə təmin edilib ki, onların 376 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.
Eyni zamanda, protez-optopedik məhsulların istehsalında yeni konstruksiyaların və elmi nailiyyətlərin tətbiqi, qabaqcıl dünya təcrübəsi əsasında yüksək texnologiyalı reabilitasiya vasitələrinin, funksional protezlərin istehsalı sisteminin formalaşdırılması işləri də aparılır.
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2331 dəfə oxunub




Flag Counter






» 10/12/2023- 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

» 9/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün LAYİHƏ MÜSABİQƏSİ

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!