07 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
9/1/2020 Hansı sosial təminat növləri vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur?


Hansı sosial təminat növləri vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə 21 sosial təminat növü üzrə təyinatın elektronlaşdırılması təmin edilib. 

Onlar aşağıdakılardır:

  1. Yaşa görə əmək pensiyası;
  2. Əlilliyə görə əmək pensiyası;
  3. Uşağın doğulmasına görə birdəfəlik müavinət;
  4. Sağlamlıq imkanları məhdud uşağa aylıq müavinət;
  5. Sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluğa görə Prezidentin   aylıq təqaüdü;
  6. Əlilliyə görə aylıq müavinət;
  7. Müharibə əlillərinə Prezidentin aylıq təqaüdü;
  8. 20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdü;
  9.  I dərəcə əlilliyə görə müavinət hüququ olanlara Prezidentin aylıq təqaüdü;
  10.  I dərəcə əlilliyə görə pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü;
  11. Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) aylıq müavinət;
  12. Müharibə əlillərinin uşaqlarına aylıq müavinət;
  13. 20 Yanvar əlillərinin uşaqlarına aylıq müavinət;
  14. Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinət;
  15. Fəxri adlara görə Prezidentin aylıq təqaüdü;
  16. Prezidentin fərdi təqaüdü;
  17. Şəhidin uşaqlarına aylıq müavinət;
  18. Şəhid ailəsi üzvlərinə aylıq müavinət;
  19. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət;
  20. Şəhid ailəsi üçün Prezidentin təqaüdü;
  21. Yaşa görə müavinət.

 

Bu sosial təminat növlərinin elektronlaşdırılması il ərzində pensiya, müavinət və təqaüdlər  üzrə 200 minədək təyinatın  elektron şəkildə, proaktiv qaydada, yəni vətəndaşların hər hansı bir ünvana getmələrinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçirilməsinə imkan verir.

 

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 747 dəfə oxunub




Flag Counter






» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib