20 May 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/4/2018 17 aprel Dünya hemofiliya günüdür.


17 aprel Dünya hemofiliya günüdür. Bu münasibətlə Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının(HXRA) təşşəbbüsü ilə hemofiliyalı şəxslərin iştirakı ilə mətbuat konfransı keçirilib. 

 
Tədbirdə qeyd olunub ki, Dünya Hemofiliya Federasiyası 19 ildir ki  bu günü qeyd edir,  təşkilatın əsas məqsədi  dünyada belə insanlara diqqət və qayğını artırmaqdır.
Çıxış edən HXRA-nın rəhbəri Gülnarə Hüseynova vurğulayıb ki, bu il də belə bir şüar seçilib. “Biliklərimizi  paylaşaraq daha güclü oluruq” şüarının seçilməsi ilə, insanları xəstəlik barədə daha da məlumatlı etmək hədəflənir.
 
Gülnarə Hüseynova  çıxışı zamanı başçılıq etdiyi 20 yaşlı təşkilatın fəaliyyətinə bir daha nəzər salıb, son illər hemofiliyalı insanlara həm dövlət, həm də assosiasiyanın qayğısından danışıb. O bildirib ki,  hazırda təşkilata 517 ağır formalı hemofiliyalı və diğər qan xəstəliyindən əziyyət çəkən insanlar üzvdürlər. Daha sonra təşkilat rəhbəri 2018-ci ildə nəzərdə tutulan fəaliyyət planlarından danışıb, keçiriləcək layihələr barədə tədbir iştirakçılarına məlumat verib. 
 
Tədbir Respublika Elmi-Praktiki Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimovanın “Azərbaycanda Hemofiliyaya dair Dövlət Proqramının həyata keçirilməsi” adlı hesabat-təqdimatı ilə davam edib. Elmira Qədimovanın sözlərinə görə, Qafqazda ilk mərkəz 1973-cü ildə məhz Azərbaycanda yaranıb, bir vaxtlar ağır şərtlərlə fəaliyyət göstərən Mərkəz bu gün hemofiliyalı insanlara tibbi dəstək verən rəsmi orqandır. O, qeyd edib ki, hazırda Mərkəzdə1585 hemofiliyalı dispanser qeydiyyatındadır. 2005-ci ildə qəbul edilən müvafiq Dövlət Proqramına əsasən, xəstələrə nəzarət var və Mərkəz belə insanların dərmanla təhcizatında əlindən gələni edir. Çıxışı zamanı Elmira Qədimova onu da bildirib ki, Mərkəzdə qeydiyyatda olan hemofiliyalı insanların ən kiçik əməliyyatları belə xüsusi nəzarət altında aparılır.
 
Tədbir tibb mütəxəsislərin və hemofiliyalı iştirakçıların müzakirələri ilə davam edib.
 
Tədbirin sonunda hemofiliyalı insanlara göstərdiyi qayğı və diqqətə görə HXRA adından Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova Fəxri Fərmanla və medalla təltif olunub. Mərkəz rəhbəri ictimai birliklə olan əməkdaşlığın daim sıx olmasını arzulayıb və təşkilata təşəkkürünü bildirib.
 
Ramina Eyvazqızı
 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası

 

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 140 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 17/5/2018- Saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında şəffaflığın tam təmin edilməsi üçün sistemli tədbirlər görüləcək

» 15/5/2018- ƏMƏK VƏ ƏHALININ SOSIAL MÜDAFIƏSI NAZIRI SAHIL BABAYEVDƏN NAZIRLIYIN YERLI QURUMLARININ “SOSİAL EV” MODELINƏ KEÇMƏSI TƏKLIFI.

» 14/5/2018- Veteranların sağlamlığı hər zaman diqqət mərkəzindədir

» 11/5/2018- Dünya Əlillər Birliyinin Baş Assambleyası

» 7/5/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Ulu öndər Heydər Əliyev - Azərbaycan dövlətinin qurucusu kimi” mövzusunda konfrans keçirilib

» 7/5/2018- Kino hər kəs üçün - “Dolu” filmi nümayişi

» 7/5/2018- Regionlarda inklüziv təhsil problemlərinə baxış

» 7/5/2018- “Şərqdə ilk dəfə 100 il əvvəl demokratik cümhuriyyət olan Xalq Cümhuriyyəti yaradılıb”.

» 6/5/2018- Mayın 6-da Bakıda “AICC-2018” Hotel, Restoran, Tibb və Sağlamlıq Turizmi sərgisi keçirilib.

» 5/5/2018- Əlilliyi olan gənclər üçün əmək yarmarkası

» 4/5/2018- Ümumilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş xeyriyyə tədbiri

» 2/5/2018- Könüllərə Yol

» 1/5/2018- Sumqayıt şəhərində əlilliyi olan gənclər üçün peşə kursları

» 1/5/2018- “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən maarifləndirmə tədbirlərinə başlanılır

» 26/4/2018- GÜLSAM - “Zəhmətimin Bəhrəsi”

» 25/4/2018- İcma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili

» 19/4/2018- ADU-da autizmi məlumatlandırma günü

» 19/4/2018- Boccia komandası Naxçıvanda.

» 19/4/2018- Sosial xidmətlər üzrə layihələrin monitorinqinə başlanılır.

» 19/4/2018- “Maneəsiz ətraf mühitlə müstəqillik”