01 Oktyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/6/2019 İsmayıllı rayonunda əlilliyi olan şəxslərə hüquqi yardım.


Press Reliz

20 iyun 2019

İsmayıllı rayonunda əlilliyi olan şəxslərə hüquqi yardım.

  Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətini həyata keçirir. Fəaliyyətin əsas istiqaməti İsmayıllı, Quba, Bərdə rayonlarının ucqar kəndlərində əlilliyi olan şəxslərə səyyar hüquqi xidmətlərin göstərilməsindən ibarətdir.

    Xidmət çərçivəsində İsmayıllı rayonunun Basqal (ətraf kəndlər daxil olmaqla), Lahıc (ətraf kəndlər daxil olmaqla) 10 kəndində əlilliyi olan şəxslərlə görüşlər keçirilmişdir. Əsas məqsəd ehtiyaclarının, əsasən hüquqi yardıma vacib ehtiyac olan sahələri aydınlaşdırmaqdan ibarət olmuşdur.

    Qeyd olunan ərazi vahidlərində yaşayan 39 nəfər əlilliyi olan şəxslərlə, onların valideynləri və müvafiq bələdiyyə sədri və üzvləri ilə fokus qruplar təşkil olunmaqla ehtiyaclar öyrənilmişdir.

    Digər rayonlarda da vəziyyət analoji üsulla qiymətləndirildikdən sonra hüquqi xidmətlərin təşkili nəzərdə tutulur.

    Görüşlərin təşkil olunmasında göstərdikləri dəstəyə görə İsmayıllı rayon İcra Hakimiyyəti, Basqal və Lahıc qəsəbələrinin bələdiyyələri təşəkkürümüzü bildiririk. 

 

 

  
  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 897 dəfə oxunub




Flag Counter






» 1/10/2020- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO PA və digər beynəlxalq təşkilatlara MÜRACİƏTİ

» 30/9/2020- Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş

» 30/9/2020- Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yaralı hərbçilərə baş çəkib

» 28/9/2020- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MƏLUMATI

» 27/9/2020- Prezident İlham Əliyev Hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzalayıb.

» 27/9/2020- Ermənistan silahlı qüvvələrinin Azərbycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında ölkə QHT-lərinin MÜRACİƏTİ

» 27/9/2020- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov: “Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür.”

» 27/9/2020- Ümumdünya Nitq və Eşitmə Məhdudiyyətli İnsanlar Günü

» 25/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 24/9/2020- Online discussion on the Web Accessibility Directive starts

» 23/9/2020- "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı"

» 23/9/2020- Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq

» 22/9/2020- Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilliyi olan şəxsə səyyar xidmət göstərdi

» 21/9/2020- Naftalan, Ağstafa və Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı