16 Dekabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/6/2018 Horadiz şəhərində maarifləndirmə tədbiri keçirilmişdir


Horadiz şəhərində maarifləndirmə tədbiri keçirilmişdir

Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “İcma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində maarifləndirmə işinin təşkili” adlı layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirini Füzuli rayonunda keçirib.

Tədbirdə rayon icra hakimiyyətinin məsul nümayəndələri, həkimlər, tibb işçilər,  müəllimlər, evdar qadınlar, habelə məcburi köçkün icmasının üzvləri iştirak etmişlər.

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı, habelə Horadiz şəhərində keçirilməsinin əhəmiyyəti barədə məlumat verib.

Mərkəzin rəhbəri Pərvin Məmmədova isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Füzuli Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Tədbirdə ekspert qismində çıxış edən həkim mama-genekoloq Dilarə Əliyeva Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir problem kimi  daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə ətraflı məlumat vermişdir. O, tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, hal-hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulması hallarının artması cəmiyyətdə böyük narahatlığa səbəb olan problemlər sırasındadır. Bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Tədbirdə geniş müzakirələr aparılıb, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb, müraciət edən qadınlara fərdi qaydada məsləhət xidmətləri göstərilib.

 

Mətbuat xidməti  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 261 dəfə oxunub




Flag Counter






» 11/12/2018- Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013 – 2018-ci illər üzrə Hesabat – Seçki konfransı keçirilmişdir.

» 11/12/2018- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli Fərmanı ilə DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

» 7/12/2018- QHT-lər tərəfindən icra edilən layihələrin monitorinqi

» 6/12/2018- “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması”

» 6/12/2018- Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

» 5/12/2018- Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini davam etdirir.

» 4/12/2018- "Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər"

» 3/12/2018- British Council 3 dekabrla əlaqədar tədbir keçirildi

» 4/12/2018- Finlaniyada 100 sosial inovasiya

» 3/12/2018- Əlilliyi olan şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi – Yarmarkası keçirilmişdir.

» 3/12/2018- 3 dekabr - Beynəlxalq əlilliyi olan şəxslər günüdür.

» 30/11/2018- Əlilliyi Olan Şəxslərin Sumqayıt məktəblərində təlimləri

» 28/11/2018- Şura ictimai dinləmə keçirilib.

» 27/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vətəndaşları qəbul otağı”nda və “142 Çağri Mərkəzi”ndə monitorinq keçirilmiçdir.

» 27/11/2018- Əlilliyi olan şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi keçiriləcək

» 24/11/2018- Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir.

» 23/11/2018- 5-ci "Seni Cup" turniri keçirilmişdir.

» 22/11/2018- Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini davam etdirir.

» 20/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib

» 20/11/2018- Respublika Protez-Ortopedik Bərpa Mərkəzində (POBM) monitorinq keçirilmiçdir.