XƏBƏRLƏR




- 16/4/2018 Əlilliyi olan gənclər üçün əmək yarmarkası keçiriləcək.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı (ƏTİ), BakuBus MMC və UNEC-in birgə təşkilatçılığı ilə
əlilliyi olan gənclər üçün əmək yarmarkası keçiriləcək.
Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində də məqsəd məhz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsidir. Ölkə başçısının sosial sahənin inkişafı ilə bağlı siyasətinin əsas istiqamətlərindən biri də əlilliyi olan gənclərin bütün sahələrdə xidmətlərə əlçatanlığı təmin edən və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılmasına yönəlib. Ölkəmizdə inklüziv təhsil sisteminin beynəlxalq normalara uyğun qurularaq inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Dövlət başçısının təsdiqlədiyi “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyə, onların təhsili və məşğulluğu üçün maneəsiz mühit yaratmağa xidmət edir.
Əmək yarmarkasında iş axtaran bütün əlilliyi olan gənclər, ali təhsil ocaqlarının da əlilliyi olan tələbə, magistr və məzunları iştirak edə bilərlər. Bunun üçün mezun@unec.edu.az ünvanına CV göndərməklə və ya tədbir zamanı CV-lərini təqdim etməklə iştirak edə bilərlər. Elektron CV bazası yaradılaraq, müfaviq nazirlik, təşkilat və şirkətlərə təqdim ediləcək.
Əmək yarmarkası 05 may 2018-ci il tarixdə saat 10.00 – 15.00 kimi Park İnn Bakı otelində keçiriləcəkdir. Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 1.
İştirakçıların metronun 20 Yanvar və Gənclik stansiyalarından BakuBus avtobusları ilə tədbirə və geri çatdırılması təmin olunacaqdır.
Bu xəbər 3103 dəfə oxunub