16 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/8/2019 Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib


 

PRESS–RELİZ

Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş

ictimai maarifləndirmə tədbiri keçirilib

“İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan şəxslərə sosial-psixoloji xidmətlərin təşkili” adlı layihə çərçivəsində Abşeron Rayon Təhsil Şöbəsinin akt zalında ictimai maarifləndirmə tədbiri keçirilib.

“Əlilliyi olan şəxslər üçün sosial-psixoloji xidmətlərin əhəmiyyəti” mövzusuna həsr olunmuş həmin tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vüqar Bəşirov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov, məktəbəqədər və ümumtəhsil məktəblərinin pedaqoji işçiləri, Abşeron Uşaq Günərzi Qayğı və Reabilitasiya Mərkəzinin mütəxəssisləri də iştirak ediblər.

Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri giriş sözü ilə tədbiri açıq elan etdikdən sonra rayon ərazisində əlilliyi olan şəxslər üçün sosial-psixoloji xidmətlərin təşkili sahəsində aidiyyəti dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti barədə ümumi məlumat veriblər.

Daha sonra salamlama nitqi ilə çıxış edən İctimai birliyin sədri, sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı müasir dövr üçün çox aktual olan bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, bununla bağlı ictimai maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və Təhsil Şöbəsinə təşəkkürünü bildirib.

Birliyin sədri rəhbərlik etdiyi layihə barədə ətraflı məlumat verərək qeyd edib ki, bu layihənin əsas məqsədi – əlilliyi olan şəxslər, o cümlədən uşaqlar, gənclər və onların ailələri üçün sosial-psixoloji xidmətlərin təşkil edilməsi, eyni zamanda sosial işçilərin, psixoloqların və pedaqoqların iştirakı ilə bu mövzuda maarifləndirmə tədbirlərinin keçirilməsi yolu ilə həmin qəbildən olan insanların sosial inklüziyasına mane olan sosial-psixoloji maneələrin aradan qaldırılmasına, əlilliyi olmayan həmyaşıdları ilə onlar arasında səmimi ünsiyyət və dostluq münasibətlərinin qurulmasına, ümumi təyinatlı təhsil müəssisələrində heç bir ayrı-seçkiliyə yol verilmədən birgə təhsilə (inklüziv təhsilə) cəlb olunmalarına bərabər imkanlarının yaradılmasına dəstək verməkdən ibarətdir.

Ramilə Rasimqızı böyük minnətdarlıq hissi ilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsini, onların təkcə tibbi deyil, həm də psixo-pedaqoji və sosial reabilitasiyasını, habelə sosial inklüziyasını nəzərdə tutan genişmiqyaslı kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayırlar.

Təqdirəlayiq hal kimi, diqqətə çatdırılıb ki, ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə ötən ilin sonunda qəbul edilən və psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edən, bu sahədə yaranan münasibətləri tənzimləyən “Psixoloji yardım haqqında” Qanununa əsasən, tibbi-sosial reabilitasiyası zamanı əlilliyi olan şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ vardır. Eyni zamanda həmin Qanunda xüsusi olaraq təsbit olunmuşdur ki, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası onlara psixoloji yardımın göstərilməsi ilə bağlı tədbirləri də nəzərdə tutmalıdır.

Tədbirə təlimçi kimi dəvət olunmuş psixoloq Lalə Həmidli mövzu ilə bağlı çıxış edərək psixoloji yardımın anlayışı, əhəmiyyəti, hüquqi əsasları, standartları, növləri, formaları, əsas prinsipləri, bu sahədə dövlətin vəzifələri, əlilliyi olan uşaqlar, gənclər və onların ailələri, habelə psixoloji problemlərin yaranma riski yüksək olan digər əhali qrupları arasında profilaktik tədbirlərin, psixoloji məsləhət və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, psixoloji yardım göstərən və alan şəxslərin hüquqları və vəzifələri, təhsil və səhiyyə müəssisələrində psixoloji yardımın xüsusiyyətləri, psixologiya sahəsi ilə əlaqəli olan yeni biliklərin, vərdişlərin və münasibətlərin inkişafına yönəlmiş aktiv öyrənmə üsulları haqqında iştirakçılara maraqlı məlumatlar verib.

Bundan əlavə tədbirdə bir sıra sosial-psixoloji problemlər, onların baş vermə səbəbləri, korreksiyaedici və inkişafetdirici metodların,  bu sahədə qabaqcıl təcrübələrin öyrənilərək tətbiq edilməsi mexanizmləri, əlilliyin müasir tərifi, əlilliyə yanaşmada tibii modeldən insan hüquqlarına əsaslanan sosial modelə keçidin əhəmiyyəti, eyni zamanda inklüziv təhsilin anlayışı, aktual problemləri və perspektivləri, əlilliyi olan uşaqların erkən aşkarlanması, psixoloji inkişaf pozuntularının korreksiyası, abilitasiya və sosial-psixoloji reabilitasiya yolu ilə onların inklüziv təhsil imkanlarının artırılması, əlilliyi olan uşaq və gənclərin, habelə ailələrin sosial inkluziyası, bu qəbildən olan şəxslərin cəmiyyət tərəfindən düzgün dərk edilməsininə mane olan mənfi streotiplərdən irəli gələn sosial-psixoloji məhdudiyyətlərin aradan qaldırılması yoları barədə  maraqlı müzakirələr aparılıb, verilmiş çoxsaylı suallar cavablandırılıb.

Tədbir iştirakçıları belə bir əhəmiyyətli layihənin Abşeron rayonunda yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə Şuraya və təşkilatçılara öz təşəkkürlərini bildiriblər.

 

Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TƏŞKİLAT HAQQINDA MƏLUMAT

 

“İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək ictimai birliyi - 28 may 2008-ci ildə - Respublika Günündə təsis edilən və növbəti bir xoş gündə - 24 dekabr 2008-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınan “Əlillərin Cəmiyyətə İnteqrasiyası” ictimai birliyinin hüquqi varisidir. Belə ki, təşkilatın Ümumi Yığıncağının 02 fevral 2018-ci il tarixli qərarı ilə onun adı və hüquqi ünvanı dəyişdirilmiş, müasir dövrün tələblərinə uyğun məqsəd və vəzifələri müəyyən edən yeni Nizamnaməsi 2-ci redaksiyada təsdiq edilmiş və bütün bu faktlar  21 may 2018-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrinə daxil edilmişdir.

 

Birliyin əsas məqsədi - əlilliyi olan şəxslərin sosial inklüziyasına və ictimai həyatın bütün sahələrində onlar üçün bərabər imkanların yaradılmasına dəstək göstərməklə ölkəmizdə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir. 

 

Birlik məqsədinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

 

  • Əlilliyi olan şəxslərin sosial-hüquqi müdafiəsi ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
  • Əlilliyi olan şəxslərin hüquqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsini və ölkəmizdə əlilliyə yanaşmada tibbi modeldən insan hüquqlarına əsaslanan sosial modelə keçidin təmin edilməsini təşviq etmək;
  • Əlilliyi olan şəxslərin hüquqlarının təşviqi, müdafiəsi və monitorinqi sahəsində qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin ölkəmizdə tətbiqi ilə bağlı təkliflər vermək;
  • Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması, onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılması və əlilliyə görə ayrı-seçkiliyin yolverilməzliyi prinsipinin təbliği ilə bağlı maarifləndirmə işi aparmaq;
  • Əlilliyi olan uşaq və gənclərin ictimai fəallığının artırılmasına yardımçı olmaq, onların reabilitasiyasına, inklüziv təhsil və məşğulluq imkanlarının artırılmasına çalışmaq;
  • Müvafiq ixtisaslar üzrə təhsili alan tələblərin istehsalat təcrübəsi keçməsinə şərait yaratmaqla gənc peşəkar kadrların və könüllülərin yetişdirilməsinə dəstək vermək; 
  • Sağlam həyat tərzinin təbliğinə, əlilliyin erkən profilaktikasına,  narkomaniya, İİV/QİÇS, tütünçəkmə, alkoqol və digər məsələlərə həsr olunmuş ictimai maarifləndirmə tədbirləri keçirmək;
  • Əlilliyi olan şəxslərə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmələri üçün müyəssər şəraitin yaradılmasına kömək etmək.

 

Bu vəzifələri həyata keçirmək üçün Birlik:

 

  • Elmi araşdırmalar və sosioloji sorğular aparır, müxtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marofonları, forumlar və sair tədbirlər keçirir;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müxtəlif profilli sosial xidmət və tədris müəssisələri təsis edir;
  • Ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
  • Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

 

BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI:

 

  • Ümumi Yığıncaq; 
  • İdarə Heyəti; 
  • Sədr; 
  • Sədr müavini; 
  • Nəzarət Təftiş Komissiyası.

 

 

BİRLİYİN ÜZV OLDUĞU YERLİ KOALİSİYALAR:

 

  • İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupu;
  • Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF); 
  • Əlil Təşkilatları İttifaqı (ƏTİ); 
  • Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı; 
  • Azərbaycan Sülh və İnkişaf Alyansı.

 

BİRLİYİN ƏSAS TƏRƏFDAŞLARI:

 

  • Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası; 
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 
  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.

 

TƏLTİFLƏR:

 

  • Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən ən yaxşı layihə icra edən 43 QHT-dən biri kimi fərqləndirilərək “Eşitmə və nitq qabiliyyəti zəif olanm məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” layihəsini uğurla icra etdiyi üçün Şuranın Fəxri Fərmanı ilə təltif edilmişdir – 2016;

 

  •  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə ictimai birliyi tərəfindən icra edilmiş “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində “QHT.az – Vətəndaş Cəmiyyəti Şəbəkəsi”ndə uğurlu fəaliyyətinə görə fərqləndirilmiş 10 QHT-dən biri kimi Fəxri Fərmanla təltif edilmişdir – 2016.

 

BİRLİYİN MƏTBU ORQANI:

 

“İnklüziv Cəmiyyət” elmi-analitik və praktiki jurnal - insan hüquqları və sosial inteqrasiya problemləri ilə bağlı elmi-analitik xarakterli məqalələrin dərci, vətəndaşların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, əlilliyin dərki, insanlara qarşı əlillik və digər əlamətlərə görə hər hansı ayrı-seçkiliyin yolverilməzliyi və s. ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsi və bu sahədə müsbət təcrübənin təbliğ edilməsi məqsədilə 24.12.2013-cü il tarixdə təsis edilmiş və Ədliyyə Nazirliyi tərəfindən10.01.2014-cü il tarixdə 3838 nömrə ilə mətbu nəşrlərin reyestrinə daxil edilmişdir.

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 156 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"