23 İyul 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/7/2018 Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi


   

Xüsusi qayğıya ehtiyacı olan sənətkarların seminar və sərgi təşkil olunub FOTOLAR

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Əlil Qadınlar” Cəmiyyətində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əlil Təşkilatları İttifaqının və “Əlil Qadınlar” Cəmiyyətinin birgə təşkilatçılığı ilə seminar keçirilib. SİA-nın məlumatına görə, seminar çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanların yaradıcı işlərinin fərdi və qrup formasında sərgisi də təşkil olunub.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradova, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimai əlaqələr söbəsinin sektor müdiri Emil Cavadov, Əlil təşkilatları İttifaqın prezidenti Davud Rəhimli, Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, Milli QHT Forumunun İdarə Heyətinin sədri Qorxmaz İbrahimli, Səhiyyə Nazirliyinim nümayəndəsi Rəna İbrahimova, Peşəkar Psixologiya mərkəzinin direktoru Nuriyə Quliyeva, Asan Təlim-Tədris Mərkəzinin baş məsləhətçisi, Gənc psixoloqların İB-nin sədri Orxan Oruc, BDU-nun Sosial elmlər və psixologiya fakultəsinin könüllü tələbə və magistrları, “Ol” teatrı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev, əməkdaşları Rafiq Quliyev, Səadət Təhmiraz qızı, Aynurə Xudanlı çıxış edərək belə gözəl tədbirin təşkili üçün bütün iştirakçı və təşkilatçılara öz təşəkkürlərini bildiriblər.

Qeyd ediblər ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial və ictimai həyata inteqrasiya olunması üçün dövlətimiz tərəfindən bir sıra addımlar atılır. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu” kimi qanunlar bu qəbildəndir. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.

A.Usubəliyev öz çıxışında bildirdi ki, həmin insanların sahəmizdəki fəaliyyətinin heç bir məhdudiyyəti yoxdur, hamımız eyni və bərabərik. Ona görə də bu istiqamətdə xüsusi qayğıya ehtiyacı olan insanlarla birgə yeni layihələr hazırlanacaq və bu səpqidə tədbirlər davam etdiriləcək.

Seminarda 20-yə yaxın xüsusi qayğıya ehtiyacı olan sənətkarların əl işləri, tikmə, qrafika, xalçaçılıq və s. sənət əsərləri nümayiş olunub və milli musiqimizin bir birindən dəyərli nümunələrini dinlənilib.

Davud Rəhimli   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 38 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 19/7/2018- ƏƏSMN tərəfindən 150 nəfər əlilliyi olan şəxs Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib

» 19/7/2018- Çinarə Rəhimovanın uğur hekayəsi

» 18/7/2018- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu imzalayıb

» 18/7/2018- Yardımlı rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

» 18/7/2018- Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir

» 18/7/2018- Əlil arabaları əlilliyi olan şəxslərə yaşadıqları rayonlara aparılaraq təqdim olunub

» 18/7/2018- Ünvanlı dövlət sosial yardımın alınması asanlaşır

» 17/7/2018- Uşaqlar üçün yoqa dərsləri keçirilir

» 16/7/2018- “Zəhmətimin Bəhrəsi”

» 16/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

» 16/7/2018- Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramları

» 16/7/2018- Şuranın dəstəyi ilə Tərtər rayonunda maarifləndirmə tədbiri

» 13/7/2018- Əlilliyin qiymətləndirilməsində yeniliklər.

» 12/7/2018- Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi

» 12/7/2018- Ünvanlı sosial yardım - haqlı və haqsızlar

» 10/7/2018- Cari ilin 6 ayında ƏƏSMN-nin bərpa mərkəzləri 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərib

» 10/7/2018- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) BƏYANATI

» 10/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın iclasında yeni təkliflər təqdim olunub

» 10/7/2018- Bərdə rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

» 9/7/2018- 60 nəfər əlilliyi olan şəxsi Quba rayonundakı istirahət mərkəzinə göndərib