15 Fevral 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/10/2018 “Yetkinlik yaşına çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi”ndə monitorinq keçirilmiçdir.


“Yetkinlik yaşına çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi”ndə monitorinq keçirilmiçdir.

 

   04 oktyabr 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şura xətti ilə “Sosial xidmət, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və reabilitasiyası məsələləri üzrə komissiya”nın sədri, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ  tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zabrat qəsəbəsində yerləşən  “Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi”ndə monitorinq keçirilmiçdir.  Monitorinq prosesində “Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi” və “Əlil Ziyalılar İctimai Birliyi”nin rəhbərliyi və üzvlərinin əməkdaşları da iştirak etmişlər. Monitorinq zamanı Mərkəzin infrastrukturunun müyəssərliyi, iş, bərpa şəraitləri, qəbul qaydaları, yerlərin sayı, qalma vəziyyəti, bərpa-müalicə qaydaları, prosedurlar, avadanlıq və reabilitasiya vasitələri ilə təminat, qidalanma, asudə vaxtın təşkili, sakinlərin məmnunluq dərəcəsi halları nəzərdən keçirilmişdir.

      Monitorinq zamanı müşahidə və informasiya vasitəsilə rəy və təkliflər öyrənilmiş, çatışmayan və fəaliyyət üçün ehtiyac duyulan hallar qeyd olunmuşdur.

Bərpa Mərkəzinin vacib ilk həll olunması vacib məsələ nəqliyyat vasitəsi ilə təminat, şəhərdən birbaşa avtobus marşrutunun açılması, mərkəzə kanalizasiya sisteminin çəkilməsi, telefon və internet sisteminin çəkilməsi kimi halları qeyd etmək olar. Bunlarla bərabər qalan hallar hesabatda əks olunacaqdır.

(Qeyd: Zabrat qəsəbəsində, Mərkəzin yaxınlığında əlilliyi olan şəxslər üçün tikilmiş binada da kanalizasiya sisteminə qoşulmaq və qrunt sularının nəmişlik və antisanitariya yaratmaq problemi vardır.)   

       Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayopnunun Zabrat qəsəbəsində yerləşən  “Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi”  ötən ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir.

Bu sosial xidmət müəssisəsində görmə qabiliyyəti  məhdud olan yetkinlik yaşına çatmamış şəxslərin ehtiyac duyduqları reabilitasiya tədbirlərinə cəlb olunmaları, sosial xidmətlərlə təmin edilmələri üçün müasir tələblərə uyğun şərait yaradılıb.  İşə qəbul zamanı ilk növbədə gözdən əlilliyi olan şəxslərə üstünlük verilir və onlar müxtəlif vəzifələrdə çalışırlar.  Binada konfrans zalı və sərgi salonu var. Bina görmə imkanı məhdud şəxslər üçün nəzərdə tutulmuş səsli sistemin olduğu liftlə, sərbəst hərəkəti təmin edəcək vasitələrlə  təchiz edilib. Mərkəzdə 12 çarpayılıq 4 palata, camaşırxana, metodika və stolüstü oyunlar otaqları da yaradılıb.Kompleksin tədris korpusunda okulist, terapevt, oftalmoloq, psixoloji təhlil, masaj, ayaq hissiyyatının artırılması və əl ağacından istifadəyə dair təlim, görmə imkanı məhdud şəxslərin vizual təsəvvürünün və yaddaşının inkişafı üçün təlim otaqları, həmçinin yeməkxana fəaliyyət göstərir. Mərkəzdə görmə imkanları məhdud olan yeniyetmə və gənclərin tibbi, peşə, sosial, əmək, idman məşğələləri və abilitasiyalarının təşkili üçün beynəlxalq standartlara cavab verən şərait var. Belə ki, görmə imkanları məhdud şəxslərin üç ay müddətində reabilitasiya kursuna cəlb edilərək brayl əlifbasına, kompüter biliklərinə, incəsənətin müxtəlif növlərinə, üzgüçülük, yüngül atletika və idmanın digər növlərinə yiyələnmələri mümkündür.

İdman korpusunda isə  oyunlar zalı, təlimatçı və həkim otaqları var. Zalda görmə imkanı məhdud şəxslər idmanın müxtəlif növləri ilə məşğul ola bilərlər. Üzgüçülük korpusunda isə 25 metr uzunluğunda hovuz  var.

     Monitorinqin keçirilməsinə şərait yaratdıqlarına və suallarımıza əsaslı cavab verdiklərinə Mərkəzin direktoru Saday Abdullayevə, Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədr müavini Reyhan Cəfərovaya, bütün əməkdaşlarına minnətdarlığımızı bildirirk. 

 

 

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 378 dəfə oxunub




Flag Counter






» 14/2/2019- “Fiziki imkanları məhdud olan şəxslərin məşğulluq problemləri”

» 08/2/2019- Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır

» 11/2/2019- Sosial müdafiə əhəmiyyətli yeni layihələr imzalanıb

» 4/2/2019- İdmançılarımız ilk dəfə qatıldıqları yarışda qızıl medal qazanıblar.

» 1/2/2019- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibi formalaşıb

» 1/2/2019- "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri"

» 1/2/2019- Yaşı 80-ni ötmüş şəhid valideynlərinə birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edildi

» 31/01/2019- Heydər Əliyev Mərkəzində “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib

» 29/1/2019- Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub

» 28/1/2019- Prezident əlilliyi olan şəxslərə və şəhid ailələrinə 35 milyon ayırdı

» 28/1/2019- Prezident şəhid ailələri ilə əlaqədar Fərman verdi

» 23/1/2019- "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi

» 23/1/2019- “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

» 19/1/2019- QANLI YANVAR

» 18/1/2019- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 18/1/2019- 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

» 12/1/2019- Autizmlilərin İdman Klubunda gürüş

» 29/12/2018- Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin ilin yekunu ilə əlaqədar tərdbiri

» 27/12/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub

» 26/12/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi