26 May 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/12/2018 Layihə çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluğuna dəstək göstəriləcək


19.12.2018
 

“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi imzalanıb

 

Layihə çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluğuna dəstək göstəriləcək

Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsinin imzalanması mərasimi keçirilib. 
Əmək və əhalinin sosial müdafiəs naziri Sahil Babayev ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsinin, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb. 
Nazir bu istiqamətə aparılan işlərdə, həyata keçirilən islahatlarda BMT-nin İnkişaf Proqramı ilə səmərəli əməkdaşlığın formalaşdığını qeyd edib. S.Babayev ötən dövrdə birgə icra olunan layihələrin əhəmiyyətini, belə layihələrdən biri olan “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsinin müddətinin daha bir il uzadıldığını diqqətə çatdırıb. O, həmin layihənin SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) üzrə Bakıda və ölkənin ayrı-ayrı bölgələrində təşkil olunan təlim mərkəzləri vasitəsilə gənclərə müasir iş axtarışı bacarıqlarının öyrədilməsinə, qısa müddətdə onların işlə təmin edilmələrinə dəstək verdiyini deyib.
S.Babayev “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin isə həmin  həssas qruplardan olan işsiz şəxslərin potensialını artırmaq və onların formal əmək bazarında səmərəli məşğulluğu üçün imkanlar yaratmaq məqsədinə xidmət etdiyini vurğulayıb.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti qeyd edib ki, BMT İnkişaf Proqramı əlilliyi olan insanların məşğulluq imkanlarının artırılması sahəsində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır. O, həmçinin BMT İnkişaf Proqramının Azərbaycanda əlverişli iş mühitinin yaradılması və inklüziv sahibkarlığın stimullaşdırılmasında Azərbaycan hökumətini dəstəkləməkdən böyük məmnunluq duyduğunu bildirib.
Sonra S.Babayev və A. Frakassetti “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsini imzalayıblar.
Beş illik dövrü əhatə edən layihə ilk növbədə əlilliyi olan şəxslər üçün özünüməşğulluq fəaliyyətlərini pilot qaydada həyata keçirərək, bu təbəqədən olan 500 şəxsin dayanıqlı biznes qurmasına dəstək göstərəcək. İştirakçıların sahibkarlıq vərdişlərinin gücləndirilməsi ilə yanaşı, layihə onların əmək bazarına çıxışla bağlı üzləşdikləri xüsusi problemləri və maneələri nəzərə alaraq sosial və peşə-əmək reabilitasiyasını təmin edəcək.
Layihə əlilliyi olan insanların əmək bazarına inteqrasiyasına (reinteqrasiyasına) hərtərəfli dəstəyi təmin etmək məqsədilə qurumlararası əməkdaşlığa, bu qəbildən olan şəxslərlə bağlı gələcəkdə aktiv məşğulluq tədbirləri üzrə milli səviyyəli proqramın səmərəli icrası üçün institusional bazanın və Dövlət Məşğulluq Xidmətinin kadr potensialının gücləndirilməsinə də xidmət edəcək.

 
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 735 dəfə oxunub




Flag Counter






» 25/5/2020- Müyəssərlik barədə məlumatlandırma

» 25/5/2020- COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün təlimat. ZOOM OHCHR

» 22/5/2020- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

» 21/5/2020- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.

» 12/5/2020- "Jest dilində məlumatlandırma" video roliki

» 8/5/2020- İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı

» 7/5/2020- Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin M Ə L U M A T I

» 5/5/2020- 5 may

» 5/5/2020- Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

» 4/5/2020- Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər

» 2/5/2020- Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

» 2/5/2020- Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq

» 1/5/2020- Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib

» 28/4/2020- "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.

» 23/4/2020- Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir

» 19/4/2020- Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

» 18/4/2020- İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü

» 16/4/2020- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin onlayn konfransı keçirilmişdir.

» 14/4/2020- Sosial xidmət işçilərinin əməkhaqlarına əlavə müəyyən edildi

» 8/4/2020- "Jest dilində məlumatlandırma " layihəsi çərçivəsində eşitmə məhdudiyyətli şəxsləri Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar məlumatlandırma aparılacaq.