29 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
08/2/2019 Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır


Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı, 8 fevral, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

Fərmana əsasən, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.

Fərmanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1421 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/11/2021- “Məşğulluq marafonu” çərçivəsində 1000-dən şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 28/10/2021- “Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirdi

» 28/10/2021- İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. BakuBus

» 28/10/2021- MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası keçirilir