19 Yanvar 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/5/2019 Azərbaycanın özünüməşğulluq proqramı Avropanın ən “Yaxşı Təcrübə”si mükafatına layiq görülüb


Azərbaycanın özünüməşğulluq proqramı Avropanın ən “Yaxşı Təcrübə”si

mükafatına layiq görülüb

 

Ölkəmizdə icra olunan özünüməşğulluq proqramı Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa regionu üzrə 20 ölkədən 76 sosial layihənin iştirak etdiyi “Yaxşı Təcrübə” müsabiqəsində xüsusi mükafata layiq görülüb.

 BSTA-nın Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində mükafat Assosiasiyanın rəsmiləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.

Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi F.Musayev bildirib ki, Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçidi təmin edir. Proqram işsiz və işaxtaran vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlər təqdim edilməklə, kiçik ailə biznesinə çıxış imkanı qazanmalarına şərait yaradır. Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2018-ci ildə 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub və onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub. Onlar əsasən həssas əhali qruplarından (əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alan ailələrin, şəhid ailələrinin üzvləri və b.) ibarətdir.  Cari ildə isə 10 minədək vətəndaşın bu proqrama cəlb edilməsi nəzərdə, növbəti illərdə proqramın daha da genişləndirilməsi nəzərdə tutulur.

Əldə olunan bu uğur dünyanın mötəbər təşkilatı olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının diqqətini çəkərək, müstəqil ekspertlərdən formalaşan münsiflərin səsverməsi ilə Avropanın ən “Yaxşı Təcrübə”si mükafatına layiq görülüb/ Davud Rəhimli

  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 515 dəfə oxunub




Flag Counter






» 19/1/2020- TARİXMİZİN QANLI SƏHİFƏSİ

» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.

» 14/1/2020- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub

» 13/1/2020- Qeyri-formal məşğulluğa qarşı mübarizə kampaniyasına xalq artisti Tünzalə Ağayeva da qoşuldu.

» 11/1/2020- Ötən il nazirlik əlilliyi olan şəxsləri 38 mindən çox reabilitasiya vasitəsi ilə təmin edib

» 10/1/2020- ADA Universitetində Azərbaycan Milli Avtomobil Klubunun təşkilatçılığı ilə "Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr" mövzusunda dəyirmi masa keçirilib.

» 9/1/2020- Internet informasiya ehtiyatları əlilliyi olan şəxslər üçün müyəssər olacaq.

» 9/1/2020- Hansı sosial təminat növləri vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur?

» 8/1/2020- Pensiya və müavinat arasında uyğunsuzluq aradan qaldırılıb

» 31/12/2019- 2020

» 30/12/2019- ​Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatında yüksək vəzifəyə təyin olunub

» 28/12/2019- Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib.

» 27/12/2019- Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib.

» 24/12/2019- Əlilliyi olan uşaqlar üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib.

» 24/12/2019- İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak edib