06 İyun 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/9/2019 "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.


"Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "“Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi" layihəsinin yekun tədbirini keçirib.

Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Nəsimi Qarabağlı bildirib ki, layihə çərçivəsində Bakı şəhərində yerləşən aparıcı 5 orta təhsil məktəbində “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda görüşlər keçirilib.

Təşkilat rəhbəri tədbirlərin keçirilməsinə şərait yaratdığı üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təşəkkürünü bildirib. Eyni zamanda layihə rəhbəri qeyd edib ki, tədbirlər Nizami Gəncəvi adına Xankəndi 4 saylı tam orta məktəbində, 178, 39, 193 №-li tam orta məktəblərində və 62 №-li məktəb-liseydə baş tutub. Həmin təhsil ocaqlarının rəhbərləri də bu tədbirlərin keçirilməsinə diqqətlə yanaşıb, öz dəstəklərini ifadə ediblər.

Nəsimi Qarabağlı əlavə edib ki, layihə çərçivəsində eyni zamanda “ Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı buklet hazırlanıb. Bukletdə Aprel döyüşləri haqqında əsas məlumatlar və tezislər yer alıb. Bukletlər tədbir keçirilən orta təhsil müəssislərinin şagirdlərinə paylanılıb. Bundan əlavə layihə müddətində Aprel döyüşləri, bu döyüşlərdə şücaət göstərən qəhrəmanlar haqqında sosial şəbəkələrdə geniş təbliğat işləri aparılıb. Mövzu ilə bağlı mətnlərdən, foto və video materiallardan ibarət xeyli sayda informasiya sosial şəbəkələrdə paylaşılıb və müzakirələr təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev qeyd edib ki, Aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi şücaətin bariz nümunəsidir. İctimai Birliyin rəhbəri qeyd edib ki, bu döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub.

Təşkilat rəhbəri bu qələbənin ictimai- siyasi üstünlüyü ilə yanaşı psixoloji və taktiki üstünlüklərini də qeyd edib. “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin sədri və keçmiş döyüşçü Dəyanət Həsənov həmin dövrdə hərbiçilər və xalq arasında böyük ruh yüksəkliyinin olduğunu qeyd edib. Bu gün də həmin əhval ruhiyyə ilə Azərbaycan Ordusu və xalqı döyüşlərə hazırdır və Ali Baş Komandanın əmrini gözləyir – deyə təşkilat rəhbəri qeyd edib.

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə aprel döyüşləri ilə bağlı təbliğat işlərinin davamlı aparılmasının vacibliyini vurğulayıb.

«Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi» İB-nin sədri Mehriban Abdullayeva bu kimi layihələrin gənclər arasında vətənpərvərliyin inkişafında müsbət təsirindən danışıb.

Tədbir müzakirələr ilə davam edib. 

 

   
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 501 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/6/2020- Müyəssərlik modeli

» 27/5/2020- QHT TV-nin "Ictimai Baxış" proqramının növbəti qonağı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli olub.

» 26/5/2020- Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək

» 25/5/2020- Müyəssərlik barədə məlumatlandırma

» 25/5/2020- COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün təlimat. ZOOM OHCHR

» 22/5/2020- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

» 21/5/2020- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.

» 12/5/2020- "Jest dilində məlumatlandırma" video roliki

» 8/5/2020- İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı

» 7/5/2020- Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin M Ə L U M A T I

» 5/5/2020- 5 may

» 5/5/2020- Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

» 4/5/2020- Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər

» 2/5/2020- Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

» 2/5/2020- Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq

» 1/5/2020- Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib

» 28/4/2020- "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.

» 23/4/2020- Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir

» 19/4/2020- Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

» 18/4/2020- İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü