21 Yanvar 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/6/2018 Abşeron rayonunda inklüziv təhsillə bağlı ictimai maarifləndirmə


Şuranın dəstəyi ilə Abşeron rayonunda inklüziv təhsillə bağlı

ictimai maarifləndirmə tədbiri keçirilib

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyi tərəfindən “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsinin icrası həyata keçirilir.

Layihənin icra planına uyğun olaraq Abşeron rayonu Xırdalan şəhərində yerləşən və şəhid Bəxtiyar Yaqub oğlu Cəfərovun adını daşıyan 3 nömrəli məktəb-liseydə “İnklüziv təhsil sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda ictimai maarifləndirmə tədbiri keçirilib.

Müəllim, şagird və valideynlərin, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən həmin tədbiri məktəb-liseyin direktoru Sevinc Məmmədəliyeva açıq elan edib və inklüziv təhsilin təbliğinə həsr edilmiş bu kimi tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb.

Birliyin rəhbəri Şükufə Məmmədova tədbir iştirakçılarını salamlayıb, müasir dövr üçün çox aktual bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, ictimai maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Abşeron Rayon İcra Hakimiyyətinə, Təhsil Şöbəsinə, habelə məktəb-liseyin rəhbərliyinə təşəkkürünü bildirib.

Layihənin eksperti, sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı isə öz çıxışında qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü, mübarək Ramazan bayramı və 18 iyun - İnsan Hüquqları Günü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb.  

R.Rasimqızı qeyd edib ki, hazırda icra olunan həmin layihənin əsas məqsədi – inklüziv təhsilin əhəmiyyəti, aktual problemləri və perspektivləri, sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması, reabilitasiyası, inklüziv təhsil imkanlarının artırılması, bu qəbildən olan uşaq və gənclərin, habelə ailələrin sosial inkluziyasına həsr olunmuş ictimai maarifləndirmə kampaniyalarının təşkil edilməsi ilə aidiyyəti dövlət qurumlarının və ictimaiyyətin diqqətini bu sahədə mövcud problemlərin həllinə cəlb etməkdən ibarətdir.

Eyni zamanda o, diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda bu qəbildən olan uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.  

Tədbirdə çıxış edən Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli əlilliyin dərki probleminin inklüziv təhsilin tətbiqində mühüm maniələrdən biri olduğunu, buna görə də əhalinin bu barədə məlumatlılıq səviyyəsinin artırılması, əlilliyi olan şəxslərə təhsilin bütün pillələri üzrə bərabər imkanların yaradılması, təhsil müəssisələrinin infrastrukturunun onlar üçün uyğunlaşdırılması, habelə tədris proqramlarının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsinin qarşıda duran ən mühüm vəzifələrdən biri olduğunu söyləyib.

Daha sonra layihəyəyə inklüziv təhsil üzrə ekspert qismində cəlb edilən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Korreksiyaedici təlim kafedrasının müəllimi, Təhsil İnstitutunun doktorantı Gülnar Vəliyeva mövzu ilə bağlı maraqlı təqdimatla çıxış edərək, inklüziv təhsilin anlayışı, məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verib.

Qeyd olunub ki, inklüziv təhsil cox geniş bir anlayış olsa da, Azərbaycanda inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərində digər uşaqlar ilə birgə təhil alması mənasında başa düşülür. Əslində isə inklüziv təhsil (fr. inclusif – “özünə daxil edən”, lat. Include - “daxil edirəm”) - uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir. İnklüziv təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsil ehtiyaclarını ödəmək, onların tam və bərabər hüquqlu şəxsiyyət kimi inkişaf etmələrinə kömək etməkdir.

Tədbirdə əlilliyi olan şəxslərin inklüziv təhsilə cəlb olunması sahəsində mövcud maneələr və onların  aradan qaldırılması yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb, Abşeron rayonunun nümunəvi ümumtəhsil müəssisəsi kimi tanınan Xırdalan şəhəri B.Y. Cəfərov adına 3 nömrəli məktəb-liseydə 2018-2019-cu tədris ilindən pilot layihə olaraq ibtidai təhsil səviyyəsində inklüziv təhsilin tətbiq edilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət edilməsi təklif edilib.

Azərbaycan Respublikası Təhsil İnstitutunun İnklüziv təhsil şöbəsinin müdiri, p.ü.f.d Lalə İmanova tərəfindən hazırlanmış “İnklüziv təhsil  beynəlxalq norma kimi” adlı maarifləndirici buklet tədbir iştirakçılarına paylanılıb.

 Mətbuat xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1578 dəfə oxunub




Flag Counter






» 20/1/2021- Milli iradəmizin zəfər çaldığı gün.

» 18/1/2021- Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır

» 18/1/2021- 2021-ci ilin hansı sosial hədəfləri var?

» 18/1/2021- “Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi”

» 15/1/2021- Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub

» 15/1/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edildi

» 14/1/2021- Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı

» 13/1/2021- 1, 5 və 50 manatlıq pul nişanlarının yeni formasında görmə əlilliyi olanlar nəzərə alınmışdır.

» 12/1/2021- “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Təşkilat Komitəsinin məlumatı

» 11/1/2021- Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub

» 11/1/2021- Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2021- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı ELAN

» 8/1/2021- Mahmud Səfərovun ilk dəfə jest dilində filmi.

» 8/1/2021- Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışı olub

» 7/1/2021- Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib

» 7/1/2021- Əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib

» 6/1/2021- Vətən müharibəsinin qalibləri nazirlikdə coşqu ilə qarşılandılar

» 5/1/2021- Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.