XƏBƏRLƏR




- 12/4/2018 Əlilliyi olan şəxslərin seçkilərdə iştirakında müsbət dinamika hiss olunur.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201 seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.
MSK sədri deyib ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04 faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39 faiz, Fərəc Quliyev 1,18 faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.
Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.
Xatırladaq ki, MSK bundan əvvəl 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsindən 3675 məntəqə, yəni məntəqələrin 65 faizi üzrə daxil olan məlumatlara əsasən seçkilərin ilkin nəticələrini elan edib. Sayılmış 2 milyon 667 min 220 bülletenə əsasən İlham Əliyev 86,09 faiz, Qüdrət Həsənquliyev 3,4 faiz, Sərdar Cəlaloğlu 2,97 faiz, Zahid Oruc 3, 07 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,4 faiz, Fərəc Quliyev 1,18 faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb.
Seçkidə əlilliyi olan şəxslərin iştirakında dinamika hiss olunur. Əlilliyi olan şəxslər seçkidə müxtəlif formalarda iştirak etmişlər. Görmə əlilliyi olan şəxslərin səs vermələri üçün xüsusi trafaretlər çap olunmuşdur olunmuşdur. Hərəkət məhdudiyyətli əlilliyi olan şəxslər üçün 1435 məntəqədə ramplar qoyulmuşdur. MnSK-ə müraciət etmiş əlilliyi olan şəxslərə evlərinə, kütləvi yaşayış və fəaliyyət yerlərində isə daşınan qutularla təmin olunmuşdur.
Davud Rəhimli
Bu xəbər 2467 dəfə oxunub