21 Noyabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/10/2018 Lənkəran Əlillərin Regional Bərpa Mərkəzində monitorinq


Press Reliz

Lənkəran şəhəri.                                                                                      12 oktyabr 2018 – ci il

      12 oktyabr 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvləri Davud RƏHİMLİ (Əlil Təşkilatları İttifaqı (ƏTİ)) və Məmmədhəsən Nəsənov (“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi) tərəfindən Lənkəran Əlillərin Regional Bərpa Mərkəzində monitorinq keçirilmiçdir. Monitorinq zamanı mərkəzin fiziki infrastrukturunun əlçatanlığı, əlilliyi olan şəxslərin qəbul prosedurları, personalın formalaşması, imkanları,  yerlərin sayı, qalma vəziyyəti, bərpa-müalicə qaydaları, göstərilən xidmətlər, avadanlıq və reabilitasiya vasitələri ilə təminat, qidalanma, asudə vaxtın təşkili, sakinlərin məmnunluq dərəcəsi halları nəzərdən keçirilmişdir.

     Mərkəz Lənkəran şəhəri və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində üçün 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuşdur. 14 çarpayılıqdır.

    Monitoriq zamanı müsbət hallarla yanaşı, müxtəlif sahələr üzrə çatışmazlıqlar, o cümlədən obyektiv və subyektiv səbəblərdən yaranan hallar aşkarlanaraq müəyyən olundu. Respublika Əlillərin Bərpa Mərkəzində aparılmış monitorinq zamanı qeyd olunmuşdu ki, regionlarda bərpa mərkəzlərinin olmasına baxmayaraq, müraciətlər əsasən Bakıda olan mərkəzə olunur. Aparılan monitorinqin bir məqsədi də bunu araşdırmaq idi. Bütün hallar nəzərə alınaraq yekun hesabat hazırlanaraq aidiyyatı üzrə təqdim olunacaqdır.

      Monitorinqin keçirilməsinə şərait yaratdıqlarına və diqqətə görə  Lənkəran Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Vəfa xanım Şəbiyevaya, mərkəzin kollektivinə, orada müalicə alan əlilliyi olan şəxslərə minnətdarlığımızı bildirirk. 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 139 dəfə oxunub




Flag Counter






» 20/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib

» 20/11/2018- Respublika Protez-Ortopedik Bərpa Mərkəzində (POBM) monitorinq keçirilmiçdir.

» 19/11/2018- Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq

» 16/11/2018- Əlil Təşkilatları İttifaqı (ƏTİ) sosial sifarişlər üzrə monitorinqləri davam etdirir

» 15/11/2018- TOPs layihəsi çərçivəsində 138 saylı məktəbdə fiziki tərbiyə fənnindən “Açıq dərs” keçirilib

» 14/11/2018- "Ətraf mühitin əlilliyi olan şəxslərin hərəkət etmək imkanlarına uyğunlaşdırılmasına dəstək"

» 14/11/2018- IV Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.

» 13/11/2018- 13 noyabr - Beynəlxalq Görmə Əlilliyi olan Şəxslər Günü

» 12/11/2018- Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir

» 08/11/2018- Dövlətin Əlilliyi olan şəxslərə dəstəyi

» 2/11/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində boccia idman növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanmış komandamızla görüş keçirilib

» 29/10/2018- Layihə çərçicəsində yekun - hesabat tədbiri

» 29/10/2018- Boccia idman növü üzrə paralimpiyaçılar vətənə qayıtdılar

» 26/10/2018- Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumu keçirilmişdir.

» 25/10/2018- Yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği

» 24/10/2018- Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi

» 21/10/2018- Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi

» 18/10/2018- ƏLIL TƏŞKILATLARI İTTIFAQI (ƏTİ) – 15 IL

» 17/10/2018- "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi

» 16/10/2018- Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov dəfn edilib.