21 Noyabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/8/2018 “Gənc DOST” Proqramı həyata keçiriləcək


DOST mərkəzlərində “Gənc DOST” Proqramı

həyata keçiriləcək

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində “Gənc DOST” Proqramı həyata keçiriləcək.

Hazırda nazirlikdə müvafiq Proqram layihəsi hazırlanır. Bu proqram DOST mərkəzlərində gənclərin könüllü iştirakını, ümumən əmək, məşğulluq və sosial müdafiə sahələrində göstərilən xidmətlərdə könüllülük fəaliyyətini dəstəkləyəcək. Proqram çərçivəsində gənclərin bu sahədə könüllü iştirakla bağlı bilik və bacarıqlarının artırılması üçün müvafiq təlim proqramlarının hazırlanması və reallaşdırılması, gənclərin müvafiq istiqamət üzrə motivasiyasına yönələn işlərin aparılması təmin ediləcək.

Cari ilin sonundan etibarən əvvəl Bakıda, sonrakı mərhələdə ölkəmizin digər şəhər və rayonlarında yaradılacaq DOST mərkəzləri əmək, sosial müdafiə və təminat, məşğulluq sahəsində vətəndaşlara “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla xidmətlər göstərəcək. 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 178 dəfə oxunub




Flag Counter






» 20/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib

» 20/11/2018- Respublika Protez-Ortopedik Bərpa Mərkəzində (POBM) monitorinq keçirilmiçdir.

» 19/11/2018- Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq

» 16/11/2018- Əlil Təşkilatları İttifaqı (ƏTİ) sosial sifarişlər üzrə monitorinqləri davam etdirir

» 15/11/2018- TOPs layihəsi çərçivəsində 138 saylı məktəbdə fiziki tərbiyə fənnindən “Açıq dərs” keçirilib

» 14/11/2018- "Ətraf mühitin əlilliyi olan şəxslərin hərəkət etmək imkanlarına uyğunlaşdırılmasına dəstək"

» 14/11/2018- IV Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.

» 13/11/2018- 13 noyabr - Beynəlxalq Görmə Əlilliyi olan Şəxslər Günü

» 12/11/2018- Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir

» 08/11/2018- Dövlətin Əlilliyi olan şəxslərə dəstəyi

» 2/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində boccia idman növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanmış komandamızla görüş keçirilib

» 29/10/2018- Layihə çərçicəsində yekun - hesabat tədbiri

» 29/10/2018- Boccia idman növü üzrə paralimpiyaçılar vətənə qayıtdılar

» 26/10/2018- Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumu keçirilmişdir.

» 25/10/2018- Yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği

» 24/10/2018- Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi

» 21/10/2018- Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi

» 18/10/2018- ƏLIL TƏŞKILATLARI İTTIFAQI (ƏTİ) – 15 IL

» 17/10/2018- "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi

» 16/10/2018- Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov dəfn edilib.