13 Dekabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/4/2018 Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb


06.04.2018

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb

Hazırda nazirlik müvafiq sahələr üzrə ixtisaslaşmış 60-a qədər vətəndaş cəmiyyəti institutu ilə əməkdaşlıq həyata keçirir. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb.
Görüşdə S.Müslümov vurğulayıb ki, dövlət idarəçiliyi sistemində ictimai iştirakçılığa və bu əsasda ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları qarşısında müəyyən etdiyi vəzifələr sırasındadır. “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq nazirlik yanında İctimai Şuranın yaradılması da aidiyyəti fəaliyyət sahələrində ictimai iştirakçılığın təmin olunması məqsədinə xidmət edir: “Şuranın əvvəlki tərkibinin qanunvericilikdə nəzərdə tutulan fəaliyyət müddəti bitdiyi üçün onun yeni tərkibi seçilib. Şuraya seçki prosesinin obyektivlik, bərabər yanaşma, şəffaflıq prinsipləri əsasında həyata keçirilməsinə daim xüsusi diqqət yetirilir və Şuranın yeni tərkibinin müəyyən olunmasında da bu prinsiplər tam təmin edilib. Yəni heç bir kənar müdaxilə olmadan, vətəndaş cəmiyyəti institutlarının öz seçimləri əsasında Şuranın 15 nəfərdən ibarət yeni tərkibi formalaşıb. Nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində ayrıca “İctimai Şura” bölməsi mövcuddur ki, orada Şura ilə bağlı bütün məlumatlar, o cümlədən onun yeni tərkibi təqdim olunur”.
S.Müslümov ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb. Nazir bildirib ki, dövlət qurumları ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında ilk əməkdaşlıq sənədi kimi hələ 2014-cü ilin sentyabr ayında Nazirliklə həmin Şura arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb: “Sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsi 35 ixtisaslaşmış QHT ilə əməkdaşlıq müstəvisində yerinə yetirilir. Həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün 10 qeyri-dövlət qurumu Nazirlikdəki müvafiq Komissiya tərəfindən akkreditasiya olunub. Eyni zamanda, nazirlik yanında fəaliyyət göstərən İctimai Şurada 15 vətəndaş cəmiyyəti institutundan nümayəndələr təmsil olunur. Göründüyü kimi, Nazirlik müvafiq sahələr üzrə ixtisaslaşmış 60-a qədər vətəndaş cəmiyyəti institutu ilə əməkdaşlıq həyata keçirir”.
S.Müslümov qeyd edib ki, bununla yanaşı, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər, müharibə veteranları və digər əhali qrupları üzrə ictimai birliklərin rəhbərləri ilə vaxtaşırı görüşlər keçirilir, onların rəy və təklifləri dinlənilir, bu və ya digər aidiyyəti məsələlərə dair ictimai müzakirə və məsləhətləşmələr aparılır.
Son illərdə əmək və sosial müdafiə sisteminin müasir dünya təcrübəsi, eyni zamanda milli təşəbbüslər əsasında təkmilləşdirilməsi yönündə mühüm islahat tədbirlərinin həyata keçirildiyini diqqətə çatdıran nazir qarşıdakı dövrdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib: “Əminik ki, İctimai Şuranın əvvəlki tərkibi kimi, yeni tərkibi də bu işlərdə ictimai iştirakçılığın və ictimai nəzarətin təmin edilməsində daim aktiv olacaq və müvafiq sahələr üzrə hüquqi və institusional potensialın inkişaf etdirilməsində, qanunvericilik layihələrinin ictimai müzakirələr şəraitində təkmil şəkildə hazırlanmasında, əmək bazarı və sosial müdafiə tədbirlərinin məqsədyönlü təşkili məsələlərində həmişə işgüzar mövqedən rəy və təkliflərlə çıxış edərək, öz töhfələrini verəcəklər”.
Şuranın üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığın bütün formalarda öz təsdiqini tapmasından, nazirliyin vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlığından, habelə nazirlik yanında İctimai Şuranın yeni tərkibinin seçilməsində bərabər yanaşma və şəffaflıq prinsiplərinin təmin olunmasından məmnunluqla bəhs ediblər. Onlar İctimai Şuranın öz vəzifələrini göstərilən etimada uyğun yerinə yetirəcəyini, ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara töhfə vermək əzmi ilə fəaliyyət göstərəcəyini vurğulayıblar.
Sonra S.Müslümov İctimai Şuranın üzvlərini nazirliyin fəaliyyət sahələri üzrə görülən işlər, həyata keçirilən islahat tədbirləri, qanunvericilik layihələri və s. ilə bağlı açıq müzakirəyə dəvət edib.
Qeyd olunan məsələlərlə bağlı rəy və təkliflərin bildirilməsi və ictimai müzakirənin aparılması ilə davam edən görüşdə həmçinin İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə Şuranın üzvlük vəsiqələri təqdim olunub.
 
Davud Rəhimli
 
 
 
 
 
 
  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 396 dəfə oxunub




Flag Counter






» 11/12/2018- Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013 – 2018-ci illər üzrə Hesabat – Seçki konfransı keçirilmişdir.

» 11/12/2018- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli Fərmanı ilə DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

» 7/12/2018- QHT-lər tərəfindən icra edilən layihələrin monitorinqi

» 6/12/2018- “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması”

» 6/12/2018- Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

» 5/12/2018- Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini davam etdirir.

» 4/12/2018- "Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər"

» 3/12/2018- British Council 3 dekabrla əlaqədar tədbir keçirildi

» 4/12/2018- Finlaniyada 100 sosial inovasiya

» 3/12/2018- Əlilliyi olan şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi – Yarmarkası keçirilmişdir.

» 3/12/2018- 3 dekabr - Beynəlxalq əlilliyi olan şəxslər günüdür.

» 30/11/2018- Əlilliyi Olan Şəxslərin Sumqayıt məktəblərində təlimləri

» 28/11/2018- Şura ictimai dinləmə keçirilib.

» 27/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vətəndaşları qəbul otağı”nda və “142 Çağri Mərkəzi”ndə monitorinq keçirilmiçdir.

» 27/11/2018- Əlilliyi olan şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi keçiriləcək

» 24/11/2018- Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir.

» 23/11/2018- 5-ci "Seni Cup" turniri keçirilmişdir.

» 22/11/2018- Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini davam etdirir.

» 20/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib

» 20/11/2018- Respublika Protez-Ortopedik Bərpa Mərkəzində (POBM) monitorinq keçirilmiçdir.