04 Mart 2024-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
09/4/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərini yeni minik avtomobilləri ilə təmin etdi


09.04.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərini yeni minik avtomobilləri ilə təmin etdi (VİDEO)

Bu vaxta qədər nazirlik tərəfindən 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 120 ədəd “Naz-Lifan” markalı minik avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim olunub.  Onlardan 117 ədədi Qarabağ müharibəsi, qalan 3 ədədi isə 20 Yanvar əlillərinin istifadəsinə verilib.

 

Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nailiyyətlərindən bəhs olunub. Son 15 ildə böyük inkişaf yolu keçən ölkəmizdə aparılan siyasətin mərkəzində insan amilinin dayandığı, dinamik iqtisadi inkişafın ilk növbədə vətəndaş rifahının təminatına xidmət etdiyi vurğulanıb. Bildirilib ki, sosial dövlət statusunu gücləndirən Azərbaycanda bütün sosial proqramlar da uğurla davam etdirilərək getdikcə genişləndirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmaqla, onların həyat şəraitlərinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də həmin insanların minik avtomobilləri ilə təmin olunmasına yönəlib.

Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatında əhəmiyyətli irəliləyişə imkan verib. Həmin Sərəncamlardan sonrakı dövrdə hazırda təqdim olunan avtomobillər də daxil olmaqla 2,2 min ədədə yaxın “Naz-LİFAN” markalı minik avtomobili qeyd olunan təbəqələrə aid vətəndaşlara təqdim edilib. Nəticədə dövlət büdcəsi hesabına minik avtomobili almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2014-cü ilədək növbəyə dayananlarla bərabər, artıq 2015-ci ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən də bir hissəsinin avtomobillə təminatına nail olunub.

Ümumilikdə isə bu vaxta qədər Nazirlik tərəfindən 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib.

Həmin vətəndaşların minik avtomobili ilə təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında (www.mlspp.gov.az) təqdim olunan növbəlilik siyahıları əsasında, tam şəffaflıq və ictimai nəzarət şəraitində həyata keçirilir.

Tədbirdə müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işlərindən də bəhs edilib. Qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına əsasən, bu sahədə də tədbirlər ildən-ilə gücləndirilir. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 6,1 mindən çox əlil və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillərlə təmin ediliblər.

Cari ilin ötən dövründə də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən sosial müdafiə məqsədli 40-dək Fərman və Sərəncam imzalanıb ki, onlardan bir qismi Qarabağ müharibəsi və 20 Yanvar əlilləri üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılmasına imkan verib. Habelə cari ildə də bütün əlilliyi olan şəxslər kimi, onlara yönələn pensiya və sosial müavinətlərin, eləcə də Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin uşaqlarına təyin edilən sosial müavinətlərin növbəti dəfə artırılması təmin edilib. 

Tədbirdə əlil ictimai birliklərinin rəhbərləri əlilliyi olan insanların, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sosial təminatlarının gücləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamların, həmin şəxslərin, habelə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını vurğulayıblar.

Minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulan şəxslər onların təminatlarının artırılması sahəsində aparılan işlərə, habelə yeni avtomobillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

 

 

 

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3755 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”

» 14/12/2023- Gənclər və İdman naziri cənab Fərid Qayıbov “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova və təşkilatın idmançı üzvləri ilə görüş keçirib.

» 12/12/2023- 12 dekabr Ümumilli lider Heydər Əliyevin anım günüdür.

» 10/12/2023- 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

» 9/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!