29 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/12/2019 “Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi: 2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi”


3 dekabr 2019 - cu il                                                                               Lənkəran şəhəri, Dəniz oteli

“Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi:

2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi”

.      3 dekabr beynəlxalq əlillər günü münasibəti ilə Lənkəran şəhərində dəyirmi masa keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf  Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində təşkil olunmuşdur.

     BMT tərəfindən bu beynəlxalq günlə əlaqədar 2019-cu il “Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi: 2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi” mövzusu elan olunmuşdur.

     Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ iştirakçıları salamlamış, bu günün əhəmiyyəti və mövzu haqqında məlumat vermişdir.

    BMT-nin “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin menegeri Vüsal Behbudov, Lənkəran şəhər İcra Hakimiyyətinin İctimai – Siyasi və Hümanitar Məsələlər şöbəsinin müdir müavini Asif İmanlı və çıbənin baş məsləhətçisi Könül xanım Manafova, Lənkəran şəhər bələdiyyəsinin sədrinin müavini Azər Ələskərov, Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Elvin Səmidov müvafiq mövzularda çıxış etmişlər və iştirakçıların suallarını cavablandırmışlar.

      Mövzu üzrə geniş müzakirələr keçirildikdən sonra, iştirakçılar müyyən olunmuş obyektin müyəssərlik vəziyyəti ilə tanış olmuşlar. Layihə əsasında beynəlxalq mütəxəsislər tərəfindən müyəssərlik üzrə təlimləndirilmiş ekspertlər əyani olaraq müyəssərliyin necə təmin olunmasını nümayiş etdirmişlər.

 

Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) Mətbuat xidməti

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1250 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/11/2021- “Məşğulluq marafonu” çərçivəsində 1000-dən şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 28/10/2021- “Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirdi

» 28/10/2021- İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. BakuBus

» 28/10/2021- MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası keçirilir