XƏBƏRLƏR




- 16/11/2018 Əlil Təşkilatları İttifaqı (ƏTİ) sosial sifarişlər üzrə monitorinqləri davam etdirir
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - İŞ ELANI
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Press Reliz
Bakı şəhəri. 17 noyabr 2018 – ci il
Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini həyata keçirir.
Növbəti monitorinq fəaliyyət planına uyğun olaraq Sumqayıt şəhərində Qadın Təşəbbüsü və Sosial Problemlərin həllinə Dəstək İctimai Birliyinin icra etdiyi “Məişət zorakılığından zərər çəkmiş uşaqlara yardım mərkəzinin yaradılması”, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi tərəfindən icra olunan olunan “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Sumqayıt, Balakən, İmişli, Kürdəmir şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” və Azərbaycana Birgə Yardım Təşkilatı tərəfindən Xaçmaz şəhərində həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Şəmkir, Biləsuvar, Cəlilabad, Xaçmaz, Masallı, Sabirabad, Yardımlı, Şamaxı, Ağdaş, Zaqatala, Ağstafa, Saatlı, Balakən, Göyçay, İmişli, Gədəbəy, Sumqayıt, Mingəçevir, Şirvan, Qəbələ, Kürdəmir, Samux şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihələri üzrə aparılmışdır.
Xaçmaz Əlillərin Bərpa Mərkəzində aparılmış monitorinq zamanı regionda əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlər, xidmət səviyyəsi, əhatəlilik, texniki təminat, mütəxəsis təminatı, müyəssərlik və s. istiqamətlər araşdırılmışdır.
Aparılmış monitorinqlər zamanı aşkarlanmış müsbət və mənfi halları, nailiyyət və çatışmazlıqları da özündə əks etdirən hesabat hazırlanaraq Nazirliyə təqdim olunacaqdır.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsini aparır. Bu layihələr Bakı, Sumqayıt, Mincəçevir, Şirvan şəhərləri də daxil olmaqla Respublikanın 27 müxtəlif rayonlarını əhatə edir.
Davud Rəhimli
Hörmətlə,
Əlil Təşkilatları İttifaqı (ƏTİ)
Mətbuat xidməti
Bu xəbər 226 dəfə oxunub