16 Oktyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
31/7/2019 Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.


Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, “AAAF-PARK” İstirahət Mərkəzinin təşkilatı dəstəyi ilə "İstedadlı Əlillər” İctimai Birliyi əlilliyi olan istedadlı insanların iştrakı ilə konsert və sərgi təşkil etdi. Tədbirdə əlilliyi olan istedadlı müəlliflərin əl işlərinin satış-sərgisi təşkil olunmuşdur. Sərgidə 12 nəfər müəllifin 300-dən artıq əl işi gün ərzində nümaiş olundu. Müəlliflərin özləri əsərlərini sərginin izləyicilərinə və əsərləri alanlara təqdim edilirdi. Günün axşam saatlarında isə əlilliyi olan istedadlı musiqiçilərin ifasında maraqlı konsert proqramı dinlənildi. Bəhlul Tufanın, Mehman Çingizoğlunun, Rubabə Mahmudova, Minayyə Şirinova,Təvəkkül Bərdəli, Mehrac Dünyamalıyev, Məhəmməd Abışov, Aysel, Nurlan Salmanov ifaları izləyicilərin böyük marağına səbəb oldu. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Abşeron rayon İcra Hakimiyyətinin, Hökumət və QHT-in, KİV nümayəndələri iştrak edirdi. Tədbirdə İstedadlı Əlillər İctimai Birliyinin sədr müavini Qubad Qasımov təşkilatın fəaliyyəti, həyata keçirilən sosialyönlü layihələr haqqında danışdı: “Bu günkü tədbirimiz də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyilə Abşeron rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılan “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi” adlı layihəmizin tərkib hissəsidir. Layihənin məqsədi uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, uşaqların koqnitiv bacarıqlarının inkişaf etdirilməsi, sosial-psixoloji dəstəyin göstərilməsi, ailələrin maarifləndirilərək səlahiyyətləndirilməsi, onların sosial xidmətə çıxışının təmini, sosial işin təşkili vasitəsi ilə bu qəbildən olan ailələrə dəstək olunmasından ibarətdir. Bu günkü sərgi və konsertin təşkilidə əlilliyi olan istedadlı insanların özlərini və bacarıqlarını cəmiyyətə təqdim etməkdir.” Daha sonra tədbirə dəvət olunan rəsmi qonaqlar çıxışlar etdilər. Təşkil olunan sərgi və konsert proqramı iştrakçılara və qonaqlara xoş təsir bağışladı.

 

Davud Rəhimli

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 232 dəfə oxunub




Flag Counter






» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”

» 28/9/2019- Qubada maarifləndirmə tədbiri keçirilib

» 27/9/2019- Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

» 24/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub