06 Dekabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/2/2019 “Fiziki imkanları məhdud olan şəxslərin məşğulluq problemləri”


https://azertag.az/xeber/Fiziki_imkanlari_mehdud_olan_sexslerin_mesgulluq_problemleri_muzakire_edilib-1246036 

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu “Fiziki imkanları məhdud olan şəxslərin məşğulluq problemləri” mövzusunda dəyirmi masa keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının vacibliyini, bu istiqamətdə görülən işlərin ölkə başçısı İlham Əliyev tərəfindən daim nəzarətdə saxlandığını vurğulayıb.

Qeyd edib ki, Hüquq və İnsan Haqları İnstitutu da fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını aparır və tədbirlər keçirir. İnstitutun elmi şurasının qərarı ilə ötən ilin yanvar ayında “Fiziki imkanları məhdud olan şəxslərin hüquqları” adlı kafedra açılıb. Kafedranın fəaliyyətə başladığı bir il ərzində fiziki imkanları məhdud şəxslərin sosial hüquqları ilə bağlı problemli məsələlər müzakirə edilib, bu kateqoriyadan olan insanlara diqqət və qayğının artırılması istiqamətində əhəmiyyətli təkliflər verilib. “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri” kitabı nəşr olunub.

Milli Məclisin deputatı Hadı Rəcəbli bildirib ki, fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsillərinin inkişaf etdirilməsi, peşə hazırlığı, iş yerləri ilə təmin olunması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Vətəndaşlarımızın bu kateqoriyasına dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva insanların sosial hüquqları ilə bağlı məsələləri nəzarətində saxlayır.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova institutun fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması sahəsində gördüyü işləri yüksək qiymətləndirib.

Dəyirmi masa iştirakçıları fiziki imkanları məhdud şəxslərin məşğulluq problemlərini, onların sosial hüquqları ilə bağlı problemli məsələləri müzakirə edib və təkliflər veriblər.

Tədbirdə Milli Məclisin deputatları, sosial qanunvericilik şöbəsinin əməkdaşları, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1427 dəfə oxunub




Flag Counter






» 3/12/2021- 2021-ci il kiçik qrant müsabiqəsinin elanı

» 3/12/2021- 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü

» 3/12/2021- Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi

» 4/12/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 4/12/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/11/2021- Salyanda Görüş

» 24/11/2021- Masallı şəhəri Respublikamızda əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslər üçün ən müyəssər şəhərdir.

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib