18 Yanvar 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/10/2018 Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumu keçirilmişdir.


Oktyabrın 25-26-da Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumu keçirilmişdir.

Forumda rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə qeyd olunan sahələr üzrə mütəxəssislər bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdıracaqlar. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılmasıdır.

VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq.

Forumda, həmçinin insanların dövrümüzün ən mühüm çağırışlarını qarşılamaq bacarıqlarına dərin inamı, humanizm və bəşəri məsuliyyətin zəruriliyi məsələsi önə çəkiləcək. Bütün bu təşəbbüslər insanların həyatını xilas edən, iztirabları yüngülləşdirən, kəskin və gərgin dəyişikliklər dövründə insan ləyaqətini qoruyan, habelə antropogen böhranlar və fəlakətlərə bənzər situasiyaların önlənməsini təmin edən humanizm aktlarıdır. Forum bu addımları humanizmin bütün dünya üçün vacib əhəmiyyət kəsb edən təməl prinsipləri çərçivəsində - neytrallıq, müstəqillik və obyektivlik şərtləri altında nəzərdən keçirir. Ənənəvi tədbirin konsepsiyasının əsas elementi BMT baş katibinin tərəfdaşlığa, vətəndaş cəmiyyətinin həmrəyliyinə, milli hökumətlər və beynəlxalq təşkilatların əməkdaşlığına çağırışıdır.

2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.

Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir. Forumda BMT baş katibinin iki müavini, ISESCO, IRCICA, TürkPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TWESCO), Parlamentlərarası Birlik (IPU), BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri, UNESCO, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak edir.

Tədbirə, həmçinin Sudanın vitse-prezidenti, Rusiya və Slovakiyanın Baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, habelə 15 ölkədən 40-dan çox millət vəkili, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı respublikalardan şirkət rəhbərləri, elm xadimləri, ekspertlər qatılıblar.

Beynəlxalq Humanitar Forum çərçivəsində tədbir iştirakçılarının asudə vaxtlarının təşkili məqsədilə rəngarəng mədəni proqram təqdim olunacaq, qonaqların Bakı şəhərinin gəzməli-görməli yerləri ilə tanışlığı da təşkil ediləcək.

VI Beynəlxalq Humanitar Forum çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda da forum keçirilir.

Forumda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dair təqdimatlar keçiriləcək, təşkil olunacaq 5 sessiyada davamlı, inkluziv və dayanıqlı iqtisadi artıma, səmərəli məşğulluğa və layiqli əmək şəraitinə, DİM-in həyata keçirilməsində maraqlı tərəflərin roluna, 2030-cu ilədək DİM-in icrasına, bu sahədə BMT-nin missiyasına və əməkdaşlığın gücləndirilməsinə, 2019-cu ildə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda müzakirə ediləcək məsələlərə dair müzakirələr aparılacaq.

Forumda vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud RƏHİMLİ iştirak etmişdir.

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 179 dəfə oxunub




Flag Counter






» 18/1/2019- 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

» 12/1/2019- Autizmlilərin İdman Klubunda gürüş

» 29/12/2018- Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin ilin yekunu ilə əlaqədar tərdbiri

» 27/12/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub

» 26/12/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi

» 22/12/2018- İctimai Şuranın növbəti iclası keçirilib

» 20/12/2018- Aztəminatlılara bayram yardımı

» 19/12/2018- Layihə çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluğuna dəstək göstəriləcək

» 11/12/2018- Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013 – 2018-ci illər üzrə Hesabat – Seçki konfransı keçirilmişdir.

» 11/12/2018- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli Fərmanı ilə DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

» 7/12/2018- QHT-lər tərəfindən icra edilən layihələrin monitorinqi

» 6/12/2018- “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması”

» 6/12/2018- Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

» 5/12/2018- Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini davam etdirir.

» 4/12/2018- "Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər"

» 3/12/2018- British Council 3 dekabrla əlaqədar tədbir keçirildi

» 4/12/2018- Finlaniyada 100 sosial inovasiya

» 3/12/2018- Əlilliyi olan şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi – Yarmarkası keçirilmişdir.

» 3/12/2018- 3 dekabr - Beynəlxalq əlilliyi olan şəxslər günüdür.

» 30/11/2018- Əlilliyi Olan Şəxslərin Sumqayıt məktəblərində təlimləri