19 Yanvar 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/9/2019 Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub


Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı  

növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək ictimai birliyi tərəfindən həyata keçirən “Əlilliyi olan şəxslərə sosial-psixoloji xidmətlərin təşkili” layihəsi çərçivəsində Abşeron rayonunda növbəti ictimai maarifləndirmə tədbiri keçirilib.

Abşeron rayonundakı məktəbəqədər və ümumtəhsil məktəblərinin pedaqoji işçilərinin, Abşeron Uşaq Günərzi Qayğı və Sosial Reabilitasiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə keçirilən həmin tədbiri salamlama nitqi ilə çıxış edən İctimai birliyin sədri, sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı müasir dövr üçün çox aktual olan bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya təşəkkürünü bildirib.

Birliyin sədri qeyd edib ki, bu layihənin əsas məqsədi – əlilliyi olan şəxslər, o cümlədən uşaqlar, gənclər və onların ailələri üçün sosial-psixoloji xidmətlərin təşkil edilməsi, eyni zamanda sosial işçilərin, psixoloqların və pedaqoqların iştirakı ilə bu mövzuda maarifləndirmə tədbirlərinin keçirilməsi yolu ilə həmin qəbildən olan insanların sosial inklüziyasına mane olan sosial-psixoloji maneələrin aradan qaldırılmasına, əlilliyi olmayan həmyaşıdları ilə onlar arasında səmimi ünsiyyət və dostluq münasibətlərinin qurulmasına, ümumi təyinatlı təhsil müəssisələrində heç bir ayrı-seçkiliyə yol verilmədən birgə təhsilə (inklüziv təhsilə) cəlb olunmalarına bərabər imkanlarının yaradılmasına dəstək verməkdən ibarətdir.

Ramilə Rasimqızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müvafiq tapşırıqlarına uyğun olaraq, ölkəmizdə əlilliyi olan şəxslərin sosial-hüquqi müdafiəsi, onların təkcə tibbi cəhətdən deyil, həm də müasir tələblərə uyğun olaraq psixo-pedaqoji və sosial reabilitasiyası istiqamətində genişmiqyaslı kompleks tədbirlərin həyata keçirildiyini, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə ötən ilin sonunda qəbul edilən “Psixoloji yardım haqqında” Qanunda tibbi-sosial reabilitasiyası zamanı əlilliyi olan şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququnun da təsbit edildiyi böyük minnətdarlıq hissi ilə vurğulayıb.

Daha sonra Abşeron Uşaq Günərzi Qayğı və Sosial Reabilitasiya Mərkəzinin əməkdaşı, korreksiyaedici psixopedaqoq Ləman Rəfiyeva çıxış edərək, əlilliyi olan şəxslərin qarşılaşdıqları bəzi sosial-psixoloji problemlər, onların baş vermə səbəbləri, korreksiyaedici və inkişafetdirici metodlar,  bu sahədə qabaqcıl təcrübələr, əlilliyə yanaşmada tibii modeldən insan hüquqlarına əsaslanan sosial modelə keçidin əhəmiyyəti, habelə inklüziv təhsilin anlayışı, aktual problemləri və perspektivləri, əlilliyi olan uşaqların erkən aşkarlanması, psixoloji inkişaf pozuntularının korreksiyası, abilitasiya və sosial-psixoloji reabilitasiya yolu ilə onların inklüziv təhsil imkanlarının artırılması, əlilliyi olan uşaq və gənclərin, habelə ailələrin sosial inkluziyası, bu qəbildən olan şəxslərin cəmiyyət tərəfindən düzgün dərk edilməsininə mane olan mənfi streotiplərdən irəli gələn sosial-psixoloji məhdudiyyətlərin aradan qaldırılması yolları barədə iştirakçılara məlumat verib.

Tədbirdə nümayiş olunan sosial çarxlar, slayd və digər təqdimat xarakterli informasiyalar maraqla qarşılanıb, iştirakçıların sualları cavablandırılıb.

 

Mətbuat xidməti

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 317 dəfə oxunub




Flag Counter






» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.

» 14/1/2020- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub

» 13/1/2020- Qeyri-formal məşğulluğa qarşı mübarizə kampaniyasına xalq artisti Tünzalə Ağayeva da qoşuldu.

» 11/1/2020- Ötən il nazirlik əlilliyi olan şəxsləri 38 mindən çox reabilitasiya vasitəsi ilə təmin edib

» 10/1/2020- ADA Universitetində Azərbaycan Milli Avtomobil Klubunun təşkilatçılığı ilə "Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr" mövzusunda dəyirmi masa keçirilib.

» 9/1/2020- Internet informasiya ehtiyatları əlilliyi olan şəxslər üçün müyəssər olacaq.

» 9/1/2020- Hansı sosial təminat növləri vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur?

» 8/1/2020- Pensiya və müavinat arasında uyğunsuzluq aradan qaldırılıb

» 31/12/2019- 2020

» 30/12/2019- ​Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatında yüksək vəzifəyə təyin olunub

» 28/12/2019- Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib.

» 27/12/2019- Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib.

» 24/12/2019- Əlilliyi olan uşaqlar üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib.

» 24/12/2019- İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak edib

» 24/12/2019- Qarabağ müharibəsi əlillərinə, onlara bərabər tutulan şəxslərə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib