29 Yanvar 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/12/2019 Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib.


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib. HYATT Regency Baku otelində baş tutan tədbiri açan komitə prezidenti İlqar Rəhimov 2019-cu ilin Paralimpiya Komitəsi üçün məhsuldar olduğunu qeyd edib. O il ərzində ən fəal məşqçilərin, idmançıların və digər əməkdaşların da seçildiyini bildirib. 

Baş katib Kamal Məmmədov öz çıxışında komitəyə il ərzində daxil olan və xərclənən vəsaitlər barədə məlumat verib. Onun sözlərinə görə, 2019-cu il ərzində komitəyə 6 mənbədən ümumilikdə 2 milyon 291 min manat vəsait daxil olub. Bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu, Azərbaycan Respublikasının Dövlət Büdcəsi, komitənin tərəfdaşları və “İBSA Judo Grand Prix Baku 2019” yarışlarından daxil olan vəsaitlərdir. 

“Bu vəsaitlər əsasən beynəlxalq yarışlarda iştirak, daxili yarışların təşkili, təlim-məşq toplantıları, avia biletlərin alınması, dərman vasitələrinin alınması, tədbirlərin təşkili, uşaq paralimpiya hərəkatının inkişafı, komitənin ofisinin saxlanma xərcləri və “Tokio 2020”-yə ilkin hazırlıq istiqamətində xərclənib”, - deyə o əlavə edib. 

Kamal Məmmədov qeyd edib ki, 2019-cu il ərzində paraolimpiyaçılarımız beynəlxalq yarışlarda 17 qızıl, 23 gümüş və 25 bürünc olmaqla ümumilikdə 65 medal qazanıblar. 

İdman şöbəsinin müdiri Rauf Mürsəlov 2019-cu il ərzində əldə edilən idman uğurları və “Tokio 2020” XVI Yay Paralimpiya Oyunları barədə planlar haqqında söz açıb. O qeyd edib ki, komitənin idmançıları tərəfindən bu günə qədər “Tokio 2020”-yə 7 lisenziya qazanılıb. Bu lisenziyalar güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq idman növləri üzrədir. Onun sözlərinə görə, “Tokio 2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın 7 idman növü üzrə 30 idmançı ilə təmsil olunacağı proqnozlaşdırılır. 

Komitənin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Rüfət Hacılı il ərzində beynəlxalq səviyyədə görülmüş işlər barəsində söz açıb. O qeyd edib ki, 2019-cu il ərzində UNİCEF ilə bir sıra birgə layihələr həyata keçirilib. Bundan əlavə İtaliya Görmə Məhdudiyyətli İdmançıları Federasiyası, BP Azərbaycan şirkəti, Avropa İttifaqı, Böyük Britaniya Səfirliyi, Yaponiya Səfirliyi, Almaniya səfirliyi Belçika səfirliyi və Türk İşbirliyi və Koodinasiya Agentliyi ilə əməkdaşlıqlar qurulub. Bundan əlavə Amerika-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlığa başlanılıb. 

Rüfət Hacılı, həmçinin Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş Baş Assambleyada MPK-nın da iştirakını vurğulayıb. 

Daha sonra əlil idmançılara dəstək ictimai birliyinin sədri Qoşqar Əskərov il ərzində ölkəmizdə müyəssərliyin təmin edilməsi istiqamətində görülən işlər barədə söz açıb. O qeyd edib ki, Bakı şəhərində müyəssərliyin təmin edilməsi üçün ekspertlərin hazırlanıb. Bu ekspertlər beynəlxalq səviyyədə sertifikatlaşmış qurumlardan dərs alıblar. Bunun sayəsində binalarda müyəssərliyin təmin edilməsi istiqamətində təkliflər müxtəlif təşkilatlara hazırlanaraq təqdim edilib. 

Komitənin Maliyyə və Təsərrüfat şöbəsinin aparıcı mütəxəssisi Leyli Yusifli qeyd edib ki, növbəti ildən etibarən ölkəmizdə əlilliyi olan şəxslərin bacarıq yarışlarının keçirilməsi istiqamətində işlər həyata keçiriləcək. 

“Fiziki məhdudiyyətli şəxslərin bacarıq yarışları beynəlxalq səviyyədə “Abilimpiks” olaraq tanınır. Bu istiqamətdə mütəmadi olaraq yarışlar keçirilir. Növbəti Abilimpiks yarışları Moskva şəhərində baş tutacaq. Azərbaycan da bu ildən etibarən Abilimpiks hərəkatına qoşulmağı planlaşdırır” – deyə o əlavə edib. 

Komitənin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Teymur Hacıyev öz çıxışında komitənin 2020-ci ildə həyata keçirəcəyi işlər barədə söz açıb. Onun sözlərinə görə, 2020-ci ilin ən yadda qalan hissəsi “Tokio 2020” olacaqdır. 

“Bundan əlavə, növbəti ildə VI Uşaq Paralimpiya Oyunlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdən fərqli olaraq 2020-ci ildə Uşaq Paralimpiya Oyunlarının beynəlxalq müstəviyə çıxarılması nəzərdə tutulur. Bu istiqamətdə Rusiya, Moldova, Belarus, Birləşmil Ərəb Əmirlikləri, Gürcüstan və Türkiyə ilə danışıqlar aparılır” – deyə o əlavə edib. 

T.Hacıyevin sözlərinə görə, 2019-cu ildə komitə tərəfindən təşkil olunan ən əlamətdar tədbirlərdən biri Heydər Əliyev Fondu ilə birgə təşkil olunmuş Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş “Yenilməzlər” Beynəlxalq Qala Təqdimat olub. Prezident İlham Əliyevin bu tədbirin keçirilməsində göstərdiyi dəstək, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu tədbirdə şəxsən iştirakı “Yenilməzlər”in əhəmiyyətini daha da artırıb. Ölkə üzrə müsbət mənada rezonansa səbəb olub. Bu tədbirin keçirilməsində məqsəd ölkədə paralimpiya dəyərlərinin və fəlsəfəsinin təbliği, inklüziv cəmiyyət qurulmasına dəstək və şirkətlərdə korporativ sosial məsuliyyət dəyərlərinin təbliği idi. 

“2020-ci ildə “Yenilməzlər” ölkənin müxtəlif regionlarında da keçiriləcək. İlkin olaraq Gəncə şəhərində bu tədbir keçiriləcək. Daha sonra ölkənin layihə ölkənin digər regionlarına da daşınacaq” – deyə o əlavə edib. 

Tədbir zamanı para taekvondo üzrə dünya çempionu Aynur Məmmədovaya ilin ən yaxşı idmançısı mükafatı təqdim olunub. Güllə Atıcılığı komandasının baş məşqçisi Əkbər Muradova ilin məşqçisi nominasiyası üzrə mükafata layiq görülüb. Pauerliftinq idman növü üzrə məşqçi Natiq Əliyev İlin Regionlar üzrə ən yaxşı məşqçisi adını alıb. 

İlin ən yaxşı paralimpiya idman federasiyası adına Boccia İdman federasiyası layiq görülüb. Federasiyanın baş katibi İlham Məhərrəmova mükafat təqdim olunub. 

Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Unibank, BP, TOYOTA, Azərbaycan Dağ Xizəyi Federasiyası, Pasha Travel şirkəti, Bakı Nəqliyyat Agentliyi, Interlux  Travel şirkəti, AZERCELL, Bakcell şirkəti və  Amerika Azərbaycan Ticarət Palatasına əməkdaşlığa görə mükafatlar təqdim olunub.

Sonda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov komitənin ən yaxşı işçisi nominasiyası üzrə İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin aparıcı mütəxəssisi Kənan Piri-zadəyə mükafat təqdim edib. 

 

 

 

 

 

 

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 158 dəfə oxunub




Flag Counter






» 24/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüşdü

» 21/1/2020- Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?

» 19/1/2020- TARİXMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.

» 14/1/2020- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub

» 13/1/2020- Qeyri-formal məşğulluğa qarşı mübarizə kampaniyasına xalq artisti Tünzalə Ağayeva da qoşuldu.

» 11/1/2020- Ötən il nazirlik əlilliyi olan şəxsləri 38 mindən çox reabilitasiya vasitəsi ilə təmin edib

» 10/1/2020- ADA Universitetində Azərbaycan Milli Avtomobil Klubunun təşkilatçılığı ilə "Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr" mövzusunda dəyirmi masa keçirilib.

» 9/1/2020- Internet informasiya ehtiyatları əlilliyi olan şəxslər üçün müyəssər olacaq.

» 9/1/2020- Hansı sosial təminat növləri vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur?

» 8/1/2020- Pensiya və müavinat arasında uyğunsuzluq aradan qaldırılıb

» 31/12/2019- 2020

» 30/12/2019- ​Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatında yüksək vəzifəyə təyin olunub

» 28/12/2019- Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib.

» 27/12/2019- Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib.