26 İyun 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/12/2018 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli Fərmanı ilə DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib


11.12.2018
 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli Fərmanı ilə DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

 

Dövlətimizin başçısı DOST Agentliyinin Nizamnaməsini, strukturunu, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və mərkəzlərdə xidmət göstərilməsi Qaydasını təsdiq edib 

Dövlət sosial xidmətlərində tam şəffaflığın, operativliyin, nəzakətliliyin təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas hədəflərindən biridir. Dövlət başçısının “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 10 dekabr 2018-ci il tarixli Fərmanı bu məqsədlə ölkəmizdə bir yenilik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) və “DOST” mərkəzlərinin qurulması və fəaliyyəti üçün əsas hüquqi platformanı təmin edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan “DOST” layihəsinin reallaşdırılması əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin “bir pəncərə”dən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə şərait yaradacaq.

Fərmanla DOST Agentliyinin Nizamnaməsi, Agentliyinin strukturu, “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı və həmin mərkəzlərdə xidmət göstərilməsi Qaydası təsdiq edilib. Agentliyin Nizamnaməsinə görə, Agentlik “DOST” mərkəzlərinin idarə edilməsini, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirən, məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin həmin mərkəzlərdə göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərin inkişafı, təkmilləşdirilməsi və həmin xidmətlərin göstərilməsində şəffaflığın artırılması ilə bağlı tədbirlər görəcək. Qurumun vəzifələri sırasına “DOST” mərkəzlərinin fəaliyyətinə xüsusən gənc mütəxəssislərdən və tələbələrdən ibarət olmaqla könüllülərin  cəlb edilməsi, onların həvəsləndirilməsi üçün tədbirlərin görülməsi, bu məqsədlə təhsil müəssisələri ilə əməkdaşlıq edilməsi də daxildir. Nizamnamədə Agentliyin idarəetmə orqanları kimi Müşahidə Şurası və İdarə Heyəti müəyyən olunub.

Dövlət başçısının 10 dekabr 2018-ci il tarixli Fərmanında Agentliyin nizamnamə fondunun 10 milyon manat olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına formalaşdığı, Agentliyinin aparatının işçilərinin say həddinin 312 ştat vahidi olduğu müəyyən edilib. “DOST” mərkəzləri işçilərinin say həddinin, onların göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edildiyi bildirilir.

Fərmanla təsdiq edilən DOST Agentliyinin strukturuna Agentliyin Aparatı və “DOST” mərkəzləri daxildir. “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin Fərmanla təsdiq edilən siyahısında isə Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi, əmək münasibətləri, əlillik və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi, məşğulluq, əmək pensiyası və sosial müavinət, ünvanlı dövlət sosial yardımının, sığortaolunanların fərdi uçota alınması və uçotdan çıxarılması, sosial xidmət sahəsində göstərilən xidmətlər, funksional yardımçı xidmətlər üzrə 124 xidmət yer alıb.

“DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydasına görə,Mərkəzdə xidmətlər birbaşa (yerində) xidmət, özünəxidmət, “çağrı mərkəzi” vasitəsilə xidmət və səyyar xidmət formasında təşkil edilir. Birbaşa (yerində) xidmət – vətəndaşın müraciətinə əsasən, ona bilavasitə mərkəzdə xidmət göstərilməsini,  özünəxidmət – mərkəzdə daim internetə açıq olan kompüterlər və ya mərkəzdə quraşdırılmış xüsusi köşklər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanını,  “çağrı mərkəzi” vasitəsilə xidmət isə - vətəndaşın mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat almaq, növbə tutmaq, Nazirliyin və mərkəzin fəaliyyəti ilə bağlı təkliflər bildirmək imkanını nəzərdə tutur.

Mərkəzdə xidmətlər Nazirliyin müəyyən etdiyi inzibati ərazi vahidi (vahidləri) üzrə, həftənin bütün günləri (bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) və bir-biri ilə qarşılıqlı əlaqədə informasiya texnologiyalarından geniş istifadə etməklə göstərilir. Göstərilən xidmətlə bağlı müraciətə baxılma və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi müraciət edildiyi vaxt mümkün olduğu hallarda, qərar yerində qəbul edilərək vətəndaşa təqdim olunur. Davud Rəhimli

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 314 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 26/6/2019- AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) BİRBAŞA BMT-NİN İQTİSADİ SOSİAL ŞURASI – ECOSOC-UN XÜSUSİ STATUSLU ÜZVÜ SEÇİLMİŞDİR.

» 24/6/2019- Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir

» 22/6/2019- Lənkəran şəhərində növbəti ictimai məlumatlandırma seminarı keçirilib

» 20/6/2019- İsmayıllı rayonunda əlilliyi olan şəxslərə hüquqi yardım.

» 13/6/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi davam edir

» 12/6/2019- Gənclər Fondu əlilliyi olan tələbələrin təhsil xərclərini ödəyəcək

» 11/6/2019- Prezident gözdən əlilliyi olan şəxslər üçün mənzil tikintisinə 300. 000 manat ayırdı

» 10/6/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi

» 9/6/2019- Lənkəran şəhərində “Sosial infrastruktur obyektlərinin əlilliyi olan insanlar və digər hərəkət məhdudluğu olan əhali qrupları üçün müyyəsərliyinin təmin edilməsi” mövzusunda təlim keçirilmişdir

» 07/06 2019- “Sumqayıt şəhər və Saray qəsəbəsində əlilliyi olan uşaqlara icma əsaslı sosial rebilitasiya xidmətlərinin göstərilməsi” adlı layihə

» 1/6/2019- Prezident əlilliyi olan uşaqlara 5 milyon manat ayırdı

» 31/5/2019- “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı layihənin təqdimatı

» 31/5/2019- QHT İnsan alveri ilə bağlı növbəti maarifləndirilmə tədbirini Gəncə şəhərində həyata keçirdi.

» 29/5/2019- I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezident təqaüdünün təyin olunması üçün sənəd qəbuluna başlanılıb

» 27/5/2019- Şuranın dəstəyi ilə əlilliyi olan şəxslər üçün sosial-psixoloji xidmətlərin təşkil edilməsinə dair yeni layihənin icrasına start verilib

» 25/5/2019- Quba rayonunda insan alveri ilə bağlı maarifləndirilmə tədbiri həyata keçirilib.

» 25/5/2019- Lənkəran şəhərində ictimai məlumatlandırma seminarı keçirilib

» 22/5/2019- “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində müzakirə

» 20/5/2019- Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu

» 20/5/2019- Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətlər