25 Aprel 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
9/4/2019 Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İctimai Şuranın üzvləri ilə görüşüb


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
İctimai Şuranın üzvləri ilə görüşüb

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Görüşdə nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qurumları qarşısında müəyyən edilən vəzifələrdən biri də həmin qurumların fəaliyyətində ictimai iştirakçılığa geniş şərait yaradılması və ictimai nəzarətin gücləndirilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu istiqamətdə mühüm işlər aparılır. Əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərdə, aparılan islahatlarda ictimai iştirakçılıq üçün imkanlar  artırılır və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq müstəvisi daha da genişləndirilir.  

Nazir dövlət başçısının sosial sahə ilə bağlı islahatlar proqramı əsasında əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində aparılan geniş miqyaslı islahatları, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları qeyd edib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə əsasən DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsinin reallaşdırılması, “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. S.Babayev nazirliyin fəaliyyət sahələrində elektron texnologiyaların geniş tətbiqini, ölkədə ilk dəfə sosial reyestri formalaşdıran “E-sosial” internet portalının, “Məşğulluq” alt sisteminin qurulduğunu, əhaliyə proaktiv əsaslı xidmət mexanizmlərinin yaradıldığını vurğulayıb.

S.Babayev bildirib ki, ötən dövrdə Şura üzvləri ilə uğurlu əməkdaşlıq təcrübəsi yaranıb. Fəaliyyət sahələrində həm güclü ictimai nəzarətin qurulmasında, həm də müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şura öz töhfəsini verir. Bununla yanaşı, İctimai Şurada təmsil olunmayan, aidiyyəti iş sahələri ilə əlaqəli fəaliyyət göstərən digər vətəndaş cəmiyyətləri ilə də mütəmadi olaraq görüşlər keçirilir, onların rəy və təklifləri dinlənilir.

İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Şuranın öz vəzifələrinin icrasını təmin etməsi, ictimai nəzarəti, monitorinqləri həyata keçirməsi, yeni qanunvericilik layihələri ilə tanışlığı və s. üçün nazirlik tərəfindən müvafiq şəraitin yaradıldığını qeyd edib, bununla bağlı Şura üzvlərinin razılığını ifadə edib.

Görüşdə İctimai Şura tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ   

 

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 46 dəfə oxunub




Flag Counter






» 20/4/2019- Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

» 18/4/2019- 17 Aprel Dünya Hemofiliya gününə həsr edilmiş dövlət nümayəndələri ilə konfrans keçirildi.

» 18/4/2019- Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir

» 15/4/2019- “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 12/4/2019- Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası. 04 2019

» 9/4/2019- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İctimai Şuranın üzvləri ilə görüşüb

» 6/4/2019- 1-ci “Fərqli Fərdlər” konqresi keçirildi

» 5/4/2019- QHT Gürcüstanlı həmkarrı ilə memorandum imzalayıb

» 4/4/2019- Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

» 3/4/2019- Ədliyyə Nazirliyi QHT-lər üçün yeni xidmət mərkəzini təqdim etdi

» 3/4/2019- Əlilliyi olan şəxslərə qulluq edənlərə təqaüdün təyini üçün hansı sənədlər tələb olunacaq?

» 2/4/2019- 2 Aprel - Dünya Autizmi Məlumatlandırma Günüdür.

» 1/4/2019- “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

» 1/4/2019- Azərbaycanın Boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb

» 24/3/2019- İdmançılarımıza uğurlar arzulayırıq!

» 14/3/2019- “Müyəssər Metro”

» 14/3/2019- "Xeyirə vəsilə" adlı IV Satış sərgisi

» 13/3/2019- DİM - təlimçilər üçün təlim keçirilmişdir

» 9/3/2019- Əlil Təşkilatları İttifaqı üzvlərinin müraciəti Prezidentin rəsmi internet saytına qoyulmuşdur.

» 9/3/2019- Əlil Təşkilatlar İttifaqınnda 8 mart bayramı qeyd olunmuşdur.