21 Aprel 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/9/2018 Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib


22.09.2018

Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib.

Beynəlxalq Sülh Gününün təsis olunması tarixi və əhəmiyyətindən danışan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu il Beynəlxalq Sülh Günü, “Sülh hüququ: Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 70 illiyi” devizi altında keçirilir. O, ölkəmizdə də bu günün hər il yüksək səviyyədə qeyd olunduğunu bildirib. Nazir vurğulayıb ki, “Beynəlxalq Sülh Gün”ü ilə əlaqədar ombudsmanın təşəbbüsü ilə ölkəmizdə hər il 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir. Bu ay çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də müvafiq tədbirlər təşkil olunur. S.Babayev bu tədbirlərin Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” çərçivəsində əhalinin hüquq düşüncəsinin inkişafına, sülh və dözümlülük mədəniyyətinin təbliğinə xidmət etdiyini bildirib. 
Sahil Babayev dövlət başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda, mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran bir dövlət olduğunu vurğulayıb. S.Babayev, həmçinin, ölkəmizdə sosial ədalət prinsipinə söykənən əmək və sosial hüquqlar sisteminin bərqərar olduğunu qeyd edib. O bildirib ki, insan hüquqlarının vacib tərkib hissəsi olan əmək və sosial hüquqlar sistemi daim mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilir. 
Yeni qəbul olunan “Əlilliyi olan şəxslər haqqında” Qanun fiziki məhdudiyyətli vətəndaşlarımızın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təcrübəni əks etdirməkdədir. Nazir bildirib ki, ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi, fərdi reabilitasiya proqramının icrası istiqamətində işlər aparılır.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Beynəlxalq Sülh Gününü təsis edən BMT tərəfindən bütün dünya dövlətlərinə sülhyaratma proseslərinin önündə getməyin, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmanın tövsiyə olunduğunu vurğulayıb. E.Süleymanova insan hüquqlarının təmin olunmasının yalnız sülh şəraitində mümkünlüyünü vurğulayaraq, torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkəmiz üçün sülh mövzusunun önəmli olduğunu diqqətə çatdırıb. O, Dağlıq Qarabağ münaqişəsi ilə üzləşən xalqımızın sülh mövzusuna həssas yanaşdığını diqqətə çatdıraraq, belə tədbirlərin sülh mövzusunun təbliğinə təkan verdiyini bildirib.
BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident əlaqələndiricisi Qulam İsakzai BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb. O bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 il keçsə də, bu gün də bu istiqamətdə səmərəli işlər görülərək maarifləndirmə işləri aparılır. 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxdı. Sərgidə əlilliyi olan şəxslərin sülh mövzusunda yaratdığı incəsənət nümunələrinə, tematik əyləncə güşələrinə də baxış oldu.
Heydər Əliyev Fondunun vitse-prezidenti burada sərgilənən əl işlərinin müəllifləri ilə söhbət etdi, əsərlərin yaradılması prosesi ilə maraqlandı, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzuladı.
Leyla Əliyeva BOCCIA İdman Federasiyasının idmançıları ilə də görüşdü. Ölkəmizdə BOCCIA idmanının yaradılması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb.1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilən BOCCIA 34 il ərzində 50 ölkədə inkişaf etdirilərək sürətlə məşhurlaşıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən ölkəmizdə BOCCIA idman növünün təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.
Beynəlxalq Sülh Günü kimi tədbirlər Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” çərçivəsində əhalinin hüquq düşüncəsinin inkişafına, sülh və dözümlülük mədəniyyətinin təbliğinə xidmət edir. Leyla Əliyeva uşaqlarla birlikdə bütün dünyada sülh rəmzi olan göyərçinləri səmaya buraxdı. Tədbir iştirakçıları Beynəlxalq Sülh Gününün daha bir rəmzi jestini həyata keçirdilər. Onlar rəngli boyalarla əl izlərini tabloya qoydular.

Beynəlxalq Sülh Günü 1981-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. 2001-ci ildə Baş Assambleya hər il Sülh Gününü qeyri-zorakılıq və atəşkəs günü olaraq qeyd etməyi qərara alıb. Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb.

 
 
 
 
 
 
 
 
 
 
  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1585 dəfə oxunub




Flag Counter






» 19/4/2021- “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 19/4/2021- “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin başlanmasına həsr olunmuş onlayn tədbir keçirilib.

» 19/4/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin NİZAMNAMƏSİ

» 19/4/2021- Üçüncü Könüllü Milli Hesabatın ictimai dinləmələri keçirilib

» 19/4/2021- Ağıllışəhər və Ağıllı kənd

» 19/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/4/2021- Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

» 10/4/2021- Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/4/2021- Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir

» 2/4/2021- Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub

» 31/3/2021- Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

» 31/3/2021- 31 March is the day of Genocide of the Azerbaijanis

» 30/3/2021- Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

» 30/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/3/2021- Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

» 20/3/2021- BAHAR BAYRAMINIZ, YENİ GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!