14 Noyabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/7/2018 Azərbaycan həqiqətlərinin yayılması


Azərbaycan həqiqətləri ...

 

"Şahdağ Xeyriyyə” İctimai Birliyi iyun və iyul ayları ərzində ardıcıl olaraq  Bakının Yasamal rayonu üzrə Xurşudbanu Natavan adına kitabxanada, Nizami rayonu üzrə YAP- nin binasında, və Binəqədi rayonu üzrə Gənclər evində və Səbail rayonu üzrə Həzi Aslanov adina Mərkəzi Zabitlər Evində “Azərbaycan həqiqətlərinin yayılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi üzrə tədbirlər keçirib( 25.06.2018 – ci il Bakının Yasamal rayonu üzrə, 28.06.2018-ci il Nizami rayonu üzrə, 29.06.2018-ci il Binəqədi rayonu üzrə və 03.07.2018- ci il Sabail rayonu üzrə).Tədbirdə 300 dən artıq YAP- nin fəalları, məktəblilər, gənclər, müəllimlər,alimlər,mədəniyyət işçiləri, şairlər, media işçiləri, icra hakimiyyəti müavinləri, nümayəndələri, hərbi zabitlər, Qarabağ qaziləri, misal üçün– Yasamal rayonu üzrə Yasamal rayon Xurşudbanu Natavan adına kitabxananın müdürü, MÇS –nin böyük metodisti, Layihənin experti, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İ.B.-nin prezidenti Tofiq Əlizadə, Şahdağ xeyriyyə İ.B.- nin sədri Rəhilə Teymurova, Qadin birliyi İ.B. –nin sədri Niftəliyeva Kifayət, Dünya Ana və Yşaqlar İ.B.-nin sədri Dünyaxanım Əliyeva, Jurnalistlər- V. Zemfira xanım, Firuzə Əsədullayeva, Nizami rayonu üzrə - icra hakimiyyəti  başçısının müavini Gülnaz israfilova, Rayon agsaqqallar şurasının sədri Mayıl Əliyev, “ Erməni təcavüzünün tanıdılması” İ.B. sədri Səriyyə Müslümqızı , Nizami rayon veteranlar təşkilarının sədri Yəhya Ağayev, Binəqədi rayonu üzrə Binəqədi rayon Gənclər evinin müdürü Sevinc Süleymanova, Binəqədi rayon ASAN xidmət işçisi Cavadov Aydın Azər. Sənaye Unversitetinin tələbəsi Qalib Haqverdiyev, Tələbə İsmayılova Cəmilə,Sabail rayonu üzrə Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin rəisi polkovnik Rəşad Abuzərov,mayor Ramil Qasımov,Zabitlər evi kitabxanasının müdürəsi Zəminə xanım Xinalı, Carçı jurnalinın baş redaktoru Gülnara Əmirquliyeva, exspert Tofiq ƏlizadəŞ müğənni laureat Yaqut Xəlilzadə və başqa şəxslər iştirak ediblər və çıxış ediblər.

            Tədbir iştirakçıları, Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması  sahədə göstərdiyi xidmətlərdən, respublikamızın qüdrətli bir dövlətə çevrilməsindən, beynəlxalq nüfuzunun artmasından danışıblar.

            Sonra layihənin rəhbəri, "Şahdağ Xeyriyyə” İB-nin sədri Rəhilə Teymurova layihənin icra planı üzrə görəcəyi işlərdən danışıb, həyata keçirdiyi layihənin aktuallığından geniş danışıb. R.Teymurova Ulu öndər Heydər Əliyevin əmək fəaliyyətindən, respublikamızın daxili və xarici siyasətinin uğurlarından danışıb.

            Layihə rəhbəri R.Teymurova çıxışının sonunda, Azərbaycanın milli maraqlarınin müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyünün qorunmasında olduğunu, Azərbaycanin dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq içərisində yaşadığını, Azərbaycanin bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafında uğur qazandığını, Avropaya və ümumiyyətlə dünyaya inteqrasiya etməklə Respublikamız  beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmağa çalışdığını söylədi. Bu gün sülhsevər Azərbaycan həqiqətlərini  dünya ictimayyətinə daha tez və olduğu kimi çatdırmaq bizim hər birimizin borcu olduğunu söylədi.

            Tədbirlərin gedişatı dövründə, tədbir iştirakçılarına dəftərxana ləvazımatı, icra planı üzrə çap olunmuş 800-ə qədər buklet paylanıb çay, şirniyyat və büdcədən kənar əlavə olaraq meyvə süfrəsi verilib, iştirakçılar və əhali arasında sorğu keçirilib.

             “Şahdağ” xeyriyyə İ.B.-nin fəal nümayəndələri sədr başda olmaqla Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin rəisi polkovnik Rəşad Abuzərov tərəfindən “Hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirdə fəal iştirakına görə “  “Fəxri Fərmanlar”- la təltif olunublar.   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 225 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/11/2018- "Ətraf mühitin əlilliyi olan şəxslərin hərəkət etmək imkanlarına uyğunlaşdırılmasına dəstək"

» 14/11/2018- IV Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.

» 13/11/2018- 13 noyabr - Beynəlxalq Görmə Əlilliyi olan Şəxslər Günü

» 12/11/2018- Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir

» 08/11/2018- Dövlətin Əlilliyi olan şəxslərə dəstəyi

» 2/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində boccia idman növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanmış komandamızla görüş keçirilib

» 29/10/2018- Layihə çərçicəsində yekun - hesabat tədbiri

» 29/10/2018- Boccia idman növü üzrə paralimpiyaçılar vətənə qayıtdılar

» 26/10/2018- Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumu keçirilmişdir.

» 25/10/2018- Yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği

» 24/10/2018- Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi

» 21/10/2018- Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi

» 18/10/2018- ƏLIL TƏŞKILATLARI İTTIFAQI (ƏTİ) – 15 IL

» 17/10/2018- "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi

» 16/10/2018- Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov dəfn edilib.

» 13/10/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi

» 13/10/2018- Lənkəran Əlillərin Regional Bərpa Mərkəzində monitorinq

» 10/10/2018- 20 Yanvar şəhidinin xatirəsi yad olunub

» 9/10/2018- BMT-nin 2030-cu ilə kimi Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu

» 5/10/2018- “Əlilliyi olan şəxslərin əmək bazarında rəqabətə davamlı sahibkar kimi inkişafına yardımı üçün seminarların keçirilməsi”