25 Sentyabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/5/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Ulu öndər Heydər Əliyev - Azərbaycan dövlətinin qurucusu kimi” mövzusunda konfrans keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Ulu öndər Heydər Əliyev - Azərbaycan dövlətinin qurucusu kimi” mövzusunda konfrans keçirilib

 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Ulu öndər Heydər Əliyev-Azərbaycan dövlətinin qurucusu kimi” mövzusunda konfrans keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq, dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik ideyasının demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prinsipləri və azərbaycançılıq məfkurəsi əsasında gerçəkləşdirilməsi və müasir müstəqil Azərbaycan dövlətinin qurulması naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, müstəqil dövlətimizin qurulması üçün güclü sosial-iqtisadi və intellektual potensialın formalaşdırılması hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərliyi zamanı Ulu öndərimizin əsas fəaliyyət prinsipi olub. Həmin dövrdə Azərbaycan keçmiş ittifaq məkanında geri qalmış respublikalar sırasından çıxaraq inkişaf etmiş sənaye respublikasına çevrilib, ölkəmizin iqtisadi, sosial, ictimai-mədəni həyatında intensiv inkişaf təmin olunub, eyni zamanda, əhalinin məşğulluq imkanları genişləndirilib, rifah halı yaxşılaşdırılıb.
S.Babayev bildirib ki, xalqın tələbilə 1993-cü ilin iyun ayında yenidən respublikamıza rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulması və ildən-ilə möhkəmləndirilməsi kimi mühüm tarixi vəzifəni yüksək səviyyədə yerinə yetirib. Ulu öndərimiz Ermənistanın təcavüzünün qarşısını alaraq cəbhədə atəşkəsə, iqtisadi tənəzzülün, kəskin inflyasiyanın qarşısının alınmasına, respublikanın iqtisadi potensialının üzə çıxması üçün “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub. Eyni zamanda, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlərini qaydaya salaraq, bu münasibətlər sistemində dövlətimizin mövqeyinin güclənməsini, ölkəmizin ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması üçün diplomatik uğurların əldə olunmasını təmin edib.
Ölkəmizi uzunmüddətli inkişaf yoluna çıxaran Ulu öndərimiz əhalinin rifah halının təminatını, vətəndaş firavanlığını başlıca hədəf kimi müəyyən edən sosial dövlət ideyasını da uğurla reallaşdırıb.
Nazir vurğulayıb ki, ümummili liderimiz Heydər Əliyevin müdrik siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə və qlobal məkanda baş verən proseslər praqmatik mövqedən nəzərə alınmaqla uğurla davam etdirilməsi, Ulu öndərimizin əbədiyaşar ideyalarının, Azərbaycanın sabit və uzunmüddətli tərəqqi yolunu müəyyən edən inkişaf strategiyasının yüksək səviyyədə gerçəkləşdirilməsi son 15 ildə ölkəmizin bütün istiqamətlər üzrə mühüm tarixi nailiyyətlərə imza atmasına səbəb olub. Bu dövrdə dinamik və davamlı inkişaf yolunda inamla irəliləyərək Cənubi Qafqazın güc mərkəzinə çevrilən Azərbaycan özünün müasir və tolerant cəmiyyət modeli, regionda sülhə, sabitliyə və əməkdaşlığa zəmin yaradan və qlobal önəm kəsb edən möhtəşəm layihələri uğurla reallaşdırması, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınması ilə dünya birliyində nüfuzlu mövqeyə yiyələnib.
S.Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahələrində də mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir Ulu öndərimiz Heydər Əliyevin sosial sahənin inkişafı ilə bağlı ideyalarının gerçəkləşdirilməsi məqsədilə ölkədə aparılan uğurlu dövlət siyasətinin icasına dəyərli töhfələrini vermək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən səylərin daim artırılacağını vurğulayıb.
Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olduğunu diqqətə çatdırıb, müstəqil dövlətimizin qurulması və inkişafı, ölkəmizin bütün sahələrdə böyük perspektivlərə doğru irəliləməsi, eyni zamanda, respublikada sosial inkişafın təmin olunması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğıısnın artırılması üçün Ulu öndərimizin göstərdiyi mühüm tarixi xidmətlərdən bəhs ediblər.
Daha sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələri arasında təşkil olunan mini-futbol və şahmat turnirlərinin qaliblərinə fəxri fərmanlar və mükafatlar təqdim olunub.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qəbul edilmək üçün ərizə ilə müraciət edən Nazirlik əməkdaşlarının YAP sıralarına üzvlük məsələlərinə baxılıb.
 
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 227 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 24/9/2018- Respublika Əlillərin Bərpa Mərkəzində monitorinq keçirilmiçdir

» 22/9/2018- Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib

» 21/9/2018- BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslər üzrə Komitənin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə 20 sessiyası

» 14/9/2018- Reabilitasiya mərkəzləri ilə bağlı nümunəvi nizamnamə hazırlanır

» 13/9/2018- 2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır

» 11/9/2018- İlk DOST mərkəzi Bakının Yasamal rayonunda yaradılacaq

» 6/9/2018- Yaponiya xarici işlər nazirinin xanımı Kaori Kono Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində olub

» 5/9/2018- Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanı

» 3/9/2018- İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılacaq

» 3/9/2018- Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması

» 29/8/2018- “Məşğulluq haqqında” yeni qanun dövlət məşğulluq siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə xidmət edir

» 29/8/2018- Əlilliyi olan gənclər üçün peşə kursu başa çatdı

» 27/8/2018- “Gənc DOST” Proqramı həyata keçiriləcək

» 25/8/2018- Xalça Muzeyinə ekskursiya təşkil olunub

» 22/8/2018- “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı

» 21/8/2018- Sosial xidmət müəssisəsində əlilliyi olan uşaqlarla görüş olub

» 21/8/2018- Sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub

» 20/8/2018- Əlilliyi olan şəxslərin X ümumrespublika yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək

» 20/8/2018- Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir

» 18/8/2018- Ümumrusiya əlillər cəmiyyətinin (ÜƏC) 30 illik yubiley tədbirlərində iştirak