05 İyun 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/12/2019 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə və ƏSA Teatrı tərəfindən J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşasının premyerası olub.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə və ƏSA Teatrı tərəfindən J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşasının premyerası olub.

Akademik Milli Dram Teatrında təqdim edilən tamaşanın premyerasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçiləri Xalid Əhədov və Emin Hüseynov, Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Qənirə Paşayeva, ayrı-ayrı hökumət qurumlarının, ictimai birliklərin nümayəndələri, incəsənət xadimləri və b. iştirak ediblər. 

Premyeradan əvvəl Leyla Əliyeva Teatrın foyesində təqdim olunan yeni kitabla - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanmış və görmə imkanları məhdud şəxslərin şerlərindən ibarət “Zülməti dələn işıq” kitabı ilə tanış olub. O, kitabda şerləri dərc olunan görmə imkanları məhdud şəxslərlə görüşüb. Leyla Əliyevaya görmə imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyan “Danışan kitab” və “Danışan rəng” layihələri nümayiş olunub, ona görmə imkanları məhdud şəxslərin ifasında mahnılardan ibarət disk təqdim edilib. Eyni zamanda, Leyla Əliyevanın görmə imkanları məhdud insanlara həsr etdiyi şeir əsasında və nazirliyin dəstəyi ilə bəstəkar Nuranə Cabbarlının bəstələdiyi “Qəlbimin gözü ilə” mahnısı görmə imkanları məhdud  istedadlı xanəndə Nərmin Əliyevanın ifasında təqdim olunub.  Leyla Əliyeva görmə imkanları məhdud şəxslərə yeni yaradıcılıq uğurları arzulayıb, onlarla xatirə şəkli çəkdirib.

“Zülməti dələn işıq” kitabında  görmə imkanları məhdud 18 şairin 100-ə yaxın şeiri dərc olunub. Kitabın hazırlanması və nəşri görmə imkanları məhdud insanların yaradıcılığının dəstəklənməsi və cəmiyyətə tanıdılması, onların gələcək uğurlara stimullaşdırılması məqsədi daşıyır.

Kitabın təqdimatı tədbirində Sahil Babayev əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, bu sahədə həyata keçirilən siyasətin icrasında, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud gənclərin və uşaqların qayğı ilə əhatə olunmasında, onların reabilitasiya imkanlarının genişləndirilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüsləri mühüm rola malikdir. Əlilliyi olan şəxslərin bacarıqlarının cəmiyyətə tanıdılmasına dəyərli  töhfələr verən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu kateqoriyadan olan insanlara, onların sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına daim xüsusi qayğı ilə yanaşır. Leyla Əliyeva tez-tez sosial müəssisələrdə olur, bu müəssisələrin sakinləri, əlilliyi olan insanlarla görüşür və həmin insanlara diqqət və qayğının artırılması, eləcə də onların yaradıcılıq potensiallarının ictimaiyyətə tanıdılması işlərinə daim dəstək göstərir.

Nazir diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycanda ilk inklüziv teatr olan ƏSA Teatrı ilə əməkdaşlığı çərçivəsində hələ ötən ilin dekabrında “Göy quş” tamaşasının, “Nəsimi ili”nə bir töhfə olaraq bu ilin oktyabr ayında isə “Nəsimi” antreprizasının uğurlu təqdimatları olub. Eyni zamanda, nazirliyin layihəsi kimi, ötən ilin dekabrında sosial müəssisələrin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə məlumatları əhatə edən ilk nəşr kimi, Azərbaycan və ingilis dillərində 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomu təqdim edilib. Görmə imkanları məhdud şəxslərin şerlərindən ibarət  “Zülməti dələn işıq” kitabının nəşri də bu istiqamətdə növbəti layihədir. Nazirlik növbəti layihə kimi görmə imkanları məhdud şəxslərin hekayələrindən ibarət kitabın da nəşrinə dəstək verəcək.

Qənirə Paşayeva görmə imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına, gələcək uğurlarına töhfə vermək, yaradıcı potensiallarını dəstəkləmək və cəmiyyətə təqdim etmək məqsədi daşıyan layihələrin əhəmiyyətini qeyd edib.

 “And” tamaşası iştirakçılar tərəfindən maraqla qarşılanıb. Quruluşçu rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lerman olan “And” tamaşasında iştirak edən 14 aktyordan (Elşən Əsgərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Cəmilə Məmmədli, Elsevər Rəhimov, Aysel Feyziyeva, İmran Lalayev və b.) 9 nəfəri əlilliyi olan şəxslərdir. Tamaşada “Xəsis” əsərinə tamamilə yeni rakursdan baxılır. “Xəsis” komediyasındakı baş qəhrəman - Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, daha çox insanların bir-biri ilə olan münasibətlərində bir çox hallarda öz mənfəətini, şəxsi ambisiyalarını üstün tutması halları ön plana çəkilir və tənqid olunur. Modern əsaslarla quruluşu verilən, bir saat davam edən “And” dramatik-komediyası əvvəldən axıra qədər tamaşaçını intizarda saxlayır, onu düşünməyə vadar edir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 370 dəfə oxunub




Flag Counter






» 3/6/2020- Müyəssərlik modeli

» 27/5/2020- QHT TV-nin "Ictimai Baxış" proqramının növbəti qonağı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli olub.

» 26/5/2020- Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək

» 25/5/2020- Müyəssərlik barədə məlumatlandırma

» 25/5/2020- COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün təlimat. ZOOM OHCHR

» 22/5/2020- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

» 21/5/2020- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.

» 12/5/2020- "Jest dilində məlumatlandırma" video roliki

» 8/5/2020- İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı

» 7/5/2020- Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin M Ə L U M A T I

» 5/5/2020- 5 may

» 5/5/2020- Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

» 4/5/2020- Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər

» 2/5/2020- Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

» 2/5/2020- Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq

» 1/5/2020- Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib

» 28/4/2020- "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.

» 23/4/2020- Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir

» 19/4/2020- Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

» 18/4/2020- İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü