14 Avqust 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/5/2018 “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans


21.05.2018
 

Bakıda şəhərində  BƏT-in Baş direktorunun iştirakı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və  Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilir. 
Konfransda BƏT-in Baş direktoru Qay Rayder, BƏT-in və digər beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin hökumətlərinin, həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edir.
Tədbirin Bakı şəhərində keçirilməsi Azərbaycanda dayanıqlı iqtisadi inkişaf şəraitində əhalinin məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən fəal siyasətə görə ölkəmizin BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən  8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilməsindən irəli gəlir.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqları və bütün konfrans iştirakçılarını salamlayaraq, son onilliklər ərzində texniki tərəqqi və sosial inkişaf sahəsində uğurlara nail olunduğunu, lakin eyni zamanda mövcud qlobal problemləri, o cümlədən dünyada 800 milyon insanın yoxsulluqdan aşağı həddə yaşadığını diqqətə çatdırıb. Nazir BMT-nin Davamlı İnkişaf Gündəliyinin bu problemlərin həllinə doğru qlobal siyasi qətiyyəti ifadə etdiyini bildirib. 
S.Babayev həmin məqsədlərin icrası sahəsində ölkəmizdə əldə edilən nailiyyətləri qeyd edib, bu uğurların Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin real təzahürləri olduğunu vurğulayıb. O, ölkəmizdə aparılan iqtisadi islahatların əsasında rifah amilinin, insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunmasının dayandığını, layiqli əməyin təmin edilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. vacib komponentlər üzrə tədbirlərin tripartizm prinsipi əsasında reallaşdırıldığını qeyd edib. S.Babayev BMT-nin Dayanıqlı İnkişaf Gündəliyindən irəli gələn öhdəliklərin icrası sahəsində   aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini bildirib. Nazir o cümlədən BƏT-lə zəngin siyasi dialoq və praktiki əməkdaşlıq gündəliyindən bəhs edib, birgə fəaliyyət müstəvisində görülmüş işləri diqqətə çatdırıb. 
Eyni zamanda, BƏT-in Baş direktoru Qay Rayderin 2013-cü ildə irəli sürdüyü “Əməyin gələcəyi” təşəbbüsünə ölkəmizin də dəstək verdiyini bildirən nazir BƏT Baş direktorunun Azərbaycana hazırkı ilk səfərini Azərbaycanla BƏT münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirib.
S.Babayev Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olduğunu, Bakı “Expo2025” sərgisi üçün müəyyən olunan “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunun ümumbəşəri aktuallıq kəsb etdiyini vurğulayıb.  Nazir bildirib ki, Sərginin mövzusü özü-özlüyündə insan həyatını səciyyələndirən üç alt-mövzu ilə əhatə olunur: Səhiyyənin gələcəyi, Təhsilin gələcəyi və Əməyin gələcəyi. Nazir “EXPO2025”-in Bakı şəhərində təşkil olunmasının qlobal əhəmiyyətini, habelə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində xüsusi önəmini diqqətə çatdırıb. S.Babayev tədbir iştirakçılarına məhsuldar müzakirələr və uğurlar arzu edib. 
Konfransın “Əməyin arzuolunan gələcəyi” mövzusunda  plenar sessiyasında çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov BMT-nin Dayanıqlı İnkişaf Gündəliyindən irəli gələn öhdəliklərin icrası sahəsində ölkəmizdə aparılan işləri diqqətə çatdırıb. Ə.Əhmədov gündəliyin mühüm komponenti olan 8-ci Davamlı İnkişaf Məqsədinin, yəni tam və məhsuldar məşğulluğa, hər kəs üçün layiqli əməyə nail olunmasının Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin əsas məqsədlərindən biri olduğunu, bu istiqamətdə ölkəmizdə mühüm addımların atıldığını vurğulayıb. 
BƏT-in Baş direktoru Q.Rayder çıxış edərək,  Azərbaycana ilk dəfə səfər etdiyini, bu səfərdən və hazırkı konfransda iştirak etməkdən məmnunluğunu bildirib. Ölkəmizin ötən il BƏT-in İdarə Heyətində təmsil olunmaq hüququ qazandığını qeyd edən Q.Rayder diqqətə çatdırıb ki, gələcək biz düşündüyümüzdən daha yaxındır və biz gələcəyə hazır olmalı, dünyada, xüsusən də əmək dünyasında baş verən dəyişiklikərin mahiyyətini anlamalıyıq. Bu proseslərin iş yerlərinin artmasına, yaxud azalmasına səbəb olacağı sualı ortaya çıxır. Eyni zamanda, baş verən dəyişikliklər fonunda bərabərsizliyin artması meylləri də özünü göstərir. BƏT-in Baş direktoru bu baxımdan əmək dünyasında özünü göstərən proseslərə yanaşmada ilk növbədə sosial ədalətin, işçilərin əmək və sosial hüquqarının qorunmasına diqqətin vacibliyini, BƏT-in missiyasının da sosial ədalətlə bağlı olduğunu  vurğulayıb. Q.Rayder  Dayanıqlı İnkişaf Məqsədlərinin bu günkü dünya üçün aktuallığından bəhs edib, Azərbaycanın bu Məqsədlərin icrası üçün göstərdiyi səyləri dəstəklədiyini bildirib. 
Plenar sessiyada AHİK-in sədri Səttar Möhbalıyev, ASK-nın prezidenti Məmməd Musayev,  Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyev, Əfqanıstan İslam Respublikasının əmək, sosial işlər, şəhidlər və əlillər naziri Faizullah Zaki mövzuya dair çıxış ediblər.
Sessiyada həmçinin “Bakı EXPO 2025” ilə bağlı təqdimat olub.
Təqdimatdan sonra Q.Rayder, S.Babayev, S.Möhbalıyev və M.Musayev mətbuat konfransı keçiriblər. 
“Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Konfransın gündəliyinə həmçinin “İqtisadi inkişafın inklüziv, davamlı və iş yerlərinin açılması baxımından zəngin olmasını necə təmin etmək olar”, “Qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçid”, “Dayanıqlı İnkişaf məqsədləri üzrə monitorinq sistemlərinin tətbiqi” mövzularında panel iclasların keçirilməsi və müvafiq mövzularda məruzə və təqdimatların edilməsi, müzakirələrin aparılması da daxildir.

Davud Rəhimli

 
 
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 202 dəfə oxunub




Flag Counter






» 13/8/2018- Abşeron İƏRM-in fəaliyyəti davam edəcək

» 13/8/2018- DOST Agentliyi və mərkəzlərinin yaradılması

» 9/8/2018- Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 9/8/2018- 374 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib

» 9/8/2018- Xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili

» 9/8/2018- İşini itirən şəxsə sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə sms bildiriş göndəriləcək

» 7/8/2018- Dövlət Məşğulluq Xidmətinin qabaqcıl Avropa təcrübəsi əsasında yeni xidmət modeli yaradılır

» 6/8/2018- İŞÇİ QRUPA ÜMİDLƏR ÇOXDUR. ƏLİLLİYİN TƏYİN OLUNMASI. ƏN ÇOX ŞİKAYƏT OLUNAN SAHƏ, YA HƏKİMLƏR BACARIQSIZDIRLAR, YA SİSTEM DÜZGÜN QURULMAYIB, YA DA BAŞQA MARAQLAR VAR.

» 4/8/2018- Vərəsələrinə birdəfəlik ödəmələr veriləcək şəhid hərbi qulluqçuların siyahısı sentyabr ayında dərc ediləcək

» 3/8/2018- “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi layihəyə yekun vurdu

» 3/8/2018- Qarabağ müharibəsi əlilləri və şəhid ailələrininə şad xəbər

» 2/8/2018- Özünüməşğulluq proqramı üzrə artıq 3500-dən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib

» 1/8/2018- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi həyata keçirilib

» 31/7/2018- Şuranın dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi yeni layihənin icrasına start verib

» 31/7/2018- Peşə kursları davam edir

» 30/7/2018- PARALİMPİYAÇI QIZLARIMIZ RUSİYA SƏMASINDA

» 30/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 100 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərib

» 30/7/2018- Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş

» 30/7/2018- Əlilliyi olan şəxslər arasında özünüməşğulluq - Qax

» 26/7/2018- QHT-nin yardım tədbiri