19 Mart 2024-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
8/10/2019 "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı


"Leykemiya ilə mübarizə" İctimai Birliyinin
13 illik fəaliyyəti ilə bağlı toplantı keçirildi!
"Leykemiya ilə mübarizə" İctimai Birliyinin 05 oktyabr 2019-cu il tarixində 13 illik fəaliyyəti ilə bağlı toplantısı kecirildi. Bu toplantını kecirməkdə bizə dəstək olan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni cənablarına dərin təşəkkürümüzü bildiririk!
Toplantının keçirilməsində əsas məqsəd təşkilatın gördüyü işlər haqqında cəmiyyətə məlumat vermək, gələcək planları müzakirə etməkdi.
Birlik 13 il ərzində müxtəlif maarifləndirmə və motivasiya görüşləri keçirmişdir, sərgilər təşkil etmişdir, sosial carxlar hazırlayıb sosial şəbəkələrdə və KİV-lərdə göstərilmişdir, qan problemi ilə bağlı cox saylı donorlar cəlb etmişdir.
“Leykemiya (qan xərçəngi) ilə mübarizə” İB 29 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Birlik leykozlu xəstə insanların müalicəsinin keyfiyyətini yaxşılaşdırılması məqsədi ilə yaradılmış mənfəət-güdməyən, qeyri-kommersiya təşkilatıdır.

Fəaliyyətə başlayan Birliyin iştirakı və dəstəyi ilə mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri keçirilmiş və nəticədə toplanılmış vəsaitlər ilə 300-ə yaxın uşağa dərman preparatları alınmış, şüa müalicəsində dəstək olunmuş və eləcə də ailələrə ərzaq yardımı göstərilmişdir.
Xatırladaq ki, leykemiya və ya leykoz qan xərçəngi deməkdir. İnkişaf etmiş ölkələrdə leykozlu uşaqların sağalma ehtimalı 95%-dir.
Azərbaycanda qeydiyyatda olan leykemiyalı xəstələrin sayı 2500-yə yaxındır.
Bu xəstəliyin diaqnostikasının və müalicəsinin yaxşılaşdırılması, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması məqsədi ilə 11 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 447 nömrəli qərarı ilə “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı təsdiq edilib və icrasına başlanmışdır.
Ulu Öndərmizin adını daşıyan Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş Respublika Talassemiya Mərkəzində 2014-cü ildən bu günə kimi 84 dəfə sümük iliyi nəqli əməliyyatı həyata keçirilmişdir.
Azərbaycanda bu sahədə coxlu işlər görülsədə, həll olunmamış problemlər hələdə var. Steril şəraitin olmaması və dərman preparatlarının çatışmamazlığı leykemiyalı insanları ölümlə üzbəüz qoyur. Bunun üçün müasir tipli hematoloji mərkəzin yaradılması zəruridir.
Ümid edirik ki, Dövlətimiz bunada nail olacaq və xəstələr normal, sivil şəraitdə müalicəsini ala biləcək.

“Leykemiya ilə mübarizə” İB –nin direktoru
Mehriban Bağırova

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1970 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”