XƏBƏRLƏR




- 23/1/2019 “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq olunub.
Proqramda cari il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, eləcə də respublika daxilində müalicə olunmalarına köməklik göstərilməsi, həmin şəxslərə diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi kimi tədbirlər yer alır. Sənəddə həmçinin qeyd olunan şəxslər arasında idman tədbirlərinin təşkil edilməsi, habelə onların beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi yardımların göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yönələn bir sıra layihələrin həyata keçirilməsi, sosial xidmət müəssisələrinə texniki yardımların göstərilməsi və s. tədbirlər də əksini tapır.
Proqrama əsasən 2019-cu ildə Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər 1358 dəfə oxunub