XƏBƏRLƏR




- 24/9/2018 Respublika Əlillərin Bərpa Mərkəzində monitorinq keçirilmiçdir
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
24 sentyabr 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvləri Davud RƏHİMLİ (Əlil Təşkilatları İttifaqı (ƏTİ)), Şəhla Yusifova (Jurnalistlər Qadınlar Assosiasiyası) və Məmmədhəsən Nəsənov (“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi) tərəfindən Respublika Əlillərin Bərpa Mərkəzində monitorinq keçirilmiçdir. Monitorinq zamanı RƏBM-in əlilliyi olan şəxslərin qəbul imkanları, əlçatanlıq, yerlərin sayı, qalma vəziyyəti, bərpa-müalicə qaydaları, prosedurlar, avadanlıq və reabilitasiya vasitələri ilə təminat, qidalanma, asudə vaxtın təşkili, sakinlərin məmnunluq dərəcəsi halları nəzərdən keçirilmişdir.
Qeyd edək ki, RƏBM Respublikada fəaliyyət göstərən bərpa müəssisələri arasında xidmət, təminat, fiziki vəziyyəti ilə ən nümünəvi müəssisə kimi qeyd edilir. Bu səbəbdən də əlilliyi olan şəxslərimiz əsasən bu müəssisəyə müraciət edirlər. Əlilliyi olan şəxslərimiz bu səbəbdən də üzün müddətə növbədə dayanmaq zərurətində qalırlar.
Monitoriq zamanı müsbət hallarla yanaşı, müxtəlif sahələr üzrə çatışmazlıqlar da araşdırıldı. Bunun əsasında müvafiq müsbət və mənfi məqamları, rəy və təklifləri özündə əks etdirən, yekun hesabat hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaqdır.
Monitorinqin keçirilməsinə şərait yaratdıqlarına və suallarımıza əsaslı cavab verdiklərinə görə Respublika Əlillərin Bərpa Mərkəzin baş həkimi əvəzi, Tibbi-Sosial Reabilitasiya şəbəsinin müdiri Günay xanım Piriyeva, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti İdarəsinin Hüquq, Daxili Nəzarət və Kadrlarla İş sektorunun müdiri cənab Zaur İbrahimova, mətkəzin tibb və texniki personalına, əlilliyi olan şəxslərə minnətdarlığımızı bildirirk.
Bu xəbər 3416 dəfə oxunub