15 Fevral 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/10/2018 Şamaxıda Türk məzarlığı xatirə abidəsinə ziyarət təşkil edildi


“Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi və Şamaxıdakı xatirə abidəsinə ziyarətin təşkili” layihəsi üzrə Şamaxı şəhərində Türk məzarlığı xatirə abidəsinə ziyarət təşkil etdi.

Bu barədə Birliyin sədri Səbinə Kərimova bildirib. Onun sözlərinə görə, tədbirdə 32 nəfər əlilliyi olan şəxs və 4 nəfər QHT-rəhbəri iştirak edirdi. O, tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanda ən mühüm hadisələrin bas verdiyi 1918-ci il nə qədər qanlı tariximiz olsa da, bir o qədərdə şanlı və qürürvericidir. Məhz bu il Azərbaycanın ilk demokratik ölkə kimi dünyada tanınması bizim şanlı tariximizdir. Düzdür 18-ci il mart ayinın 26-dan aprel 3 kimi erməni daşnaklarının ölkəmizin bölgələrində törətdiyi qırğın soyqırım kimi yaddaslara həkk olunub, 12 mindən çox azərbaycanlı qətlə yetirilib, on minlərlə insan isə itkin düşüb.

Bu gün ziyarət etdiyimiz bu məzarlıqın qısa tarixçəsini qeyd edim ki, bu şanlı tariximiz Bakını və regionlarımızı rus bolşeviklərindən, erməni daşnaklarından qurtaran Türk əsgərlərinin məzarıdır. Onlar bizim üçün döyüşüb və torpaqlarımızın uğrunda şəhid olublar. Bu əsgərlər Türkiyədən Azərbaycana gələn Qafqaz İslam Ordusunun əsgərləri, Nuri Paşanın komandanlığı ilə may ayının  25-də Azərbaycana gəliblər. Türkiyənin Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət olan Qafqaz İslam Ordusuna Nuru Paşa rəhbərlik edirdi. Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi Qırğınların qarşısını almaq məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu Bakımızı işğaldan azad edir. Türkiyədən Gəncəyə 8000 türk əsgər gəlir və Bakıya çatanda ordu üzvlərinin sayı 20 minə çatır. Dağıstan xalqlarından 6-7 min könüllü qoşulur İslam ordusuna, bir o qədər könüllü də Azərbaycandan qatılır .

1918-ci ilin iyulundan Qafqaz islam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də-Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi. Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak oldu. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi. Qardaş Türkiyənin hərbi dəstəyilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün yazılması demək idi. Bu, eyni zamanda dahi Mustafa Kamal Atatürkün «Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!» fikrinin əyani təsdiqi idi. Bakının azad edilməsindən iki gün sonra Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürüldü. Bu isə ölkədə tamamilə yeni bir şərait yaratdı. Bundan sonra Azərbaycan hökuməti özünün elm, mədəniyyət, incəsənət mərkəzinə qovuşmuş oldu.
Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərmişdir, deyə Səbinə Kərimova iştirakçılara məlumat verdi.

Sonra QHT-rəhbərləri,Əsgər Ailələrinə Dəstək İB sədri Mətanət Əsgərqızı, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB sədri Zenfira Mustafayeva, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İB sədri Cəmilə Abdulova, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İB sədri Məmmədhəsən Həsənov 1918-ci ildə Azərbaycanda baş vermiş hadisələr barədə iştirakçılara geniş məlumat verdilər. Tədbir Şamaxıda yerləşən bir çox tarixi abidələrə ziyarət ilə başa çatdı.

 

   
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 430 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/2/2019- “Fiziki imkanları məhdud olan şəxslərin məşğulluq problemləri”

» 08/2/2019- Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır

» 11/2/2019- Sosial müdafiə əhəmiyyətli yeni layihələr imzalanıb

» 4/2/2019- İdmançılarımız ilk dəfə qatıldıqları yarışda qızıl medal qazanıblar.

» 1/2/2019- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibi formalaşıb

» 1/2/2019- "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri"

» 1/2/2019- Yaşı 80-ni ötmüş şəhid valideynlərinə birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edildi

» 31/01/2019- Heydər Əliyev Mərkəzində “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib

» 29/1/2019- Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub

» 28/1/2019- Prezident əlilliyi olan şəxslərə və şəhid ailələrinə 35 milyon ayırdı

» 28/1/2019- Prezident şəhid ailələri ilə əlaqədar Fərman verdi

» 23/1/2019- "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi

» 23/1/2019- “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

» 19/1/2019- QANLI YANVAR

» 18/1/2019- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 18/1/2019- 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

» 12/1/2019- Autizmlilərin İdman Klubunda gürüş

» 29/12/2018- Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin ilin yekunu ilə əlaqədar tərdbiri

» 27/12/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub

» 26/12/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi