23 İyul 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/7/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın iclasında yeni təkliflər təqdim olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın iclasında yeni təkliflər təqdim olunub

 
Şuranın tərkibində işçi qrupları yaradılıb
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, əmək və sosial müdafiə sahələrində əhaliyə xidmətlər şəbəkəsinin tam şəffaflaşdırılması və vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatları diqqətə çatdırıb. O, sosial müdafiə tədbirlərinin, aktiv əmək bazarı proqramlarının təşkilində və islahatlar prosesində ictimai nəzarət mexanizminin önəmini qeyd edib.
Nazir İctimai Şuranın ictimai iştirakçılıq müstəvisində bu yöndə, habelə nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələrinin keyfiyyətlə yerinə yetirilməsinə ictimai nəzarətin həyata keçirilməsində, fəaliyyət sahələrində şəffaflığın təmin olunması işlərində yaxından dəstək verməsinin vacibliyini diqqətə çatdırıb. S.Babayev bildirib ki, Şurada geniş əhali qruplarını əhatə edən 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur. Sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin hazırlanması və icra mexanizminin həmin əhali qruplarının mənafelərinə uyğun təkmilləşdirilməsində, nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılmasında, habelə müvafiq istiqamətlər üzrə izahat və maarifləndirmənin aparılmasında Şuranın fəal iştirakı çox önəmlidir.
Əmək, məşğulluq, sosial müdafiə sahələrində həyata keçirilən tədbirlərə ictimai nəzarətin və bu sahələrdə şəffaflığın təmin olunmasında, nöqsan və çatışmazlıqların aşkar edilərək aradan qaldırılmasında, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şuranın nazirlik ilə birgə fəaliyyətinin daha səmərəli və məqsədyönlü təşkili üçün təkliflər müzakirə olunub.
İctimai Şuranın tərkibində ayrı-ayrı fəaliyyət sahələri üzrə işçi qrupları yaradılıb.
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 215 dəfə oxunub




Flag Counter






» 19/7/2018- ƏƏSMN tərəfindən 150 nəfər əlilliyi olan şəxs Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib

» 19/7/2018- Çinarə Rəhimovanın uğur hekayəsi

» 18/7/2018- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu imzalayıb

» 18/7/2018- Yardımlı rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

» 18/7/2018- Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir

» 18/7/2018- Əlil arabaları əlilliyi olan şəxslərə yaşadıqları rayonlara aparılaraq təqdim olunub

» 18/7/2018- Ünvanlı dövlət sosial yardımın alınması asanlaşır

» 17/7/2018- Uşaqlar üçün yoqa dərsləri keçirilir

» 16/7/2018- “Zəhmətimin Bəhrəsi”

» 16/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

» 16/7/2018- Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramları

» 16/7/2018- Şuranın dəstəyi ilə Tərtər rayonunda maarifləndirmə tədbiri

» 13/7/2018- Əlilliyin qiymətləndirilməsində yeniliklər.

» 12/7/2018- Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi

» 12/7/2018- Ünvanlı sosial yardım - haqlı və haqsızlar

» 10/7/2018- Cari ilin 6 ayında ƏƏSMN-nin bərpa mərkəzləri 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərib

» 10/7/2018- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) BƏYANATI

» 10/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın iclasında yeni təkliflər təqdim olunub

» 10/7/2018- Bərdə rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

» 9/7/2018- 60 nəfər əlilliyi olan şəxsi Quba rayonundakı istirahət mərkəzinə göndərib