14 Noyabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/7/2018 İnklüziv təhsilə həsr edilmiş yekun ictimai maarifləndirmə tədbiri


Şuranın dəstəyi ilə inklüziv təhsilə həsr edilmiş yekun

ictimai maarifləndirmə tədbiri Bakıda keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyi tərəfindən uğurla icra edilən “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsi çərçivəsində yekun tədbir Bakı şəhərində fəaliyyət göstərən nümunəvi özəl məktəbəqədər təhsil müəssisələrindən biri olan “Buta” körpələr evi – uşaq bağçasında keçirilib.

Bağçanın müdiri, psixoloq Günay Ağamalı tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, ölkəmizdə məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edən müvafiq qanuna əsasən inklüzivlik – sağlamlığından, potensial imkanından, maddi təminatından asılı olmayaraq, uşaqların birgə təhsil almaq hüququnun təmin edilməsidir. Bu baxımdan əlilliyi olan uşaqlar üçün hələ məktəbəqədər təhsilindən başlayaraq digər həmyaşıdları ilə birgə bərabər imkanlar yaradılmalıdır. Çünki, həmin uşaqlar təlim-tərbiyə prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir. Buna görə də rəhbərlik etdiyi məktəbəqədər təhsil ocağında inklüziv təhsilə mühüm önəm verilməsi heç də təsadüfi deyil.

Tədbirdə çıxış edən ictimai birliyin sədri Şükufə Məmmədova isə iştirakçıları salamlayıb,  layihənin əsas məqsəd və vəzifələri, habelə görülmüş işlər barədə ətraflı məlumat verib, həmçinin inklüziv təhsilin təşviqinə yönəlmiş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirinin təşkili üçün yaradılan şəraitə görə isə “Buta” körpələr evi – uşaq bağçasının rəhbəri Günay Ağamalıya təşəkkürünü bildirib.  

Layihəyə ekspert qismində cəlb olunmuş Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) İnklüziv təhsil şöbəsinin müdiri, p.ü.f.d Lalə İmanova inklüziv təhsilin anlayışı, məqsəd və vəzifələri, onun xüsusiyyətləri, əhəmiyyəti, tətbiqi sahəsindəki mövcud çətinliklər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verib. Tanınmış ekspert diqqətə çatdırıb ki, inklüziv təhsil (fr. inclusif – “özünə daxil edən”, lat. Include - “daxil edirəm”) - uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsi deməkdir. Yəni, əsas məqsədi heç bir fərq qoyulmadan hər bir uşağın təhsil ehtiyaclarını ödəmək, onların tam və bərabər hüquqlu şəxsiyyət kimi inkişaf etmələrinə kömək etməkdən ibarət olan inklüziv təhsilin tətbiqi zamanı əlilliyi olan uşaqlar dərs prosesinə digər həmyaşıdları ilə birgə qoşulur və təbii ki, belə olan halda, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissinin inkişafına da münbit zəmin yaranır. Daha sonra o bildirib ki, ölkəmizdə inklüziv təhsil dedikdə yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərində digər uşaqlarla birgə təhsil alması başa düşülür. Amma əslində inklüziv təhsil cox geniş bir anlayışdır və bu təkcə əlilliyi olan uşaqların deyil, sağlamlığından, potensial imkanından, maddi təminatından asılı olmayaraq, hər bir uşağın  birgə təhsilə cəlb edilməsini nəzərdə tutur.  

Lalə İmanova qeyd edib ki, ölkəmizdə əlilliyi olan uşaqlar əsasən xüsusi məktəblərdə və xüsusi internat məktəblərində və ya evdə təhsilə cəlb olunurlar. Digər tərəfdən, bu qəbildən olan uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir. Belə ki, regionlarda gözdən əlilliyi olan və ya eşitməyən, eşitməsi sonradan məhdudlaşmış, zəifeşidən uşaqlar üçün xüsusi təhsilin təşkil edilməməsi səbəbindən onlar Bakı şəhərində fəaliyyət göstərən xüsusi internat məktəblərində təhsilə cəlb olunaraq orada ayrı yaşayır və beləliklə də ailə nəvazişindən kənarda qalırlar. Lakin bu bir həqiqətidir ki, əlilliyi olan uşaqlara daha artıq qayğı və diqqət, təhsilinin təşkilində xüsusi forma, yanaşma tələb olunur. Bunun isə ən optimal variantı inklüziv təhsildir. Məhz elə buna görədir ki, Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu (UNİCEF) arasında imzalanmış “2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq, 3 tədris ilidir ki, davam etdirilən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 138, 220, 202 və 255 nömrəli ümumi təhsil məktəblərində inklüziv təhsilin tətbiqinə başlanılıb. Bu layihənin gələcəkdə genişləndirilərək ölkənin bütün məktəblərini əhatə etməsinin artıq sosial sifariş olduğu diqqətə çatdırılıb və bir sıra təkliflər irəli sürülüb. Fasiləsiz inklüziv modelin yaradılması, yəni inklüziv məktəbəqədər təhsil müəssisəsi və inklüziv məktəb arasında varisliyin yaradılması, İnklüziv təhsilin variativ modellərinin inkişaf etdirilməsi, yəni: a) interqativ təhsil - ümumtəhsil məktəblərində xüsusi siniflərin yaradılması - burada əsas məqsəd uşaqların dərsdənkənar vaxtda ünsiyyətdə olmaqla sosial adaptasiyasıdır; b) inklüziv təhsilli siniflərin (bir sinifdə tipik və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması) sayının artırılması; İnklüziv təhsilin inkişaf etdirilməsi məqsədi ilə bu prosesə valideynlərin və müəllimlərin cəlb edilməsi; Uzunmüddətli və gələcəyə istiqamətlənmiş bir məsələ kimi inklüziv cəmiyyətə keçid - xüsusi qayğıya ehtiyacı olan insanların  cəmiyyətə sosializasiyası, inteqrasiyası, adaptasiyası və s. təkliflər bu qəbildəndir.

Layihənin ekspertlərindən biri olan sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edən və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Uşaq hüquqları haqqında” konvensiyalarının, həmçinin dövlət başçısı cənab İlham Əliyevin müvafiq fərman və sərəcamları ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində əlilliyi olan uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün həyata keçirilməsi zəruri olan tədbirlər barədə məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sığınacaq və Reabilitasiya Müəssəsinin sosial iş üzrə mütəxəssisi Gülnaz Məmmədli, Pasient Təşkilatları İttifaqının prezidenti, Əlil Təşkilatları İttifaqının vitse-prezidenti Ayaz Hüseynov, Əlilliyi olan Qadınlar Cəmiyyətinin sədri Məhlüqə Rəhimova, “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi ictimai birliyinin sədri Çiçək Məmmədli və digərləri müzakirələrdə fəal iştirak edərək əlilliyi olan şəxslərin kompleks reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması üzrə fikirlərini bölüşüblər.

Tədbirdə əlilliyi olan şəxslərin inklüziv təhsilə cəlb olunması sahəsində mövcud maneələr və onların  aradan qaldırılması yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb. Davud Rəhimli

Sonda ARTİ-nin İnklüziv təhsil şöbəsinin müdiri, p.ü.f.d Lalə İmanova tərəfindən hazırlanmış “İnklüziv təhsil  beynəlxalq norma kimi” adlı maarifləndirici buklet iştirakçılara paylanılıb.

  

 Mətbuat xidməti

  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 236 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/11/2018- "Ətraf mühitin əlilliyi olan şəxslərin hərəkət etmək imkanlarına uyğunlaşdırılmasına dəstək"

» 14/11/2018- IV Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.

» 13/11/2018- 13 noyabr - Beynəlxalq Görmə Əlilliyi olan Şəxslər Günü

» 12/11/2018- Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir

» 08/11/2018- Dövlətin Əlilliyi olan şəxslərə dəstəyi

» 2/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində boccia idman növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanmış komandamızla görüş keçirilib

» 29/10/2018- Layihə çərçicəsində yekun - hesabat tədbiri

» 29/10/2018- Boccia idman növü üzrə paralimpiyaçılar vətənə qayıtdılar

» 26/10/2018- Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumu keçirilmişdir.

» 25/10/2018- Yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği

» 24/10/2018- Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi

» 21/10/2018- Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi

» 18/10/2018- ƏLIL TƏŞKILATLARI İTTIFAQI (ƏTİ) – 15 IL

» 17/10/2018- "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi

» 16/10/2018- Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov dəfn edilib.

» 13/10/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi

» 13/10/2018- Lənkəran Əlillərin Regional Bərpa Mərkəzində monitorinq

» 10/10/2018- 20 Yanvar şəhidinin xatirəsi yad olunub

» 9/10/2018- BMT-nin 2030-cu ilə kimi Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu

» 5/10/2018- “Əlilliyi olan şəxslərin əmək bazarında rəqabətə davamlı sahibkar kimi inkişafına yardımı üçün seminarların keçirilməsi”