19 Aprel 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/2/2019 Sosial müdafiə əhəmiyyətli yeni layihələr imzalanıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı və
Əhali Fondu arasında sosial müdafiə əhəmiyyətli yeni layihələr imzalanıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu arasında “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” və nazirliklə BMT Əhali Fondu arasında “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihələrinin imzalanması mərasimi olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə, BMT-nin İnkişaf Proqramının Proqram müşaviri Leyla Fathi, BMT Əhali Fondunun Proqram müşavirləri Bəhicə Əliyeva,  Nərminə Məlikova  və b. iştirak edib.

S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası olaraq, əhalinin həssas qruplarının sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən tədbirlərin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün mühüm addımların atıldığını vurğulayıb. Nazir bu sahədə beynəlxalq əməkdaşlıq müstəvisində birgə layihələrin icrasına da xüsusi önəm verildiyini deyib. O bildirib ki, ötən ilin dekabr ayında nazirliklə BMT İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyəti müstəvisində dayanıqlı biznes qurmalarına töhfə vermək məqsədinə yönəlib.

S.Babayev vurğulayıb ki, hazırda imzalanan iki layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsünün nəticəsi olmaqla, mühüm sosial əhəmiyyət kəsb edir. Belə ki, “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihəsi əlilliyi olan qadınların və Qarabağ müharibəsi əlillərinin müdafiəsi və rifahı ilə bağlı hüquqlarının təmin olunması, onların cəmiyyətə inteqrasiyasının təşviq edilməsi istiqamətində Azərbaycan hökumətinin apardığı  işlərə dəstək məqsədi daşıyır. 2500 nəfər əlilliyi olan şəxsi əhatə edəcək layihənin əsas komponentləri sırasında təlimlər vasitəsilə onların bacarıqlarının inkişafının və məşğulluqlarının, öz kiçik bizneslərini yaratmalarının dəstəklənməsi, əlilliyi olan şəxslərlə bağlı inklüzivliyin təşviq edilməsi də mühüm yer tutur. Bu sahədə aidiyyəti dövlət və hökumət qurumları, özəl sektora aid işəgötürənlər, KİV-lər ilə  fəal əməkdaşlıq həyata keçiriləcək.

 “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi bu prosesə uyğun olaraq, hökumətin yaşlıların rifah halının yaxşılaşdırılması istiqamətində səylərinə dəstək verəcək. Layihə 10 mindən çox şəxsi əhatə edəcək və layihə çərçivəsində bir-biri ilə sıx əlaqəli olan bir sıra fəaliyyətlər (müvafiq sahədə siyasətin təkmilləşdirilməsi üçün daha keyfiyyətli məlumatların hazırlanması, yaşlanma məsələsinə dair ictimai məlumatlılığın artırılması, sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönələn pilot tədbirlər) həyata keçiriləcək.

Q.İsakzai BMT-nin İnkişaf Proqramının və Əhali Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığını ildən-ilə genişləndirdiyini vurğulayıb. O, imzalanan yeni layihələrin də  bu istiqamətdə mühüm addımlar olduğunu, həmin layihələrin sosial sahədə önəmli nəticələrin əldə olunmasında əhəmiyyətli rola malik olacağına əminliyini ifadə edib.

Demoqrafik sahədə müsbət vəziyyətin mövcud olduğu Azərbaycanın müvafiq sahədə siyasətin hazırlanması və inkişaf etdirilməsində  BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığından da razılıqla bəhs edilib. Hazırda imzalanan layihələrin sosial müdafiəyə ehtiyac duyan şəxslərlə bağlı vacib fəaliyyət istiqamətlərini əhatə etdiyi diqqətə çatdırılıb.

Layihələr imzalandıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu arasında əməkdaşlığın mövcud vəziyyətinə, yeni layihələr çərçivəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.

 

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Davud RƏHİMLİ

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 121 dəfə oxunub




Flag Counter






» 18/4/2019- 7 Aprel Dünya Hemofiliya gününə həsr edilmiş dövlət nümayəndələri ilə konfrans keçirildi.

» 18/4/2019- Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir

» 15/4/2019- “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 12/4/2019- Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası. 04 2019

» 9/4/2019- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İctimai Şuranın üzvləri ilə görüşüb

» 6/4/2019- 1-ci “Fərqli Fərdlər” konqresi keçirildi

» 5/4/2019- QHT Gürcüstanlı həmkarrı ilə memorandum imzalayıb

» 4/4/2019- Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

» 3/4/2019- Ədliyyə Nazirliyi QHT-lər üçün yeni xidmət mərkəzini təqdim etdi

» 3/4/2019- Əlilliyi olan şəxslərə qulluq edənlərə təqaüdün təyini üçün hansı sənədlər tələb olunacaq?

» 2/4/2019- 2 Aprel - Dünya Autizmi Məlumatlandırma Günüdür.

» 1/4/2019- “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

» 1/4/2019- Azərbaycanın Boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb

» 24/3/2019- İdmançılarımıza uğurlar arzulayırıq!

» 14/3/2019- “Müyəssər Metro”

» 14/3/2019- "Xeyirə vəsilə" adlı IV Satış sərgisi

» 13/3/2019- DİM - təlimçilər üçün təlim keçirilmişdir

» 9/3/2019- Əlil Təşkilatları İttifaqı üzvlərinin müraciəti Prezidentin rəsmi internet saytına qoyulmuşdur.

» 9/3/2019- Əlil Təşkilatlar İttifaqınnda 8 mart bayramı qeyd olunmuşdur.

» 7/3/2019- Qadınlar günü münasibətilə Peşə Reabilitasiya Mərkəzindəki xanımlarla görüş olub.