21 Fevral 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/11/2019 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun

mətbuat xidmətlərinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin miqyas və keyfiyyət göstəriciləri daha da gücləndirilmiş, sosial siyasətin prioritet istiqamətlərindən biri kimi bu strateji sferada idarəetmənin təkmilləşdirilməsində, eləcə də əlçatanlığın və şəffaflığın təmin olunmasında mühüm irəliləyişlərə müvəffəq olunmuşdur.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən sosial təminat sistemində əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirilməsi sahəsində baş verə biləcək sui-istifadə hallarına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Qeyd edilən xüsusatlarla əlaqədar həmin vəzifəli şəxslər  barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə “TUA TT” MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilmişdir.

Aparılmış istintaqla həmçinin, T.Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsi ilə həmin cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürüb şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Cinayət işi üzrə T.Alışanlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiə sahəsində bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 313 dəfə oxunub




Flag Counter






» 18/2/2020- KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

» 17/2/2020- Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradıldı

» 13/2/2020- Əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

» 13/2/2020- 32 nəfər əlilliyi olan uşaq ailələrinə qayıdıb

» 11/2/2020- Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

» 10/2/2020- 2020-ci ildə açılacaq və inşasına başlanacaq mərkəzlər ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək

» 6/2/2020- Pensiyalar 16,6 faiz artırıldı

» 31/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

» 28/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qədər şəxsə müavinət və təqaüd ödəyir?

» 27/1/2020- Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 24/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüşdü

» 21/1/2020- Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?

» 19/1/2020- TARİXMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.

» 14/1/2020- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub