22 Oktyabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/10/2018 20 Yanvar şəhidinin xatirəsi yad olunub


20 Yanvar şəhidi İlham Allahverdiyev Əjdər oğlunun oxuduğu 54 № -li tam orta məktəbdə  xatirəsinə həsr olunmuş tədbir keçirilib

Yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği layihəsinin ilk tədbiri keçirilib

“Bakı, Qusar və Neftçala  şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində  20 Yanvar şəhidi olan İlham Allahverdiyev Əjdər oğlunun oxuduğu 54 № -li tam orta məktəbdə  xatirəsinə həsr olunmuş   şagirdlərlə görüş  keçirib. Tədbirdə 20 Yanvar İB-nin işçi heyyəti,  layihə  rəhbəri Sultan Əzimzadə, ekspert Mustafa Əliyev, pr.menecer Qahirə Məmmədova, mühasib həmçini Sosial İqtisadi Araşdırmalar İB-nin sədr muavini  Fərqanə Əliyeva, şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyiev, hərbi journalist, ehtiyatda olan hərbiçi mayor Şəmistan Əlizamanlı, Qazilər.az saytının rəhbəri və  Qarabağ əlili Rey Kərimoğlu, şəhid İlham Allahverdiyevin iş yoldaşı Asif  İbrahimxəlilov,  20 Yanvar” İB-nin  Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, “20 Yanvar” İB-nin idarə heyətinin üzvü, Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov  və KİV- nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Sultan Əzimzadə bildirib  ki, cəmiyyətimizdə yeniyetmə və   gənclər arasında vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması, vətən uğrunda canından keçmiş vətən oğullarımızın həyat və qəhrəmanlıq sərlövhələrinin təbliği vacib və lazım məsələlərdən biridir. Çünki yeniyetmə  və gənclər bu ölkənin gələcəyidir. Düzdür gənclərimiz arasında vətənpərvərlik hissləri yeterincə vardır, lakin bu yönümdə davamlı olaraq  təbliğat və maarifləndirmə işləri görülməlidir. Qəhrəmalıq tariximiz gənc  nəslin yaddaşına  həkk olunmalıdır ki, vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi daimiyaşar olsun. Tədbirdə hərbi jurnalist Şəmistan Əlizamanlı , Allahverdiyev Elxan, şəhidin iş yoldaşı İbrahimxəlilov Asif və başqaları çıxış edərək fikirlərini yeniyetmə və gənclərlə bölüşmüşdür. Məktəbin şagirdləri musiqi proqramları ilə çıxış ediblər. Sonda  Şəmistan Əlizamanlı hərbi yönümlü mahnılar ifa edərək tədbiri  bitirmişdir.

Layihəni “20 Yanvar”  İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti  yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edir və  31.10.2018-ci il tarixinədək  davam edəcək.

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 58 dəfə oxunub




Flag Counter






» 21/10/2018- Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi

» 18/10/2018- ƏLIL TƏŞKILATLARI İTTIFAQI (ƏTİ) – 15 IL

» 17/10/2018- "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi

» 16/10/2018- Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov dəfn edilib.

» 13/10/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi

» 13/10/2018- Lənkəran Əlillərin Regional Bərpa Mərkəzində monitorinq

» 10/10/2018- 20 Yanvar şəhidinin xatirəsi yad olunub

» 9/10/2018- BMT-nin 2030-cu ilə kimi Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu

» 5/10/2018- “Əlilliyi olan şəxslərin əmək bazarında rəqabətə davamlı sahibkar kimi inkişafına yardımı üçün seminarların keçirilməsi”

» 5/10/2018- "Daktil Öyrənək-Daktil Əylənək"

» 4/10/2018- “Yetkinlik yaşına çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi”ndə monitorinq keçirilmiçdir.

» 2/10/2018- "Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, innovasiyalar və vətəndaş məmnunluğu" mövzusunda ictimai müzakirə

» 2/10/2018- Milli QHT Forumunun idarə heyətinin növbəti iclası olmuşdur.

» 2/10/2018- Müvəqqəti işlər vəkilinin qəbulu.

» 1/10/2018- Şamaxıda Türk məzarlığı xatirə abidəsinə ziyarət təşkil edildi

» 28/9/2018- “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi

» 27/9/2018- "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq"

» 25/9/2018- İctimai Şuranın iclası keçirilmişdir.

» 24/9/2018- Respublika Əlillərin Bərpa Mərkəzində monitorinq keçirilmiçdir

» 22/9/2018- Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib