18 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/7/2019 “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili”


Press-reliz

 

Masallı rayonu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkiafı Agentliyində “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” mövzusunda tədbir keçirilib.

Tədbir  “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub. 

 Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə həyata keçirilir.  

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnarə Məhərrəmova  həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat verib. 

Daha sonra layihənin ekperti Rəşad Həsənov layihə barədə geniş məlumat verərək, bildirib ki, ölkədə boşanmaların sayı üst səviyyədədir. Boşanma səbəbləri çoxdur. Bunlardan sosial şəbəkələr, gender bərabərliyinin, qadının özünün maliyyə dayanıqlılığının təyin etməsi ilə əlaqədar müəyyən səbəblərdir. Çünkü, ənənələrə alışmış xalqıq. Biz bilirik ki, qadınlarımızın çoxu adətən uzun müddət ailə institutunu niyə saxlayıbdır? Hər bir uşağın böyüməsi üçün vacib olan pulu kimsə evə gətirsin və bu səbəbdən bütün şiddət, təhqir və zorakılığa dözür. Sonda layihənin eksperti vurğulayıb ki, insan həyata bir dəfə gəlir və nəyəsə görə  heçkimin əziyyətin qəbul etməli deyil və bu mövqeyi ortaya qoyub müstəqilliyi seçən qadınları alqışlayıram. Qadınların əslində deyək ki, bu gün qadın sahibkarlığının inkişafı, onların məşğulluqda iştirakı, qadınların dövlət siyasətində hazırlanmasında, bu kimi məsələlərdə də onların iştirakı müstəqilliyinə gətirib çıxardır.  

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkiafı Agentliyinin Masallı rayonu üzrə “KOB Dostu” Əkbər Şahverdiyev Agentliyin fəaliyyəti, kiçik və orta biznes (KOB) subyektlərinə göstərilən dəstək tədbirləri, həyata keçirilən layihələr, yaradılmaqda olan yeni dəstək mexanizmləri, KOBİA-nın mühüm layihələrindən olan “KOB Dostu” barədə məlumat verib. Qeyd edilib ki, Agentlik qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. KOB-lar, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar biznesin qurulması və inkişafı, hüquq və maraqlarının müdafiəsi, ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə bağlı onları maraqlandıran məsələlərlə Agentliyin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər.

Tədbirdə iştirak edən digər qonaqlar da layihə haqqında öz fikirlərini bildirdilər və qeyd etdilər ki, rayonda artıq adın sahiblkarlarından ibarət “Bahar qrupu”, “Qız qrupu”, “Cənub qrupu” fəaliyyət göstərir. Hər qrupda 12 nəfər olmaqla, dərzilik, şirniyyatçı və toxuculuqla məşğul olan xanımlar artıq öz məhsullarının satışını və sərgisini təşkil edir. Lakin bazara çıxartmaqda müəyyən problemlər yaşanır və bununla bağlı KOBİDA-dən yardım etmələrini xahiş etdilər.  Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

“Regional Sosial-İqtisadi İnkişaf üzrə

Maarifləndirmə” İB-nin sədri Elnarə Məhərrəmova

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 172 dəfə oxunub




Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"