29 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
9/8/2018 Xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili


23 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasi Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctima Birliyi tərəfindən "Xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili və onlara hüquqi yardımın göstərilməsi" layihəsi çərçivəsində Binəgədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilmişdir.

         Layihə rəhbəri, Vətən müharibəsinin I qrup əlili, hüquqşünas Dadaş Quliyev layihə haqqında ətraflı məlumat verərək dövlətin əlillərə qayğısından danışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sağlamlıq imkanları məhdud insanların sosial məsələlərinin həllini daim diqqətdə saxladığını, bu kateqoriyadan olan insanların maddi-məişət şəraitinin yaxşılaşdırılması o cümlədən, pensiya və təqaüdlərin artırılması istiqamətində mühüm işlər görüldüyünü bildirmişdir. Biz də cənab Prezidentin sosial siyasətinin davamı olaraq bu il QHT Şurasına xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili və onlara hüquqi yardımın göstərilməsinə dair layihə təqdim etdik və layihəmiz uğurla dəstəkləndi. Bunun nəticəsi olaraq bu gün biz sizinlə görüşə gəlmişik.

          Daha sonra layihənin eksperti Firudin Əliyev çıxış edərək layihənin əhəmiyyətindən və layihə çərçivəsində əlil və şəhid ailərlərinə mənəvi-psixoloji dəstək göstəriləcəyini, layihənin hüquqşünası Telman Əbilov isə dövlətin bu cür layihələri dəstəkləməklə sağlamlıq imkanları məhdud insanların cəmiyyətə adaptasiyasında mühüm rol oynadığını bildirmişdir.

          Görüş zamanı vətəndaşları maraqlandıran məsələlər barəsində layihənin sosioloqu və hüquqşünası ilə fikir mübadiləsi aparılmış, vətəndaşların sorğu xarakterli müraciətləri ətraflı cavablandırılmışdır. Vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsində göstərilən diqqət və qayğıya həmçinin, vətəndaşlarla belə görüşlərin keçirilməsinə yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə etmişlər.

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1581 dəfə oxunub




Flag Counter






» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/11/2021- “Məşğulluq marafonu” çərçivəsində 1000-dən şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 28/10/2021- “Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirdi

» 28/10/2021- İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. BakuBus

» 28/10/2021- MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası keçirilir