19 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/9/2019 “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə


Press Reliz

 

№ 011/CRRC                                                                           07 sentyabr 2019 –cu il

  “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Bərdə rayonunda Dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Bərdə rayonunda yerləşən müvafiq təşkilatların, Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosiall Müdafiəsi Nazirliyinin 4 idarəsi (DSMF, DMX, DƏMX, TSEK), Səhiyyə Nazirliyinin 2 (Mərkəzi Xəstəxana, Uşaq Poliklinikası), Mədəniyyət Nazirliyi nümayəndələri, hüquqşünaslar, QHT, əlilliyi olan şəxslər və onların valideynləri cəmi 83 nəfər iştirak etmişlər.

   Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli tədbir iştirakçılarını salamlamış, dövlətin əlilliyi olan şəxslərə diqqəti, görülən işlər, xidmət və xidmət çərçivəsində görülmüş işlər və tədbirin məqsədi barədə məlumat vermişdir.

    Qeyd olunmuşdur ki, Bərdə rayonunun 22 kəndində əlilliyi olan şəxslərlə görüşlər keçirilmiş, onların ehtiyacları öyrənilmiş və hüquqi xidmətlər göstərilmişdir. Fəaliyyət dövründə 197 nəfərə xidmət göstərilmişdir. Bundan başqa Bərdə şəhərindən olan müraciətlərə də baxılmış, onların həllinə yardım olunmuş və olunmağı üçün qeydə alınmışdır. Olunmuş müraciətlər: əlilliyin təyin olunması və veteranlığın verilməsi (50%), məşğulluq və maddi yardım (15%),  mənzil, infrastruktur (qaz, su) (20%), müalicə, sanatoriya göndərişləri (5%) və dişər məsələlər (10%). Tədbir zamanı iştirakçılar tərəfindən qaldırılan 5 problem yerində həllini tapdı.

  Tədbir iştirakçıları görülmüş işlər və ən əsas gələcəkdə həm iş əsnasında, həm olunacaq müraciətlərə, həm də hüquqi xidmətlərin göstərilməsi yollarını  müzakirə etmişlər. Bunların əsasında gələcək fəaliyyət planının layihəsi hazırlanmışdır. 

  Qeyd edək ki, analoji xidmətlər İsmayıllı və Quba rayonlarında da həyata keçirilmiş və xidmətlər göstərilmişdir.

    Növbəti ətapda hüquqi xidmətlərə çatım üçün hamının asan istifadə edə biləcəyi 1000 tirajla nəşr hazırlanaraq aidiyyatı üzrə (benefisiarlar, təşkilatlar) paylanacaqdır.

   Qeyd edək ki, bu xidmətlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində göstərilmişdir.

Əlil Təşkilatları İttifaqı (ƏTİ) Mətbuat Xidməti

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 347 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 13/11/2019- Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib

» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"